Azəri
Tuesday 30th of April 2024
0
نفر 0

Bir neçə əxlaqi göstəriş MƏQSƏDLİ OLMAQ ZƏRURƏTİ

İnsanların dünya həyatına nəzər salsaq hamının nəticə ardınca gəzdiyini görərik. Əgər bir şəxs bütün günü işləyib günün sonunda aldığı zəhmət haqqını çölə atarsa, onun bu hərəkətini məntiqi adlandırmaq olmaz. İnsan hökmən işə başlayarkən hansısa məqsəd güdür; o, zəhmətinin qazancını Allahının razılığını qazanmaq məqsədi ilə bir başqasına da verə bilər. Amma xəsis və paxıl insanlarda çox maraqlı bir hal müşahidə olunur. Onlar min bir zəhmətlə qazandıqları pulu ailə-övladları və öz boğazlarından kəsərək xəzinə toplayır, nəhayət, dünyada qoyub gedirlər. Bə᾽zən bu xəzinələr elə adamların əlinə düşür ki, cəmiyyət üçün zərərli işlərə xərclənir.

Başqa bir qrup insan nəfsani istəklərin əmri ilə öz zərərinə çalışır. Belə insanların daxili düşməni olan nəfs onların gözünü, qulağını bağladığından bədbəxtliyə doğru hərəkətlərindən xəbərsiz qalırlar. Onlardan «nə üçün düşmənə qulaq asırsan?» -deyə soruşsan təəccüb edərlər. Bu insanlar anlamır ki, insanın ən böyük düşməni nəfsdir.

ALLAHA E᾽TİMAD SAYƏSİNDƏ QURTULUŞ
Hətta dindar olmayan bir insan ağlını işə salsa görər ki, var-dövlət toplayıb dünyada qoyub getmək ağılsızlıqdır. Amma bə᾽zi məsələlər var ki, Allaha iman gətirmədən bu məsələləri anlamaq olmur. İmanlı insan Allaha təvəkkül və təslim, onun qəzavü-qədərindən razılıq hesabına dərin mə᾽naları asanlıqla dərk edir. Əgər e᾽tiqadsız insan bir ehtiyacla üzləşirsə, ani olaraq özünün, dostları və yaxınlarının imkanına ümid edir. Amma imanlı insan istənilən bir çətinliklə üzləşən kimi dərhal Allahı xatırlayır. Kamil dini tərbiyə almamış insanlar bir işin həyata keçməsi üçün Allahı yox, özünü tə᾽sirli bilir. Amma din insana öyrədir ki, hədəfə çatmaq üçün sərf etdiyimiz bütün qüvvə və vasitələri tə᾽sirli edən Allahdır. İnsan çalışmalıdır ki, hər şeydən qabaq Allaha ümid etməyi bacarsın. Bu o demək deyil ki, insan oturub baxmalı, Allah isə iş görməlidir. Allah heç bir vasitə olmadan ehtiyacları ödəməyə qadir olsa da insan çalışmalı və vasitələrdən istifadə etməklə təkamül yolunu keçməlidir. Əgər insan özü çalışıb ruzi qazanmasa onun halal və harama münasibəti bilinməz. İnsan vəzifəsinə əməl etməklə inkişaf edir. Amma o, unutmamalıdır ki, Allahın razılığı olmasa bütün vasitələr tə᾽sirsizdir. İnsan əvvəl Allahdan yardım istəyib sonra işə girişməlidir.

İnsanı hərəkətə gətirən ya dünya, ya da axirət istəyidir. Amma hər iki istəyin gerçəkləşməsi Allahdan asılıdır. Allahın yardımına ümid bağlayaraq işə girişənlər bir çox çətinlikləri asanlıqla adlaya bilirlər. Yə᾽ni özünə yox, Allaha arxayın olanlar daha asanlıqla müvəffəqiyyətə çatırlar.

Çətinlik zamanı bu Qur᾽an ayəsini xatırlamaq faydalıdır: «Məgər Allah öz bəndəsinə kifayət deyilmi?!»[1]. Allahın qüdrət və əzəmətini xatırlayan insan bu əzəmətə sığınmaqla ən böyük çətinliklərdən asanlıqla çıxır.

Amma insanlar adətən, çətinlik üz verən kimi ən qadir xeyirxahını yaddan çıxarıb özü kimi çarəsiz insanlardan kömək umur. Məsələn, uzaq səfərə çıxmış kişi öz ailə-uşağından ötrü nigaran olur. O, nədən nigarandır? Yoxsa elə hesab edir ki, bu ailəni qoruyan odur? Bəlkə özünü bu ailə üçün yeganə qəyyum bilir?

Ailədə məhəbbət təbii hissdir. Amma bu məhəbbət o qədər ifrata varmamalıdır ki, Allah unudulsun. Əgər övlad xəstədirsə ata istər yaxında olsun, istər uzaqda, heç bir fərqi yoxdur. Xəstənin şəfa tapması ilk əvvəl Allahdan asılıdır. Allah səbəb salmayan yerdə həkim-dərman səmərəsizdir. Ruzi də belədir. Çox ailələr kişisi evdə oturduğu halda aclıq çəkir. Çünki ruzi verən kişi yox, Allahdır. Bütün bu xırdalıqları düşünən insan ailədən uzaq düşdükdə Allaha dua etməklə rahatlıq tapa bilər.

NE᾽MƏTLƏR VƏ BƏLALAR QARŞISINDA ŞÜKR VƏ SƏBR
Dünyada baş verənlər iki halda ola bilər: istəyimizə uyğun və ya istəyimizin ziddinə. Sağlamlıq, rifah, rahatlıq, yaxşı hava, meşə, şəlalə könlümüzü oxşayır, xəstəlik, kasıblıq, tənhalıq isə bizə sıxıntı gətirir. Həyatımız isə bu zərurətlərlə doludur. Bütün həyatı yalnız əzabdan və ya yalnız ləzzətdən ibarət olan insan yoxdur. Kimi xəstəlik, kimi kasıblıqla imtahana çəkilir. «Bələd» surəsində buyurulur: «Biz insanı məşəqqətdə yaratdıq».

İnsan ne᾽mətlərə şükr edərsə bu ne᾽mətlər artar, bəlalara səbr edərsə Allahın razılığını qazanar. Doğru yolu getmək istəyən insan unutmamalıdır ki, hər bir çətinlikdən sonra rahatlıq gəlir: «Bəli, hər çətinlikdən sonra bir yüngüllük gəlir»[2]. Bu məsələyə diqqət etməyən insan dünyada rahatlıq, axirətdə səadət görməyəcəkdir. Səbr etməyən insan üçün adi çətinliklər böyük faciələrə çevrilir. Səbr etməyi bacarmayan insan zəif insandır. İmam Sadiq (ə) mö᾽minlərə buyurur: «Hər bəla üçün səbr, hər ne᾽mət üçün şükr etməyib çətinlikdən sonra asanlıq gözləməyən aciz adamdır».

DÜNYA HƏYATININ ACILIQLARI
İnsan həyatı dərd-bəla, ağrı-acısız ötüşmür. Bu çətinliklərlə üzləşmək bütün insanlar üçün labüddür. Övlad valideyndən qabaq ölərsə valideyn, valideyn övladdan qabaq ölərsə övlad dərd çəkir. Ömür boyu çətinlik görməmiş insan tapmaq mümkün deyil. Fərdi problemlərdən əlavə insan üçün təbii və ictimai çətinliklər də var. İnsan daim bu çətinliklərdən qurtarmaq üçün sə᾽y göstərir. Əlbəttə ki, o bir çox müvəffəqiyyətlər qazanıb. Amma aradan qaldırılmış hər bir çətinlik tamamilə yenisi ilə əvəz olunur. Məsələn, insan dənizdən neft çıxarmaqla enerjiyə olan tələbatını ödəyir. Bunun əvəzində dəniz çirklənir, yeni bir problem yaranır. Qədim dövrdə əsas nəqliyyat vasitəsi olan at təsadüfən öz süvarisini təpiklə vura bilərdi. Amma bu gün insanı bir anda mənzilinə çatdıran təyyarə süqut edərsə yüzlərlə insan öz həyatı ilə vidalaşmalı olur. Əgər bir milyonçu ilə bir əkinçinin həyatını dərindən müşahidə edə bilsək, əkinçinin fiziki və psixoloji durumu qibtə doğurar.

İstisnasız olaraq bütün insanlar çətinlik çəkir və bu, dünya həyatının səciyyəvi xüsusiyyətidir. Axirət həyatı isə belə deyil: «Onlara cənnətdə heç bir yorğunluq üz verməz»[3].

Bəşər öz həyatını rahatlaşdırmaq üçün daim çalışır. Amma o ruhunu unudaraq tamamilə yanlış istiqamətdə hərəkət edir. O öz mə᾽nəviyyatını tərbiyələndirmək əvəzinə ruhi narahatçılığını müvəqqəti aradan qaldırmaq üçün əyləncələr axtarışındadır. Hal-hazırda bəşəriyyət imansızlıqdan yaranmış ruhi sarsıntılarını spirtli içkilər və narkotik maddələrlə sakitləşdirmək istəyir. O öz ağlını məst etməklə sanki səadətin dadına baxmaq istəyir. Amma məstlikdən oyanan kimi dünya əvvəlkindən də qaranlıq görünür. O bu qaranlığın qorxusundan yenidən içir, içir, içir... və nəhayət o, iyrənc bir əski parçası tək bütün cəmiyyətin gözündən düşür. Narkotikada xoşbəxtlik axtaranlar orqanizmin tələbini yubatdıqda ən böyük cinayətə getməklə ağ ölümə düçar olurlar.

Çətinliklər qarşısında çırpınan bəşəriyyətə psixologiya tövsiyə edir ki, bu çətinliklərlə barışmaq lazımdır. Guya övladı narkotikaya qurşanmış ata bu vəziyyətlə barışıb öz rahatlığını qorumalıdır. Problemlərə belə baxış onları daha da dərinləşdirib bəşəriyyətin süqutuna aparır.

DÜNYA ÇƏTİNLİKLƏRİNİ YALNIZ DİNİ BAXIŞ ARADAN QALDIRA BİLƏR
İnsan dini göstərişlərə əməl etməklə dünya çətinliklərindən qurtula bilər. İnsan öz var-dövlətini Allahın ona verdiyi əmanət kimi qəbul etsə bu var-dövləti itirməkdən qorxmaz. Dostunuz sizə müvəqqəti verdiyi kitabı geri alanda qəmlənirsinizmi? İnsan anlamalıdır ki, dünyada olanların hamısı müvəqqəti istifadə üçündür. Bu həqiqətləri anlayan insan heç nəyi itirməkdən qorxmur. Aydındır ki, imansız insan deyilənlərlə razılaşmayacaq. Qeyd etdiyimiz yanaşma üsulundan yalnız Allahı tanıyan imanlı insanlar istifadə edə bilər. İkinci tərəfdən, ne᾽mət insanlara əbəs yerə verilmir. Ne᾽mət verilən adam şükürlə, ne᾽mət əlindən çıxan isə səbrlə imtahan olunur. İslam dinində çətinlik zamanı səbr edən və ilahi ne᾽mətlərin şükrünü yerinə yetirən insana əbədi səadət və᾽d olunur. Şükr və səbr olmadan kamilləşmə qeyri-mümkündür. Mə᾽rifətli insan anlayır ki, bütün çətinliklər onun təkamülü üçündür.

İmam Sadiq (ə) İbn Cündəbə buyurur: «Qarşına çətinlik çıxdığı zaman özünü səbrə vadar et». Məsələn övladı, var-dövləti itirmək olduqca ağrılıdır. Dinsiz adamlar da bu itkilərə dözə bilərlər. Amma mö᾽minlə kafirin səbri mahiyyətcə fərqlənir. Dinsiz adam onsuz da əlindən bir iş gəlmədiyini anlayıb dözür. Amma imanlı insan dərk edir ki, Allah öz verdiklərini geri alır və hər hansı bir narazılığa əsas yoxdur.

İnsan imtahan üçün yaşayır və onun qarşısında həmişə iki yol vardır. O, bu iki yoldan birini seçməkdə azaddır. İmtahandan üzü ağ çıxan insanı əbədi səadət gözləyir. Dindən xəbərsiz insan bütün bu incəliklərin qarşısından gözü bağlı keçir.

 

--------------------------------------------------------------------------------

[1] «Zumər» surəsi, ayə 36.

[2] «İnşirah» surəsi, ayə 6.

[3] «Hicr» surəsi, ayə 48.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Tacikistan rejimi yas-toy mərasimlərinin qadağasının davamında saqqal saxlamağı ...
Terrorçular Türkiyədə 2017-nin süftəsin etdilər, İstanbulda yeni il gecəsi ...
Suriyalı qaçqınların Yunanıstana etdikləri xətərli səfərləri
Samirra əməliyyatında düşmən ilə üz-üzə döyüşən Şiə Ruhaniləri
Azərbaycan İslam Partiyasının Lideri M.Səmədov yenidən karsa salınıb
Bəhreyndə məhbuslar işgəncə olunur
Qəhrəman Yəmən Xalqı həzrət Peyğəmbərin Milad Bayramını möhtəşəm qeyd etdi
İMAM ZAMANLA GÖRÜŞƏNLƏR-4
İran İslam Respublikasının məsul şəxsləri İmam Xamenei cənablarının ...
Ayətullah Şeyx İsa Qasimə hökm oxunmasina son 6 gün

 
user comment