Azəri
Monday 30th of December 2024
0
نفر 0

SİQH AYİNİ (2)

 

ƏQİDƏLƏRİ

Bu dərsdə siqh ayininin ən mühüm ideoloji əsaslarını araşdırırıq:

1. Tovhid:

Keçən dərsdə qeyd olunduğu kimi, siqh ayininin banisi Nanak varlıq aləminin mənşəyi məsələsində tovhidə inanmış, öz yazı və şerlərində dəfələrlə bunu vurğulamışdır. Bu barədə Qrant kitabında oxuyuruq: - Yalnız vahid Allah vardır ki, onun adı haqdır, xaliqdir, qorxu və düşmənçilikdən uzaqdır, puç olmaz, doğulmamışdır, öz zatı ilə mövcuddur, əzəmətli və səxavətlidir. Vahid həqiqi Allah əvvəldən mövcud olmuşdur. Vahid Allah əzəldən olmuşdur, indi vardır və həmişə olacaqdır.” Kitabın digər bir hissəsində isə deyilir: - Allah birdir və ondan başqa heç bir mə’bud yoxdur, ey mənim qardaşlarım!”

Nanak həmçinin öz şerlərində Allaha xitabən belə deyir: - Sənin heç bir şərikin yoxdur ki, sənin yanında olsun”, - Kimə ikinci Allah deyək? Heç kəs yoxdur. Bütün dünyada yalnız eyibsiz və pak vahid Allah vardır”, “ - Sənə heç kəs bənzəməz. Sən bütün əsr və dövrlər üçün yeganə Allahsan, həmişə vahidsən. Səndən başqa heç vaxt başqa bir mə’bud olmayıbdır.”

 Nanakın öz təkallahlıq əqidəsində müsəlman sufi alimlərinin böyük tə`siri açıq-aşkar hiss olunur. Onun Allahın zatı ilə əlaqədar söylədiyi fikirlər və Allahı haqq adlandırması da bu təsirlərin göstəricisidir.

Nanak eyni halda ilahi təcəssümün müxtəlifliyinə və rəngarəngliyinə inanırdı. O, öz nəğmələrinin birində belə deyir:

- Ey böyük Allah sən vahidsən, amma sənin təcəssümün çoxdur.” O, hindus məbudlarından bəzilərini Allahın təcəssümü və simvolu hesab edir.

Nanakın Allah üçün işlətdiyi əsas ad haqqdır. Onun bütün yazı, nəğmə və məktublarının sərlövhəsində Satnam, yəni haqq adını görmək olar. Bununla belə, bəzən onun əsərlərində İslami və hindus ifadələri birgə şəkildə müşahidə olunur. Məsələn, Allah-Təala və uca Brahma. Nanak bəzən də Allah barədə “ - Hamının hidayəti və müqəddəratı onun əlində  olan mütləq qadir” ifadəsini də işlədir. O, nəğmələrdən birində deyir: - Hər kəsin çətinliyi və azadlığı sənin əmrinlədir. Heç kəsin ona müdaxilə etməyə qüdrəti çatmaz”, “ - O, hər şeyi istəsə yerinə yetirər. Bir kimsə ona fərman vermir. O sultan və sultanların sultanıdır. Hər bir şey onun iradə və əmrinə tabedir”, “ - Bəndələrini öz fərmanı ilə hidayət edir”, “ - Sənin razılığın olduğu şeylər mövcuddur. Sənin istədiyin və etdiyin işlər həyata keçər. Sənin razılığın olan şeylər dərhal yerinə yetirilər.”

2. ALLAHI ZİKR ETMƏK

Allahı yad etmək və ona zikr demək Nanakın əqidə və təlimlərinin başqa bir xüsusiyyəti hesab olunur. Əvvəlki dərsdə də gördüyümüz kimi, o ilk tapıntısından sonra da Allahın ona adını təkrarlamağı tövsiyə etdiyini, qurtuluş və`dəsini onun adını dildə təkrar-təkrar zikr edənlərə verdiyini bildirmişdir. Buna əsasən Nanakın təbliğinin əsas istiqaməti Allahı yad etmək və bu işdə ardıcıllıqdır. Nanak bu məsələdə o dərəcədə tə`kid edir ki, hətta ondan - Nə üçün sat nama (haqq adı kəlmələri) həmişə sənin nəğmə və şerlərinin başında gəlir” - deyə soruşduqda belə cavab verir: - Bu ad bütün məbudların allahının adıdır. Qurunun şagirdləri və müridləri haqq ada pərəstiş edirdilər; ona sitayiş etməklə qurtuluş yolunu qət edir və bu yolda mövcud olan maneələri aradan qaldırırlar. Buna görə də, haqq adı” sözü hər bir kitab, yazı və nəğmənin əvvəlində yazılır.”

O, başqa bir yazısında bu barədə belə deyir:

- Bu adı unudanlar azğınlığa düçar olarlar... Necə ola bilər ki, bir şəxs allahın adı olmadan nicat tapsın?”

O başqa bir yerdə deyir:

- Mən Allahın adında rahatlıq tapıram və bu ad da mənim qəlbimdə özünə yer tapır.”

Tamamilə aydındır ki, siqh etiqadının bu hissəsi sufi etiqadlarından təsirlənmişdir. Allahı zikr etmək və bu iş ardıcıllıq müsəlman sufilərin ən mühüm və ən geniş yayılmış metodlarından biridir. Belə bir üslub hinduizm dinində müşahidə edilməmişdir.

3. İNSAN VƏ DÜNYA

Nanak inanırdı ki, insan məxluqların ən şərəflisidir və digər varlıqlar ona xidmət etmək üçün yaradılmışdır. Bu baxımdan o, hinduslara görə haram olan heyvan ətinin yeyilməsini caiz hesab edir. Nanak bu işi caiz bilirdi və bu məsələdə ona ilham verən hind müsəlmanlarının əqidələri idi. O, həm də insanın böyük tanrının bəndəsi kimi səadət və qurtuluş yolunu öz qüdrəti ilə qət edəcəyinə inanırdı. Bununla belə, bəndələr allahın qüdrətindən və ondan kömək istəməkdən qafil olmamalıdırlar. Çünki, bütün varlıqlar allahın fərmanı ilə xəlq edilmişlər və onun fərmanı ilə öz vəzifə və borclarını yerinə yetirirlər. Onlar Allahın əmri ilə ölümə təslim olur, onun fərmanı ilə “tək həqiqətə” cəlb edilirlər. Allahın razılığı olan hər bir iş baş verəcək, heç bir şey onun yaratdıqlarının gücündə deyildir. Nanak öz şerlərinin birində belə deyir:

- Onun razılığı hasil olsa, istədiyi şəxsi əziz edər. Razılığı olmasa tənbeh edər; razı olduğu işlər gerçəkləşir. Ey Nanak, insan hansı ixtiyarın sahibidir ki?”

Görünür, insan həyatında müqəddərat və tale məsələsinə belə yanaşma da  nicat və qurtuluş naminə Allahı ardıcıl zikr və təkallahlılıq təfəkkürü kimi müsəlman sufilərin irfani əqidələrinə əsaslanmış, onların tə                    `siri      altında olmuşdur. Belə ki, İslam irfan ədəbiyyatında ixtiyarın inkar olunması, tanrının mütləq fail olması və hətta insani təkliflərin yerinə yetirilməsində Allahın mütləq failiyyətinə dair terminlər yetərincədir. Amma Nanakın varlıq aləmi, eləcə də axirət aləminə baxışı İslam etiqadları ilə hinduizmin sintezidir. O, dünyanın ötəri və davamsız olmasına toxunaraq deyir: - Bu dünyanın işləri davamsız və ötəridir, yalnız dörd gün davam edir. Biz tam əminliklə bu mərhələdən keçməliyik. Bu aləm bir yuxu və xəyaldan ibarətdir.”

O, Qrant kitabında behişt və cəhənnəmin olmasını dəfələrlə qeyd etməklə yanaşı bu dünyanın ötəri və xəyali olmasını “maya” e`tiqadlarına uyğun sayır. Hinduizm etiqadında maya “dünyanın batini surəti” kimi nəzərdə tutulur. Yəni, Allah maddəni xəlq etməklə haqqın üzərinə batildən niqab çəkmişdir və varlıq aləmi bundan sonra müxtəlif rəngarəng surətlərdə - Brahma, Vişnu və Şiva məbudları, yer, səma, insan, bitki - hamılıqla haqqın insanın təsəvvür pərdəsində təcəssüm edən müxtəlif surətləridir. Nanak bu mətləbi qəbul etməklə aşkar şəkildə deyir ki, Allah özü dünyanı yaratmış və hər bir şeyə özü ad qoymuşdur. O, mayanı öz qüdrəti ilə yaratmışdır.”

Buna görə də, bütün xilqət amilləri, səbəb və nəticələr silsiləsinin hamısı batil, aldadıcı düşüncələrdir, yalnız aləmin yaradanı Allah haqqdır və dünya ilğımdan başqa bir şey deyildir. Nanak daha sonra hindusların insanların ruhlarının bir-birinə keçməsinə əsaslanan e’tiqadı (tənasüx) ilə razılaşaraq karma qanunundan xilas olmaq üçün həmişə Allahı yad etməyin lazım olduğunu və yalnız bunun sayəsində ardıcıl təvəllüdlərdən xilas olmağın mümkünlüyünü təsəvvür edir. Bu bəyanla Nanak İslam təfəkkürü ilə hinduizmin ortaq nöqtəsini seçmişdir. Çünki onun fikrincə, qurtuluş və səadət behiştinə daxil olmaq İslam düşüncəsinə,hinduizm təfəkkürünə görə isə nirvana mərhələsinə qovuşmaq, İslam əqidəsinə uyğun olaraq cəhənnəm əzabından xilas olmaq və hinduizm baxışlarında karma qanunu, tənasüxdən qaçmaq haqqı davamlı zikr etməklə mümkün ola bilər. Buna əsasən siqh ayininə görə, cənnət və cəhənnəm Allahı xatırlamaqdan uzaqlaşmaqdan başqa bir şey deyildir. Hinduizm baxışlarına uyğun olaraq, cənnət və cəhənnəm dünyanın batil surətləri, yaxud mayadır, cənnətin həqiqi surəti isə haqqın zikrində məhv olmaqdan ibarətdir. Bu yozum əslində hinduizmfəna mərhələsinə və nirvanaya qovuşmaq kimi təsvir edilən, haqda fani olmaq mərhələsi olan bə`zi sufi firqələrinin nəzəriyyəsini xatırladır.

4. İBADƏT

Siqh ayinində İslamda və hinduizmdə olan ibadət mərasimlərinin heç biri ilə rast gəlmirik. İslam dinində olan namaz, oruc, həcc və s. əməllər, eləcə də hinduizmdə geniş yayılmış qurban kəsmək, bütlərə pərəstiş, asketizm, çaylarda qüsl etmək və s. heç biri Nanak tərəfindən tövsiyə edilməmişdir. Siqh ayini ümumiyyətlə ibadət əməllərinin yerinə yetirilməsinin əleyhinədir və onların hamısını zahiri hesab edir. Amma, onların yerinə dərin daxili düşüncəyə qərq olmağa, irfani seyr-süluka diqqət yetirilməsinə daha çox yer verilir. Nanak bu firqənin rəhbəri kimi yalnız Allahı zikr etməyi və bu iş ardıcıllığı öz ardıcıllarına ən əsas ibadət və vəzifə olaraq tövsiyə etmişdir. Belə ki, o deyir:

- Ey mənim qardaşlarım! Allah-ala barədə düşünmək yeganə dini ayin və ritualdır .”

Başqa yerdə deyir:

- Hamının ən böyük vəzifəsi tək Allahın adını təkrarlamaqdır”, “ - Çox pak olan Ram adını (hindus məbudlarından biri) yadında saxla və qalan hər bir şeydən əl çək”, “ - O müqəddəs adı təkrar et, onu eşit və onunla ünsiyyətdə ol. Öz diqqətini Allaha yönəlt və hər nəfəs çəkəndə və nəfəs verəndə onun adını təkrarla ki, sənin ruhun Allah nuruna cəzb olunsun.”

Əlbəttə, siqh dininin göstərişlərində Allahı zikr etməkdən əlavə, quruya xüsusi ehtiram, diqqət yetirmək də tövsiyə və təkid olunmuşdur. Bu ayində heç bir şəxs qurunun yol göstərməsi olmadan nicat və qurtuluşa çata bilməz. Nanak bu məsələni belə bəyan edir:

- Həqiqi bir quru olmadan siz nicat yolunu tapmayacaqsınız”, “ - Quru olmadan heç kəs Allaha  çatmayacaq.”

Buna görə də quruya qarşı səmimilik ehtiram siqh ayininin əxlaq normalarından biri kimi qəbul olunmuşdur. Siqh cəmiyyətini silahla müdafiə edən və onun genişlənməsi üçün mübarizə aparan Sinqat, yaxud xalis quruluş da sonradan yaranmasına baxmayaraq, quruya ehtirama əsaslanan təfəkkür üzərində qurulmuşdur. Çünki bu quruluşun əsasını quruya qarşı ən yüksək ixlas mərtəbəsini sübuta yetirmiş şagirdlərin xalis fərd kimi tərbiyələndirilməsi təşkil edir.

 

 

 

 

 

 

5. QRANT

Siqhlərin əsas və müqəddəs kitabı Adi-Qrant, yaxud ilkin kitab adlanır. Bu kitab siqh ayininin dini nəğmə və şerlərini əhatə edən böyük bir topludur. Bu 1400 səhifəlik kitabın birinci bölməsi quru Nanakın şerlərindən ibarətdir və ona Capci deyirlər. Siqhlər hər gün sübh çağı, gün çıxan zaman onu oxuyurlar. Kitabda olan bəzi nəğmələri gün batan zaman oxuyurlar. Siqhlər cəmiyyətində 10 “quru”nun təsnif toplusundan ibarət kitab da var. Həmin kitabda siqh ayininin ideya və etiqadları izah olunaraq təkmilləşdirilir.

Qeyd olunmalıdır ki, quru Qovind Sinqh dövründən sonra (siqhlərin sonuncu qurusu) siqhlər tərəfindən Qranta ehtiram qoyulması və müqəddəsləşdirilməsi “quru”lara olan ehtiramın yerini tutmuşdur. Hətta Qrant siqhlərin məbədlərində xüsusi yerlərdə saxlanılır və siqhlər məbədə daxil olarkən onların qarşısında əyilib təzim edirlər. Nigah mərasimlərində bu kitabın ətrafına dolanmaq siqh dini adət-ən`ənələrinin bir hissəsi sayılır.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Mәhrәm vә nаmәhrәmlik mәsәlәlәri
Təhəccüd, gecə, ibadət
NÜBUVVӘT VӘ IMAMӘTӘ IMAN
Həccin əzəməti hansı əməldə özünü daha çox göstərir?
VARLIQ BƏXŞ EDƏN SƏBƏBİN XÜSUSİYYƏTLƏRİ
DÜNYA INSANLIQ MӘKTӘBIDIR!
Qadının ailə qurması və atanın icazəsi
HÖKUMƏTIN DAVAM ETMƏ MÜDDƏTI
HӘQIQI REGIONAL ISLAM
İGIRMI BIR YAŞLI CAVAN MƏKKƏNIN BAŞÇISI

 
user comment