Azəri
Friday 19th of July 2024
0
نفر 0

DÖVLƏT XADİMLƏRİNİN BƏLASI VƏ BƏLANIN QARŞISINI ALMAQ YOLU

 

Dövlət xadimləri icra işləri ilə məşğul olduqlarından vaxtlarının çoxunu məmləkətin idarə olunmasına sərf etdiklərindən müəyyən məsələlər onların diqqətindən yayınacaq bir çox hadisələri düzgün dəyərləndirə bilməyəcəklər. Nəticədə başlarını itirib məmləkətin problemlərinə biganə qalacaqlar.

Bu bəla o vaxt zirvə həddinə çatır ki, dövlət muru öz işləri ilə tanınıb ictimai nüfuz əldə edir. Bu vaxt onları vəziyyəti düzgün qiymətləndirməmək bəlası ilə yanaşı ictimai ifrat bağlılıq təhlükəsi hədələyəcək. Beləcə, dövlət işçisi həm məmləkətdə baş verən hadisələri düzgün qavramayacaq, həm şəxsi, ibadi məsələlərinə etinasız qalacaq.

Bu bəlanın qarşısını almaq üçün elm təcrübə sahibləri ilə məşvərət zəruridir. Həzrət buyurur:

وَأَكْثِرْ مُدَارَسَةَ الَعُلَمَاءِ، وَمُنَافَثَةَ الْحُكَمَاءِ، فِي تَثْبِيتِ مَا صَلَحَ عَلَيْهِ أَمْرُ بِلاَدِكَ، وَإِقَامَةِ مَا اسْتَقَامَ بِهِ النَّاسُ قَبْلَكَ

“(Din) alimləri ilə ünsiyyətdə çox ol, hikmət sahibləri mütəxəssislərlə çox söhbət et! O, sənin məmləkətinin sahmana düşməsi səbəbidir səndən əvvəlkilər üçün belə olmuşdur.”

İMANLILIQ, YOXSA MÜTƏXƏSSİSLİK?

Həzrət mövlanın buyuruğunu araşdıran nəzər sahibləri başqa bir nöqtə ilə tanış olur. Bu gün İslam cəmiyyətində ziləri ixtisasdan dəm vurur mütəxəssisliyi seçim meyarı sayırlar. Bir başqaları isə seçimdə imanı əsas götürür. Həzrət Əli (ə) “əksir mədarəsətəl-uləmacümləsi ilə Maliki İslam alimləri din biliciləri ilə ünsiyyətə vt edir. Ammamunafəsətəl-hukəmacümləsində ixtisas təcrübə sahiblərindən istifadə nəzərdə tutulmuşdur. Belə ki, həzrət dövlət işlərinə yinatda din ixtisası birlikdə meyar götürməyi tövsiyə edir.

CƏMİYYƏTDƏKİ FƏRDLƏRİN MÜŞTƏRƏK TALEYİ İCTİMAİ TƏBƏQƏLƏRİN BAĞLILIĞI

Nəhcül-bəlağə baxımından cəmiyyətin müxtəlif təbəqələri bir təndən təşkil olunmuşdur müştərək taleyə malikdir.

İstər-istəməz onların əməlləri bir-birinə sir edir. Cəmiyyətin əksəriyyəti pis olduqda azlıqda qalan salehlərə onların acı taleyindən pay düşür. Cəmiyyətin əksəriyyəti saleh olduqda isə azlıqda qalan pislər onların işığından faydalanır. Bəli, istənilən bir təbəqənin taleyi digər təbəqələrin taleyi ilə müştərəkdir.

Bu əsasla həzrət Əli (ə) ictimai təbəqələrlə tanışlığı, hər təbəqənin sağlamlığına diqqəti hakim üçün vəzifə sayır. Həzrət Mövla Malikə tapşırır ki, hər təbəqəni dəqiq tanısın onların sağlamlığına diqqət yetirsin. O buyurur:

وَاعْلَمْ أَنَّ الرَّعِيَّةَ طَبَقَاتٌ لاَ يَصْلُحُ بَعْضُهَا إلاَّ بِبَعْض، وَلاَ غِنَى بِبَعْضِهَا عَنْ بَعْض: فَمِنْهَا جُنُودُ اللهِ،مِنْهَا كُتَّابُ الْعَامَّةِ وَالْخَاصَّةِ، وَمِنْهَا قُضَاةُ الْعَدْلِ، وَمِنهَا عُمَّالُ الاِْنْصَافِ وَالرِّفْقِ، وَمِنْهَا أَهْلُ الْجِزْيَةِ وَالْخَراجِ مِنْ أَهْلِ الذِّمَّةِ وَمُسْلِمَةِ النَّاسِ، وَمِنْهَا التُّجَّارُ وَأَهْلُ الصِّنَاعَاتِ، وَمِنهَا الطَّبَقَةُ السُّفْلَى مِنْ ذَوِي الْحَاجَةِ وَالْمَسْكَنَةِ، وَكُلٌّ قَدْ سَمَّى اللهُ سَهْمَهُ، وَوَضَعَ عَلَى حَدِّهِ وَفَرِيضَتِهِ فِي كِتَابِهِ أَوْ سُنَّةِ نَبِيِّهِ(صلى الله عليه وآله)عَهْداً مِنْهُ عِنْدَنَا مَحْفُوظاً

“(Ey Malik) bil ki, xalq dəstələrə bölünmüşdür. Heç bir dəstənin işi o biri dəstəsiz düzəlmir. Heç bir dəstə o biri dəstədən ehtiyacsız deyil. (Bu dəstələr ibarətdir:) Allah qoşunu, ümumi xüsusi yazarlar (katiblər), ədalətli qazilər, kargüzarlar qulluqçular, cizyə xərac əhli. İslamın pənahına sığınan ya müsəlman olan tacir, sənətkar aşağı təbəqə üçün Allah pay ayırmış, onu Quran peyğəmbər sünnəsində müəyyənləşdirib münasib yerində qərar vermişdir. Bu, bir əhd olaraq bizdə hifz olunur.”

Həzrət Əlinin (ə) ictimai təbəqələrin bağlılığı rabitələri haqqında buyurduqlarına diqqətlə baxaq. Onlardan hər biri üçün Allah kitabı peyğəmbər sünnəsində xüsusi yer ayrılmışdır. Cəmiyyətin inkişafında hər bir təbəqənin rolu təsvir olunur.

İCTİMAİ TƏBƏQƏLƏRİN MÖHKƏMLİYİ

Fərdlərin cəmiyyətdə müştərək taleyindən ictimai təbəqələrin bağlılığından danışdıq. Əlavə edək ki, həzrət Əlinin (ə) nəzərincə, cəmiyyətdə bir təbəqənin möhkəmliyi o biri təbəqənin möhkəmliyinə bağlıdır. Başqa sözlə, heç bir təbəqə digər təbəqənin varlığından ehtiyacsız deyil. Öz varlığını qorumaq istəyən təbəqə cəmiyyətdəki digər təbəqələrin mövcudluğu üçün çalışmalıdır. Kimsə düşünməməlidir ki, onun varlığı başqalarının məhvindən asılıdır.

 

Əfsus, dərdimizin əsil dəvası,

Pərişanlıqların əsil şəfası

Bir əllərdədir ki, güman edirlər

Xeyir tapacaqlar məhv olsaq əgər.

 

Silahlı qüvvəsi olmayan cəmiyyətdə əmin-amanlıq yoxdur. Əmin-amanlıq olmasa ticarət əkinçilik süquta uğrayar. Ticarət əkinçilikdən fayda götürülmədikdə silahlı qüvvələrin büdcəsi boş qalır. Hakimlər qazilər çeşidli ictimai fəaliyyətləri daimi olaraq tənzimləməlidir. Əgər dəqiq nəzarət olmasa cəmiyyəti fitnə-fəsad bürüyər.

Cəmiyyətin bir hissəsi yoxsul təbəqədən ibarətdir. Qeyd etdik ki, fərd yoxdursa cəmiyyət yoxdur. Buna görə həzrət Əli (ə) cəmiyyətdə hər hansı bir təbəqəni digər bir təbəqənin varlığı ilə şərtləndirir. Həzrət inanır ki, bir təbəqə məhv olub getsə digər təbəqə zərər görəcək. Həzrət buyurur:

فَالْجُنُودُ، بِإِذْنِ اللهِ، حُصُونُ الرَّعِيَّةِ، وَزَيْنُ الْوُلاَةِ، وعِزُّ الدِّينِ، وَسُبُلُ الاَْمْنِ، وَلَيْسَ تَقُومُ الرَّعِيَّةُ إِلاَّ بِهِمْ.

ثُمَّ لاَ قِوَامَ لِلْجُنُودِ إِلاَّ بِمَا يُخْرِجُ اللهُ لَهُمْ مِنَ الْخَرَاجِ الَّذِي يَقْوَوْنَ بِهِ فِي جِهَادِ عَدُوِهِمْ، وَيَعْتَمِدُونَ عَلَيْهِ فِيَما أصْلَحهُمْ، وَيَكُونُ مِنْ وَرَاءِ حَاجَتِهِمْ.

ثُمَّ لاَ قِوَامَ لِهذَيْنِ الصِّنْفَيْنِ إِلاَّ بِالصِّنْفِ الثَّالِثِ مِنَ الْقُضَاةِ وَالْعُمَّالِ وَالْكُتَّابِ، لِمَا يُحْكِمُونَ مِنَ الْمَعَاقِدِ، وَيَجْمَعُونَ مِنْ الْمَنَافِعِ، وَيُؤْتَمَنُونَ عَلَيْهِ مِنْ خَوَاصِّ الاُْمُورِ وَعَوَامِّهَا.

وَلاَ قِوَامَ لَهُمْ جَمِيعاً إِلاَّ بِالتُّجَّارِ وَذَوِي الصِّنَاعَاتِ، فِيَما يَجْتَمِعُونَ عَلَيْهِ مِنْ مَرَافِقِهِمْ، وَيُقِيمُونَهُ مِنْ أَسْوَاقِهِمْ، وَيَكْفُونَهُمْ مِنَ التَّرَفُّقِ بِأَيْدِيهِمْ ممّا لاَ يَبْلُغُهُ رِفْقُ غَيْرِهِمْ.

ثُمَّ الطَّبَقَةُ السُّفْلَى مِنْ أَهْلِ الْحَاجَةِ وَالْمَسْكَنَةِ الَّذِينَ يَحِقُّ رِفْدُهُمْ وَمَعُونَتُهُمْ

Silahlı qüvvələr Allahın izni ilə rəiyyətin qalası, keşikçisidir. Onlar hakimlərin zinəti, dinin izzəti əmin-amanlıq vasitəsidir. Allahın qoşunu olmadan xalqın asayişini min etmək mümkünsüzdür.

Amma Allahın əmri ilə xalqın malından toplanan büdcə olmasa qoşun möhkəmlənməz. Belə ki, qoşun düşmənlə cihad üçün xərac vasitəsi ilə gücləndirilir. İşin islahı üçün ona istinad olunur onun vasitəsi ilə ehtiyaclar aradan qaldırılır.

Bu iki dəstə hakim dövlət murlarından ibarət olan üçüncü dəstə ilə nizamlanır. Üçüncü dəstə müqavilələri müamilələri möhkəmləndirir, vergi toplayır, xüsusi ümumi işlər qeydiyyatında onlara etimad göstərilir.

Bütün bu dəstələr tacirlər sənətkarlarsız möhkəmlənə bilmir. Çünki digər təbəqələrin etiyacını məhz onlar öz qüvvələri ilə min edir. Başqalarında bu işi görmək gücü yoxdur.

Cəmiyyətin başqa bir təbəqəsi möhtaclar qabiliyyəti olmayanlardır. Onlar başqalarının yardım həmkarlığından bəhrələnəsidir.”

LƏYAQƏT ƏSASINDA GÜC SEÇİMİ İŞ BÖLGÜSÜ

Qeyd etdik ki, bir təbəqənin möhkəmliyi o biri təbəqə vasitəsi ilə min olunur. Belə ki, cəmiyyət ictimai fəaliyyətlər bir-birinə bu qədər bağlıdırsa bölgüsü güc seçimi İslam hakiminin zəruri mühüm vəzifələrindəndir.

Şübhəsiz ki, istiqaməti müəyyənləşməsə dolaşıqlıq yaranar müəyyən məqamlarda ortaya ziddiyyət çıxar. Belə bir vəziyyətdə hakim öncə qüvvələrin yerini müəyyənləşdirməli, ikincisi, ləyaqət əsasında bölgüsü aparmalıdır. Nəticədə meyar hansısa münasibətlər yox, ləyaqət olasıdır. Düzgün bölgüsü güc seçimi hakimin ən mühüm ən çətin məsuliyyətlərindəndir. O yalnız ardıcıl təlaş Allaha bağlanmaqla bu çətin vəzifənin öhdəsindən gələ bilər. Həzrət buyurur:

 

وَفِي اللهِ لِكُلّ سَعَةٌ، وَلِكُلٍّ عَلَى الْوَالِي حَقٌ بِقَدْرِ مَا يُصْلِحُهُ وَلَيْسَ يَخْرُجُ الْوَالِي مِنْ حَقِيقَةِ مَا أَلْزَمَهُ اللهُ مِنْ ذلِكَ إِلاَّ بِالاِْهْتَِمامِ وَالاسْتِعَانَةِ بِاللهِ، وَتَوْطِينِ نَفْسِهِ عَلَى لُزُومِ الْحَقِّ، وَالصَّبْرِ عَلَيْهِ فِيَما خَفَّ عَلَيْهِ أَوْ ثَقُلَ

Allah hüzurunda bütün bu dəstələr üçün qurtuluş var. Onlardan hər birinin gördüyü qədərində hakimə haqqı var. Vali (hakim) Allah tərəfindən müəyyənləşdirilmiş vəzifələrini yalnız təlaş Allahdan yardım diləməklə yerinə yetirə bilər. Asan da olsa, çətin olsa, özünü, haqqın müdafiəsinə, səbr dözümə hazırlamalıdır.”

İSLAM SƏRKƏRDƏLƏRİNİN XÜSUSİYYƏTLƏRİ

Allah yolunda İslamın həyat verici qanunlarının möhkəmlənməsi istiqamətində fədakarlıq göstərib canından keçən İslam ordusu fərdbə fərd İslam əxlaqı ilə zinətlənməli, İslamın nəzərdə tutduğu səciyyələri əldə etməlidirlər.

Başqa sözlə, insan yalnız imanlı, pak, təqvalı, fədakar, mücahid olduqda İslam döyüşçüsü adına layiq olur. Atəş hücum göstərişləri silahlı qüvvəyə komandanlığı öhdəsinə götürmüş şəxsdən asılıdır. Bunun yinində dəqiq incə şərtlər ödənməli, bütün xüsusiyyətlər nəzərə alınmalıdır. İslam qoşununa komandanlıq məqamı asanlıqla əldə olunan məqam deyil.

İslam qoşununa komandan yin olunmuş insan iman, təqva, şücaət, fədakarlıq, iti düşüncə rəhbərlik qüdrəti kimi səciyyələrə yiyələnməklə yanaşı böyük ruh, vüqar, mətanət, səbr dözüm, tutum, əxlaqi tədillik, yerində hiddət qəzəb, yerində mülayimlik müdara kimi səciyyələrə yiyələnməlidir. Belə olsa, o İslam qoşununu öz düşüncəsizliyi ilə məhvə aparmaz, ixtiyarına verilmiş gücdən sui-istifadə etməz, yersiz qətillər törətməz.

Əhdnamədən lum olur ki, həzrət Əli (ə) İslam qoşununun komandanı üçün bir sıra səciyyələr nəzərdə tutur:

1. Allahın hökmlərinə, peyğəmbər, imam rəhbərin əmrlərinə xeyirxahlıq qayğıkeş münasibət, rəhbərə itaət səmimi yardım;

2. Qəlbigenişlik ruhi aramlıq;

3. Paklıq, təqva;

4. Müsbət keçmiş;

5. Çətinliklər qarşısında səbir dözüm;

6. Həlimlik, nəfsə ağalıq, qəzəb əsəbiliyi biruzə verməmək;

7. Əfv ruhiyyəsi, peşiman olmuş xətakarların bağışlanması;

8. Savaş meydanında şücaət öncüllük;

9. Səxavət;

10. Qeyri-ilahi hər nəyi kiçik saymaq;

11. Dərin ağıl düşüncə;

12. Cəmiyyətin məhrum təbəqəsinə mərhəmət, azğınlara qarşı sərtlik.

Həzrət Əlinin (ə) ordu komandanı üçün xüsusiyyətləri sadaladığı kəlamına nəzər salaq:

فَوَلِّ مِنْ جُنُودِكَ أَنْصَحَهُمْ فِي نَفْسِكَ لله وَلِرَسُولِهِ وَلاِِمَامِكَ، وَأَنْقَاهُمْ جَيْباً، وَأَفْضَلَهُمْ حِلْماً مِمَّنْ يُبْطِىءُ عَنِ الْغَضَبِ، وَيَسْتَرِيحُ إِلَى الْعُذْرِ، وَيَرْأَفُ بِالضُّعَفَاءِ، وَيَنْبُو عَلَى الاَْقْوِيَاءِ، وَمِمَّنْ لاَ يُثِيرُهُ الْعُنْفُ، وَلاَ يَقْعُدُ بِهِ الضَّعْفُ.

ثُمَّ الْصَقْ بَذَوِي الْمُرُوءَاتِ وَالاَْحْسَابِ، وَأَهْلِ الْبُيُوتَاتِ الصَّالِحَةِ، وَالسَّوَابِقِ الْحَسَنَةِ، ثُمَّ أَهْلِ النَّجْدَةِ وَالشَّجَاعَةِ، وَالسَّخَاءِ وَالسَّماحَةِ، فَإِنَّهُمْ جِمَاعٌ مِنَ الْكَرَمِ، وَشُعَبٌ مِنَ الْعُرْفِ

Ordu komandanlığına elə birini yin et ki, o, ətrafındakılar arasında Allaha, peyğəmbər imamlara hamıdan xeyirxah, daha pak daha ağıllı olsun. Elə biri ki, gec qəzəblənsin, üzri qəbul etsin, zəiflərə mehriban, azğınlara sərt olsun. Elə biri ki, çətinliklər ona diz çökdürməsin.

Sonra ərbablarla mürüvvətli, kərəm sahibləri ilə isti ol. Şəxsiyyətli insanlarla, saleh müsbət keçmişli ailələrlə, şücaətli səxavətli fərdlərlə ülfət saxla. Çünki onlar kərəm xeyir ocaqlarıdır.”

İSLAM KOMANDANLARI QARŞISINDA RƏHBƏRİN VƏZİFƏLƏRİ

Həzrət Əli məsələləri nəzərdən keçirərkən ona müxtəlif yönlərdən yanaşır. O, İslam qoşunu komandan üçün vəzifələr səciyyələr yin etdikdən sonra qoşun komandan qarşısında rəhbərin vəzifələrinə nəzər salır.

Həzrət Əlinin (ə) bu əbədi tapşırıqlarında komandan qoşun qarşısında rəhbərin vəzifələri sadalanır, onların əhəmiyyəti xülasə şəkildə bəyan olunur:

1.Ata-ana övladla mehriban olduğu kimi rəhbər komandanlarla mehriban olmalıdır;

2.Komandanların mövqeyini möhkəmləndirmək; rəhbər komandanın gücünü artıracaq heç nəyi ona əsirgəməməlidir.

3.Komandanlara daimi diqqət; rəhbər daim komandanların ruhiyyəsindən, həyat durumundan xəbər tutmalı, onlara lütf mərhəmət göstərməlidir. Bu nöqtəni nəzərdən qaçırmaq olmaz. Çünki öz rəhbərindən lütf görən komandan ona qarşı xoşgüman olur nəticədə səmimiyyətlə xidmət edib, can-qəlbdən çalışır.

4.Rəhbər komandana hansısa böyük bir lütf etməklə kifayətlənməməli, zahirən əhəmiyyətsiz görünən yaxşılıqları əsirgəməməlidir. Bu zərif nöqtə qarşı tərəfin diqqət məhəbbətini cəzb etməkdə çox sirlidir.

Komandanları rəhbərin böyük lütfləri kimi, kiçik lütfləri sevindirir. Rəhbərin hər işi vaxtında görməsi çox mühümdür. Həzrət bu barədə buyurur:

ثُمَّ تَفَقَّدْ مِنْ أُمُورِهِمْ مَا يَتَفَقَّدُهُ الْوَالِدَانِ مِنْ وَلَدِهِمَا، وَلاَ يَتَفَاقَمَنَّ فِي نَفْسِكَ شَيْءٌ قَوَّيْتَهُمْ بِهِ، وَلاَ تَحْقِرَنَّ لُطْفاً تَعَاهَدْتَهُمْ بِهِ وَإِنْ قَلَّ، فَإِنَّهُ دَاعِيَةٌ لَهُمْ إِلَى بَذْلِ النَّصِيحَةِ لَكَ، وَحُسْنِ الظَّنِّ بِكَ.

وَلاَ تَدَعْ تَفَقُّدَ لَطيِفِ أُمُورِهِمُ اتِّكَالاً عَلَى جَسِيمِهَا، فَإِنَّ لِلْيَسِيرِ مِنْ لُطْفِكَ مَوْضِعاً يَنْتَفِعُونَ بِهِ، وَلِلْجَسِيمِ مَوْقِعاً لاَ يَسْتَغْنُونَ عَنْهُ

Hərbiçilərə elə diqqət yetir ki, valideyn öz övladlarına elə diqqət yetirir. Onların güclənməsi üçün gördüyün işi böyük sayma. Onların əhvalını öyrənmək üçün bəhanə olan heç bir lütfü kiçik sayma. Çünki onları sənə qarşı xeyirxahlığa xoşgümanlığa vadar edən həmin kiçik lütflərdir.

Böyük işlərə xatir qoşunun kiçik ehtiyaclarını nəzərdən qaçırma. Çünki bu kiçik lütflərin xüsusi yeri var, ondan fayda götürüblər. Böyük işlərin öz yeri var özlərini həmin işlərdən ehtiyacsız saymırlar.”

ALİ KOMANDANLIĞIN MÜHÜM XÜSUSİYYƏTLƏRİ

Qoşunda komandanlıq üçün ləyaqətli sifətlərə malik insanlar olduğu kimi, komandanlar arasında da xüsusi imtiyazlara malik şəxslər var. Bu mühüm imtiyazlar zi komandanları rəhbərə daha da yaxınlaşdırır. Belə ki, belə komandanlarla rəhbər arasında xüsusi təmaslar səmimi rabitələr olur.

Bu sayaq xüsusiyyət imtiyazlara komandanlar əslində İslam qoşununun ən seçilmiş ali komandanları sayılır. Başqa sözlə, vali ya rəhbər mühüm hərbi planları onlarla müzakirə edir. Bu komandanlar ən məxfi hərbi sirlərdən xəbərdar edilir, məxfi hərbi planlar onların nəzərinə çatdırılır. Beləcə, tam arxayınlıqla savaş ordunun ixtiyarı onlara verilir.

Həzrət Əlinin (ə) nəzərincə, bu sayaq komandanların ən mühüm imtiyazları aşağıdakılardan ibarətdir.

1.Yaşayış səviyyəsi, maddi imkanlar, ev ev ləvazimatları baxımından digər döyüşçülərdən fərqlənməmək. Bu yolla həm döyüşçülər onu özünə həmdəm bilir, həm komandan döyüşçülərin həyat problemlərini hiss edir.

2.Diqqət, canıyananlıq proqram əsasında qoşunun ehtiyacları çatışmazlıqları ilə məşğul olmaq. Belə ki, döyüşçü savaşa gedərkən öz ailə-övladının minatından arxayın olmalıdır. Yalnız bu halda döyüşçü heç bir nigaranlıq keçirmədən yalnız düşmənlə savaş haqqında düşünür ilahi məqsəd izləyir.

3.Qoşundakılarla rəftarında ayrı seçkiliyə yol verməsin. İxtiyarında olan büdcədən imkan həddində qoşun əhlinə bağışlasın. Təbii ki, döyüşçü öz ailəsinin minatına görə narahat olmadıqda diqqətini döyüş meydanına yönəldib döyüşə bilir, yalnız ilahi hədəflə cihad edir.

Həzrət Əli (ə) yuxarıdakı nöqtələri belə bəyan edir:

وَلْيَكُنْ آثَرُ رُؤوسِ جُنْدِكَ عِنْدَكَ مَنْ وَاسَاهُمْ فِي مَعُونَتِهِ، وَأَفْضَلَ عَلَيْهِمْ مِنْ جِدَتِهِ بِمَا يَسَعُهُمْ يَسَعُ مَنْ وَرَاءَهُمْ مِنْ خُلُوفِ أَهْلِيهِمْ،حَتَّى يَكُونَ هَمُّهُمْ هَمّاً وَاحِداً فِي جِهَادِ الْعَدُوِّ، فَإِنَّ عَطْفَكَ عَلَيْهِمْ يَعْطِفُ قُلُوبَهُمْ عَلَيْكَ

Sənin üçün ən üstün komandan o kəsdir ki, döyüşçülərinə bərabər həddə kömək edir, öz imkanlarından onlara daha çox əl tutur. Belə ki, onların ailələrinin işləri idarə olunur yeganə məqsədləri düşmənlə savaş olur. Sənin onlara məhəbbətin diqqətlərini sənə yönəldir, onları sənə mehribanlaşdırır.”

ƏDALƏTİN BƏRQƏRAR OLMASI, XALQLA DOSTLUQ

Peyğəmbərlərin məqsədi bəşər cəmiyyətində ədaləti bərqərar etmək olmuşdur. Həzrət Əli (ə) da dövlətin möhkəmliyini ədalət bərabərliyin minində görür. O Maliki təşviq edir ki, ədaləti bərqərar etməklə xalqa mehribanlıq göstərib dostluğunu izhar etsin. Beləcə, dövlət nizam ədalətin bərpası bərabərliyi özünə şüar seçsə bu prinsipləri işə sala bilsə, həmin dövlət yaşamaq ləyaqəti tapacaq. Məqsədi zülm istismar olan dövlət isə qısa bir zamanda süquta uğrayacaq. Təbii ki, haqq dövlətin hakimiyyətində yaşayan insanlar bu hakimiyyətin davamını arzulayacaq. Əksinə, zalım dövlətin hakimiyyəti altında yaşayan insanlar daim onun süqutunu istəyəcək, bu zülm büsatının sonunu gözləyəcək. Həzrət buyurur:

وَإِنَّ أَفْضَلَ قُرَّةِ عَيْنِ الْوُلاَةِ اسْتِقَامَةُ الْعَدْلِ فِي الْبِلاَدِ، وَظُهُورُ مَوَدَّةِ الرَّعِيَّةِ، وَإِنَّهُ لاَ تَظْهَرُ مَوَدَّتُهُمْ إِلاَّ بَسَلاَمَةِ صُدُورِهِمْ، وَلاَ تَصِحُّ نَصِيحَتُهُمْ إِلاّ بِحِيطَتِهِمْ عَلَى وُلاَةِ أُمُورِهِمْ، وَقِلَّةِ اسْتِثْقَالِ دُوَلِهِمْ، وَتَرْكِ اسْتِبْطَاءِ انْقِطَاعِ مُدَّتِهِمْ فَافْسَحْ فِي آمَالِهِمْ،

Hakimlərin gözünün ən böyük nuru bütün məmləkətdə ədalətin bərqərarı, rəiyyətin məhəbbətinin izhar olmasıdır. Şübhəsiz, xalqın dostluğu yalnız valilərə münasibətdə pak qəlblərlə aşkarlanır. Onların xeyirxahlığı o zaman faydalı olacaq ki, öz meylləri ilə hakimin başına toplansınlar hakimiyyət onlar üçün yük olmasın, hakimiyyət müddətinin uzanması rəiyyətə əzaba çevrilməsin. Beləsə, onların istəklərinə meydan ver.”

TƏŞVİQİN ZƏRURİLİYİ ONUN ORDUNUN RUHİYYƏSİNƏ SİRİ

Döyüşçülərin ən mühüm ruhi nəvi ehtiyaclarından biri onların vali hakim tərəfindən təşviq olunmasıdır. Bu zərif ruhi ehtiyaca diqqət yetirən hakimlər öz təşviqləri ilə döyüşçülərin savaş ruhiyyəsini gücləndirirlər. Onlara həvəs verməklə öncədən fədakarlığa hazırlayırlar. Digər bir tərəfdən, bu qəbil təşviqlər tənbəl süst insanların özünə gəlməsinə səbəb olur, onlar da şücaətli döyüşçülər tək meydana atılırlar. Həzrət buyurur:

وَوَاصِلْ فِي حُسْنِ الثَّنَاءِ عَلَيْهِمْ، وَتَعْدِيدِ مَا أَبْلى ذَوُوالْبَلاَءِ مِنْهُمْ، فَإِنَّ كَثْرَةَ الذِّكْرِ لِحُسْنِ أَفْعَالِهِمْ تَهُزُّ الشُّجَاعَ، وَتُحَرِّضُ النَّاكِلَ، إِنْ شَاءَ اللهُ

Daim (qoşunu) təşviq et, onların gördüyü mühüm işləri sadala! Çünki şücaətli insanların yaxşı işlərini xatırlatmaq qoşunu daha çox hərəkətə vadar edir. Bu yolla, tənbəllik edənlər işə həvəsləndirilir. İnşaəllah

AYRISEÇKİLİK BƏLASI

Həzrət Əlinin (ə) nəzərincə, təşviq qədrdanlıq döyüşçülərin ruhiyyəsini gücləndirdiyi kimi təşviqdə ədalət prinsipini gözləmək böyük tale yüklü əhəmiyyət daşıyır.

Layiqli başçı bilməlidir ki, heç bir bəla ədalətsizlik ayrıseçkilik kimi xalq arasında ümidsizlik soyuqluq yaratmır. Bu hal ictimai əsasların viran qalması ilə sonuclanır. Başqa sözlə, islami bir cəmiyyətdə fövqəladə zəhmətlər çəkib fədakarlıq göstərənlər layiq olduqlarından az qiymətləndirilməməlidir. Bir o qədər əhəmiyyətli görməyənlərin daha çox lütf məhəbbətə layiq görülməsi eyni nəticəni verir. Belə bir münasibət aşkar ədalətsizlik İslamdan uzaq bir olmaqla yanaşı cəmiyyətə sarsıdıcı zərbə vurur, çalışqan insanları süstləşdirib guşənişin edir.

Buna görə ləyaqətli bir başçı layiqli insanları qədərincə təşviq etməklə yanaşı, həddi aşanlara lütf mərəhəmət göstərməməlidir. Belə bir münasibət ayrıseçkilik nişanəsidir ədalətdən uzaqdır.

Bu əsasla hakim vəzifəlidir ki, fərdləri dəqiq hesab aparmaqla təşviq etsin. Təşviq qədirdanlıqda insanların təlaş ləyaqəti nəzərə alınmalıdır. Bu işdə ad-sanın, böyük-kiçikliyin, məşhurluq adsızlığın, varlılıq yoxsulluğun heç bir rolu olmamalıdır. Həzrət buyurur:

ثُمَّ اعْرِفْ لِكُلِّ امْرِىء مِنْهُمْ مَا أَبْلى، وَلاَ تَضُمَّنَّ بَلاَءَ امْرِىء إِلَى غَيْرِهِ، وَلاَ تُقَصِّرَنَّ بِهِ دُونَ غَايَةِ بَلاَئِهِ، وَلاَ يَدْعُوَنَّكَ شَرَفُ امْرِىء إِلَى أَنْ تُعْظِمَ مِنْ بَلاَئِهِ مَا كَانَ صَغِيراً، وَلاَضَعَةُ امْرِىء إِلَى أَنْ تَسْتَصْغِرَ مِنْ يَلاَئِهِ مَاكَانَ عَظيِماً

Hər kəsin çəkdiyi zəhməti onun öz hesabına yaz. Birinin təlaşlarını o birinin adına çıxma. İnsanın xidmətinin dəyərini olduğundan aşağı endirmə. Bir şəxsin ad-sanı səbəb olmasın ki, onun kiçik işi böyük sayılsın. Eləcə , bir şəxsin ad-sansızlığına görə onun dəyərli işini kiçik sayma.”

İSLAM CƏMİYYƏTİNDƏ QURAN SÜNNƏNİN YERİ

İslam cəmiyyətində Quran sünnənin uca məqamı geniş yeri var. Bu məqam təkcə Quran sünnənin zahiri müqəddəsliyinə əsaslanmır. Onları uca məqama qaldıran ali məfhumlarının əməli tətbiqi, islami məsələlərdə Quran sünnənin aparıcılığıdır.

Başqa sözlə, Quran sünnə əvvəla bütün ictimai-siyasi, iqtisadi məsələlərin qaynağı sayılır. İkincisi, ixtilaf parçalanma zamanı Quran sünnə haqqın batildən seçilmə meyarı olur. Həzrət buyurur:

وَارْدُدْ إِلَى الله وَرَسُولِهِ مَا يُضْلِعُكَ مِنَ الْخُطُوبِ، وَيَشْتَبِهُ عَلَيْكَ مِنَ الاُْمُورِ، فَقَدْ قَالَ اللهُ سبحانه لِقَوْم أَحَبَّ إِرْشَادَهُمْ: (يَا أَيُّهَا الَّذِينَ آمَنُوا أَطِيعُوا اللهَ وَأَطِيعُوا الرَّسُولَ وَأُولِي الاَْمْرِ مِنْكُمْ فَإنْ تَنَازَعْتُمْ فِي شَيْء فَرُدُّوهُ إِلَى اللهِ وَالرَّسُولِ)، فَالرَّدُّ إِلَى اللهِ: الاَْخْذُ بِمُحْكَمِ كِتَابِهِ، وَالرَّدُّ إِلَى الرَّسُولِ: الاَْخْذُ بِسُنَّتِهِ الْجَامِعةِ غَيْرِ الْمُفَرِّقَةِ

Qarşına müsibət çıxdıqda, bir sənə çətin gəldikdə Allah Onun rəsuluna müraciət et! Çünki Allah rəhbərini sevən qövmə buyurmuşdur:

 Ey minlər Allaha, Onun rəsuluna özünüzdən olan əmr sahiblərinə itaət edin. Aranızda  ixtilafa səbəb olan məsələni Allah Onun rəsulunun ixtiyarına verin.”

Allahın öhdəsinə buraxmaq dedikdə Allah kitabının möhkəm ayələrinə əməl etmək, rəsulun ixtiyarına buraxmaq dedikdə peyğəmbərin qəti yekdil qəbul olunan sünnəsinə əməl nəzərdə tutulur.”

MÜHAKİMƏNİN ƏHƏMİYYƏTİ İSLAMDA QAZİNİN ŞƏXSİYYƏTİ

Cəmiyyətdə zülm-sitəm fəsad olmadıqda hökumətin əsasları möhkəmlənir titrək olmur. Zülm-sitəmlə fəsadın kökü o zaman kəsilir ki, ədalət haq mühakimə bütün cəmiyyətdə möhkəmlənsin, istənilən bir təcavüz aradan qaldırılsın. Bəli, bütün bu məqsədlərə nail olmaq üçün məhkəmə orqanlarında saleh mühakimə hakim olsun.

Layiqli saleh qaziləri (hakimləri) olmayan hökumətin məhkəmə orqanları fəsada sürüklənir. Beləcə, hər yerdə zor, təcavüz xilaf hakim olur. Qanunun hökmü aradan qalxır, hərc-mərclik cəmiyyətin bünövrəsini laxladır, fəsad baş qaldırır.

Demək, qanunun işləməsi, sağlam məhkəmə sisteminin fəaliyyəti üçün hər şeydən öncə saleh qazilərə ehtiyac var. Bəs saleh qazi üçün hansı şərtlər nəzərdə tutulur? Həzrət Əlinin (ə) nəzərincə, ləyaqətli qazidə müəyyən şərtlərin olması zəruridir. O cümlədən:

1.Fərdlərin ən üstün ən yaxşısı olsun;

2.Hövsələli geniş qəlbli olsun. Düzgün mühakimə üçün tələb olunan bütün lumatları hər tərəfdən əldə etsin;

3.Alicənablıqla öz səhvlərini qəbul etsin onları aradan qaldırsın;

4.Tez qəzəblənməsin, xüsusi ilə ixtilafda olan tərəflərin təzyiqləri zamanı özünə nəzarət etsin;

5.Güclü ruhu olsun, güc sahiblərindən qorxmasın;

6.Nəfs izzəti ali himmət sahibi olsun, dünyaya hərislik göstərməsin, varlılar tərəfindən tamaha salınmasın;

7.Həqiqəti axtaranlardan olsun, səhlənkarlıq göstərməsin, yetərincə lumat toplamamış mühakimə yürütməsin, səthi ilkin dinləmələr əsasında hökm çıxarmasın.

8.Dolaşıq, çətin işlərlə rastlaşdıqda ehtiyat səbri əldən verməsin, qəti dəlillər əsasında həqiqətin müəyyənləşdirilməsində diqqətli möhkəm olsun.

9.Mühakimədə tərəflərlə nikbin rəftar etsin, sözünü demək üçün hər iki tərəfə fürsət versin.

10.Hiyləgərlərə aldanmasın, yaltaqlıq şirin dil müqabilində iradəsini əldən verməsin.

11.Bütün bu şərtlər ödəndikdən sonra tam qətilik göstərsin, həqiqəti müəyyənləşdirdikdən sonra kimsəyə imkan verməsin ki, ədalətli hökmə mane ola. ni öz hökmünü tam qəti şəkildə, heç bir tərəfdarlıqsız elan etsin, hökmə mane olacaq heç nəyi heç kimi nəzərə almasın.

Sonra həzrət Malik bütün digər hakimlərə xəbərdarlıq edir ki, bu xüsusiyyətlərə malik adamlar çox azdır. Layiqli saleh qazi hakim üçün böyük hədiyyədir onun qədrini bilmək lazımdır. Həzrət buyurur:

ثُمَّ اخْتَرْ لِلْحُكْمِ بَيْنَ النَّاسِ أَفْضَلَ رَعِيَّتِكَ فِي نَفْسِكَ، مِمَّنْ لاَ تَضِيقُ بِهِ الاُْمُورُ، وَلاَ تُمَحِّكُهُ الْخُصُومُ، وَلاَ يَتَمادَى فِي الزَّلَّةِ، وَلاَ يَحْصَرُمِنَ الْفَيْءِ إِلَى الْحَقِّ إذَا عَرَفَهُ، وَلاَ تُشْرِفُ نَفْسُهُ عَلَى طَمَع،وَلاَ يَكْتَفِي بِأَدْنَى فَهْم دُونَ أَقصَاهُ، أَوْقَفَهُمْ فِي الشُّبُهَاتِ، وَآخَذَهُمْ بِالْحُجَجِ، وَأَقَلَّهُمْ تَبَرُّماً بِمُرَاجَعَةِ الْخَصْمِ، وَأَصْبَرَهُمْ عَلَى تَكَشُّفِ الاُْمُورِ، وَأَصْرَمَهُمْ عِنْدَ اتِّضَاحِ الْحُكْمِ، مِمَّنْ لاَ يَزْدَهِيهِ إطْرَاءٌ، وَلاَ يَسْتَمِيلُهُ إِغْرَاءٌ،أُولئِكَ قَلِيلٌ

Xalq arasında mühakimə üçün ən üstün adamını seç! Həmin adam qəlbi geniş olsun, mübahisə tərəfləri onu qəzəb sərtliyə vadar etməsin, səhvə yol verdikdə inad göstərməsin, səhv etdiyini gördükdə haqqa qayıdış etiraf ona çətin gəlməsin, qəlbində tamahkarlığa yola verməsin, bir məsələni anlamaq üçün cüzi araşdırma ilə kifayətlənməsin, ən çox ehtiyat yolunu tutan olsun, dəilləri müəyyənləşdirməkdə daha çox təlaş göstərsin, müraciətlərin çoxluğu onu yormasın, işlərin açılmasında hamıdan dözümlü olsun, həqiqət lum olduqda qəti hökm versin, həddi aşan rif onu aldatmasın, həddi aşan xoş sözlər onu qarşı tərəfə meylləndirməsin. Bəli, belə insanlar çox azdır.”

RƏHBƏRİN LAYİQLİ QAZİ QARŞISINDA VƏZİFƏLƏRİ

Qeyd etdik ki, həzrət Əlinin (ə) nəzərincə, qazi üçün zəruri olan bütün şərtlərə malik insanlar çox az tapılır. Rəhbərlər hakimlər belə insanları tapıb üzə çıxarmaq üçün ciddi çalışmalıdır. Amma məsələ bundadır ki, hakimin işi layiqli hakimi tapıb tərbiyələndirmək başına qoymaqla başa çatmır. Saleh qazi tapıldıqdan sonra rəhbərin qarşısında iki mühüm vəzifə dayanır. Qazi ilə necə rəftar etmək, onları vəzifədə saxlamaq onları tapıb üzə çıxarmaqdan da çətin məsələlərdir.

Əvvəla, hakim qazini maddi cəhətdən sıxıntı keçirməyə qoymamalıdır. Maddi ehtiyacları ödənməyən qazi ya işdən kənarlaşacaq, ya işə soyuqluq göstərəcək, ya da rüşvətxorluğa düçar olub haqqı ayaq altına alacaq.

İkincisi, rəhbər qazinin mövqeyini möhkəmləndirməli, ona öz yanında xüsusi məqam verməlidir. Belə ki, hakimiyyətdə kimsə qazidən üstün olub ona sir göstərməyə, onu tamaha salmağa, onu işdən uzaqlaşdırmağa, ona qarşı xəbərçilik etməyə qadir olmamalıdır. Hamı bilməlidir ki, qazi saleh ədalətlidir, rəhbərin himayəsi onu bütün pisliklərdən qoruyur.

Həzrət Əli (ə) qazi qarşısında rəhbərin vəzifələrini sadaladıqdan sonra haqq-ədalət hökuməti üçün qazinin varlığını zəruri sayaraq müəyyən xəbərdarlıqlar edir. Həzrət ədalətin icrasında, hərc-mərcliyin qarşısının alınmasında, Allah hökmlərinin işə salınmasında saleh qazinin necə böyük rola malik olduğunu hakimin nəzərinə çatdırır. Həzrət uyğun məsələ ilə bağlı keçmişi yada salır, peyğəmbərin vəfatından çox keçməmiş din adı altında ən alçaq əməllərə yol verildiyi, xüsusi ilə məhkəmə sistemində alçaq məqsədlərin izləndiyini yada salır. Həzrət buyurur:

ثُمَّ أَكْثِرْ تَعَاهُدَ قَضَائِهِ، وافْسَحْ لَهُ فِي الْبَذْلِ مَا يُزيِلُ عِلَّتَهُ، وَتَقِلُّ مَعَهُ حَاجَتُهُ إِلَى النَّاسِ، وَأَعْطِهِ مِنَ الْمَنْزِلَةِ لَدَيْكَ مَا لاَ يَطْمَعُ فِيهِ غَيْرُهُ مِنْخَاصَّتِكَ، لِيَأْمَنَ بِذلَكَ اغْتِيَالَ الرِّجَالِ لَهُ عِنْدَكَ.

فَانْظُرْ فِي ذلِكَ نَظَراً بِلِيغاً، فَإِنَّ هذَا الدِّينَ قَدْ كَانَ أَسِيراً فِي أَيْدِي الاَْشْرَارِ، يُعْمَلُ فِيهِ بِالْهَوَى، وَتُطْلَبُ بِهِ الدُّنْيَا

Qazini seçdikdən sonra ona nəzarət et, hökmlərini araşdır, onu mükafatlandırarkən səxavət süfrəni ki, ehtiyacları aradan qalxsın xalqa möhtac olmasın. Onun məqamını elə ucalt ki, ətrafındakılar ona tamah salmasın qazi xəbərçilərin qəlbi qaraların böhtanlarından amanda olsun.

Sənə bu işlərdə diqqətli ol dedim! Çünki bu din keçmişdə şər adamların əlində əsir olmuş, onlar azğın nəfs istəklərinə əməl etmiş dini dünya əldə etmək üçün vasitəyə çevirmişdilər.”


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Yəhudilər bir daha Fələstin xalqına qarşı güc tətbiq etdi –
Suriya Milli Ordusu Dərada xeyli sayda terrorçunu məhv etdi
Bağışlanmış günah və qəbul olmuş yaxşılıq
Yəhudi ravvin Finkel İslam haqda nələrə etiraf etmədi, 2017-ci il
Misir Ordusu 241 terroristi öldürüb
Fəllucə şəhərin mərkəzi İŞİD-dən azad edildi
Oman Sultanlığı azanda “Əliyyən Vəliyyullah” (ə) kəlməsinin deyilməsini ...
İmаm Rİzа әlеyhİssәlаmın hәyаtı bаrәdә qısа mә’lumаt
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
Rusiyadan İŞİD-lə bağlı sərt qərar

 
user comment