Azəri
Thursday 18th of July 2024
0
نفر 0

Fələstin YUNESKO-ya üzv seçildi

Fələstin ötən gün BMT-nin Elm, Təhsil və Mədəniyyət Komissiyasına (YUNESKO) üzv seçilib
 
 

Əhli Beyt  xəbər agentliyinin verdiyi xəbərə əsasən: Birləşmiş Millətlər Təşkilatına (BMT) tam üzv olmaq üçün beynəlxalq cəmiyyətdən dəstək axtaran Fələstin ötən gün BMT-nin Elm, Təhsil və Mədəniyyət Komissiyasına (YUNESKO) üzv seçilib. Fələstinin BMT Təhlükəsizlik Şurasında tam üzvlüyü üçün keçiriləcək səsvermədən əvvəl BMT-yə bağlı YUNESKO-ya üzv olması simvolik əhəmiyyət daşıyır.

Mərkəzi Fransanın paytaxtı Paris şəhərində olan YUNESKO-nun ötən gün keçirilən iclasında səsvermə zamanı 58 üzvdən 40-ı Fələstinin quruma üzv olmasına "hə" deyib. Səsvermə zamanı 14 ölkə bitərəf, 4 ölkə isə əleyhinə səs verib.

ABŞ və Fransanın sıx təzyiqinə baxmayaraq, Fələstinin YUNESKO-ya tam üzv olması Təhlükəsizlik Şurasındakı səsvermə üçün Fələstinə əhəmiyyətli bir üstünlük təmin etmiş oldu.

1974-cü ildən müşahidəçi üzv qismində YUNESKO-ya qatılan Fələstin bundan əvvəl 8 dəfə quruma tam üzvlük üçün müraciət etsə də, onun bu müraciəti rədd edilmişdi.

 


source : ابنا
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Nazİr Elmarın qətlİlə bağlı ABŞ səfİrİnə nə deyİb?
İsrailin etirafı: Fələstinlilərin anti-İsrail hərəkətləri misilsizdir
Ayətullah Sistaninin nümayəndəsi İraqın siyasi böhranı barədə xəbərdarlıq ...
Gert Vilders ABŞ-da antiislam nümayişə qatılacaq
"Diqqət! "MÖVLUD OLİMPİADASI"na qeydiyyatın bitməsinə 1 gün qaldı!
Moskvada elektirik qalmaqalı
Pakistanda terror qurbanlarının sayı 23-ə çatdı
BMT Bəhreyndə qətlə yetirilən etirazçılar barədə araşdırma aparılmasını ...
Tunis əlaqələrinin İsrail rejimi ilə adiləşdirilməsini qadağan edən qanun ...
Seyyid Həsən Nəsrullah Bir Daha Çıxış Edəcək

 
user comment