Azəri
Monday 22nd of July 2024
0
نفر 0

HÜDEYBİYYƏ SÜLHÜ

Müsəlmanların müharibələrdə qələbə çalması, düşmənlərin, xüsusilə Bəni Müstələq qəbiləsinin məğlubbiyyətə üğraması və Həzrət Peyğəmbərə (s) iman gətirmələri Qureyşi bərk qorxutmuşdu.Həzrət Peyğəmbər (s) hicri 7-ci ilin Zilqədə ayında müsəlmanlardan ibarət min dörd yüz nəfərlə Kəbəni ziyarət ermək məqsədi ilə Mədinədən Məkkəyə yola düşdü. Zül-hüləyfə adlı bir yerdə ehram bağladılar. Bu səfərin mənəvi və ibadi nöqteyi-nəzərindən əlavə, əhəmiyyətli dəyəri var idi. Bu vəziyyə müsəlmanların Ərəbistan yarmadasında mövqelərinin yaxşılaşması demək idi. Qureyşlər Peyğəmbərin (s) hərəkətindən xəbərdar olduqları vaxt Məkkəyə girməklərinə əngəl olacaqlarına dair bütlərə and içərək Xalid ibn Vəlidi iki yüz atlı ilə birlikdə onların qabağını almaq üçün müsəlmanların üstünə göndərdilər. Peyğəmbər (s) toqquşma baş verməsin deyə, kəsə yoldan gedərək Hüdeybiyyə ərazisinə çatdı. Peyğəmbər (s) əvvəlcə bir neçə elçi göndərdi ki, Qureyşə onlarla müharibə etmək fikrində olmadıqlarını və müsəlmanların məqsədinin ancaq həcc mərasimini yerinə yetirmək olduğunu bildirsinlər. Lakin onlar Peyğəmbərin (s) göndərdiyi qasidlər (xəbər gətorənlər) ilə yaxşı rəftar etmədilər. Onların rəftar və hərəkətlərindən fikirlərinin yalnız müharibə etmək olması aydınlaşdı. Həzrət Peyğəmbər (s) bir ağacın altında əshabındanyenidən beyət aldı. Onların hamısı Peyğəmbərə (s) söz verdilər ki, son nəfəslərinə kimi öz hədəflərinə bağlı qalacaqlar. Qureyşlər əhvalatı öyrənəndən sonra qorxub Süheyl adlı bir nəfəri Peyğəmbərlə (s) sülh müqaviləsi imzalamaqdan ötrü Həzrət Muhəmmədin (s) yanına göndərdilər. Onların istəyi bu idi ki, müsəlmanlar bu il Məkkəyə daxil olmaqdan vaz keçərək geri qayıtmalı, gələn il isə silahsız gəlməlidirlər. Qureyş isə müsəlmanların dini mərasimlərinə şərait yaradaraq, onların mal və canlarını qoruyacaqlar. Müsəlmanlardan bəziləri isə Məkkənin fəthinə zəmin yaradan bu müqavilənin parlaq gələcəyini hələ anlaya bilməmişdilər. Lakin bütün bunlara baxmayaraq Qureyş beş maddədən ibarət sülh müqaviləsini imzaladı. Dediyimiz kimi, müsəlmanlardan bəzisi narahat olub Peyğəmbərə (s) etiraz etdilər. Müqavilənin məddələrindən biri bu idi: “Əgər Məkkə müsəlmanlarından biri Mədinəyə pənah gətirərsə,Qureyşə geri qaytarılacaq”. Onlar belə güman edirlər ki, bu iş müsəlmanlar üçün zillət və alçaqlıq gətirəcəkdir. Peyğəmbər (s) bu barədə çıxış edərək onların cavabını verdi. İmam Sadiq (ə) bu sülh müqaviləsinin dəyəri haqda belə buyurub: “Həzrət Peyğəmbərin (s) həyatında heç bir hadisə Hüdeybiyyə müqaviləsindən xeyirli olmayıb.”

XEYBƏR MÜHARİBƏSİ

Hicri 7-ci ilin Rəbbiyul-əvvəl ayında Həzrət Peyğəmbər (s) min altı yüz islam əsgəri ilə birlikdə Mədinədən Xeybər qalasına doğru hərəkət etdi. Həmin qalada yəhudilər məskunlaşmışdı. Düşməni qəfildən məğlub etmək üçün sürətlə Qətfan torpaqları ilə Xeybər arasında olan Rasi adlı bir yerə istiqamət aldı. Məqsəd bu idi ki, aralarında hərbi ittifaq olan Qətfan ərəbləri ilə Xeybər yəuhidərini bir-birindən ayıraraq onların yardım yollarını kəsmək. Xeybər qalası hələ gecə ikən müsəlmanlar tərəfindən mühasirəyə alındı. İslam döyüşçüləri xurmalıqlar arasında münasib bir yer seçərək, Xeybər və düşmən əsgərlərinin vəziyyətini öyrənib vuruşmağa başladılar. Cəsarətlə canlarından keçərək qalalaları bir-bir ələ keçirdilər.Sadəcə yəhudilərin müdafiə etdikləri iki əhəmiyyətli qala qalmışdı ki, onlar yuxarıdan müsəlmanları ox yağışına tutdular. Peyğəmbər (s) əmri ilə islam ordusu üç gün ardı-arası kəsilmədən Əbu Bəkr, Ömər və Səd ibn Übadənin başçılığı altında ayrı-ayrı qalalara basqın etsələr də, məğlubiyyətə uğradılar. Bunu görən Həzrət Peyğəmbər (s) buyurdu: “Sabah bayrağı elə bir adama verəcəyəm ki, o, Allah və onun rəsulunu sevir, allah və onun rəsulu da onu sevir. Allah bu qalanı onun əli ilə fəth edəcək. O, heç vaxt qaçmaz!” Hamı o şəxsin kim olduğunu öyrənmək üçün səhəri gözləyirdi və arzulayırdı ki, həmin şəxs məhz onun özü olsun. Həmin şəxs Həzrət Əlidən (ə) başqa kim ola bilərdi?! Sabahkı gün Həzrət Peyğəmbər (s) soruşdu: Əli haradadır? Dedilər ki, onun gözü ağrayır. Həzrət buyurdu: Ona deyin gəlsin! Əlini bir dəvəyə mindirib peyğəmbərin çadırının qarşısına gətirdilər. Həzrət mübarək əlini onun gözlərinə çəkib dua etdi. Əlinin gözləri ömrünün axırına qədər bir daha ağrımadı . Peyğəmbər (s) zəfər bayrağını Əliyə (ə) verərək alanı fəth etmək vəzifəsini onun öhdəsinə qoydu. Bununla Həzrət Peyğəmbər (s) Həzrət Əlinin o biri sərkərdələrdən  daha üstün və dəyərli olduğunu göstərdi. Əlinin (ə) əsgərləri qalaya  yaxınlaşdıqları vaxt Haris və Məhrab adlı iki döyüşçü qardaş əllərindəki toxmaqları ilə onlara həmlə edirdilər. Nəticədə müsəlmanlar onların həmlasinə tab gətirməyib qaçdılar. Amma Həzrət Əli (ə) öz böyük və sarsılmaz müqaviməti ilə onların hər ikisini öldürdü. Yəhudilər qorxularından qalaların qapılarını bağladılar. Qaçanlar bu səhnəni görəndə müharibə meydanına qayıtdılar, Həzrət Əli (ə) ilə birgə döyüşə atıldılar. Həzrət Əli (ə) qəzəbli şir kimi qalaya tərəf gələrək onun qapısını yerindən çıxararaq onu özü üçün qalxan etdi. Daha sonra qapını qalanın ətrafındakı xəndəyin üstünə atıb əsgərlərin keçməsi üçün körpü düzəltdi. Bu qapı o qədər ağır idi ki, müsəlmanlardan səkkiz nəfər belə onu yerindən tərpədə bilmirdi.  Həzrət Əli (ə) özünün bu heyrətləndirici gücü arədə buyurdu:”Mən onu öz adi gücümlə qaldıra bilməzdim. Allahın köməyi və imanım sayəsində bu işi görə bildim”. Nəhayət islam qüvvələri bütün qalaları ələ keçirərək yəhudiləri ağır məğlubiyyətə uğratdılar. Yəhudilər Peyğəmbərə (s) bildirdilər ki, öz yerlərində qalıb əkinçiliklə məşğul olmaq və qazanclarının yarısını müsəlmanlara vermək istəyirlər. Peyğəmbər (s) bu istəyi qəbul edib onları sərbəst buraxdı.

Xeybər qalasının müsəlmanlar tərəfindən fəth olunması xəbəri Fədək qəsəbəsində yaşayanlara çatan kimi, onlar da qorxularından tez Peyğəmbərin (s) hüzuruna nümayəndə göndərərək sülh müqaviləsi imzaladılar və Fədəkin yarısını Peyğəmbərə verdilər. Həzrət Peyğəmbər (s) həmin qəsəbəni qızı Fatiməyə bağışladı ki, ona və məhrumlara yardım olsun. Həzrət Peyğəmbər (s) Xeybər müharibəsindən sonra yəhudilərin başqa nir mərkəzi plan Vadil-Qürrə məntəqəsinə tərəf hərəkət edib oranı da mühasirə vasitəsi ilə ələ keçirdi. Daha sonra onlara da Xeybər yəhudiləri kimi, öz torpaqlarında qalaraq qazanclarının yarısını müsəlmanlara vermələrinə icazə verdi. Həzrət Peyğəmbər (s) bu müqavilələrlə islam ordusunun düşmən qarşısındakı həmlə və müdafiə gücünü artırmaq üçün öz iqtisadı vəziyyətini düzəltmiş oldu.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Yəməndə Səna Məscidində yenidənqurma işləri aparılarkən Quran Kərimin qədim ...
Övladlar arasında ədalət
Salavatın fəziləti haqqında -2
Giriş
Böyük (kəbirə) günahlar
Həzrət İmam Hüseyn (ə) nə kimi əxlaqi-mənəvi keyfiyyətlərə malik olmuşdur?
RƏHMƏT HAQQINDA HEKAYƏLƏR-3
AŞURA-KƏRBƏLA HƏQİQƏTLƏRİ
İmam Kazimdən (ə) ibrətli əhvalatlar
İNTİZARIN TƏSİRLƏRİ

 
user comment