Azəri
Saturday 4th of May 2024
0
نفر 0

MƏHƏMMƏD İBN OSMAN İBN SƏİD ƏMRİ

İmam Mehdinin (ə) xüsusi naibi, ikinci səfir birinci səfirin oğlu Məhəmməd ibn Osman ibn Səid Əmri olmuşdur. O, atası dünyasını dəyişdikdən sonra səfirlik məqamına çatmış müqəddəs nahiyə tərəfindən vəkillik etmişdir.

Məhəmməd ibn Osman da öz atası kimi şiə böyüklərindən olmuş, təqva ədaləti ilə seçilmişdir. Bu şəxs imam Həsən Əsgərinin (ə) etibarlı yaxınlarından olmuş şiələr tərəfindən sevilmişdir. Atası haqqında danışılarkən bəyan olunduğu kimi, Əhməd ibn İshaq imam Həsən Əsgəriyə (ə) sual ünvanlandığı vaxt imam buyurmuşdur: «Əmri onun oğlu hər ikisi etibarlıdır. Onların çatdırdığı mənim tərəfimdəndir sənə dedikləri mənim dediklərimdir. Onları dinlə onlara itaət et. Çünki bu iki şəxs mənim etibar etdiyim adamlardır».

MƏHƏMMƏD İBN OSMAN ƏMRİNİN SƏFİRLİYİNİN DƏLİLLƏRİ

Məhəmməd ibn Osman ibn Səid Əmri təqvalı etibarlı bir şəxs olmasından əlavə, əhli-beytə xidmətdə ötmüş ləyaqətli bir keçmişə malik idi. Atasının dövründə bu şəxsin vəkalət qurumunda fəal iştirakı vardı. Onun səfir seçilməsi üçün ciddi əsaslar vardı ki, bu əsasları nəzərinizə çatdırırıq:

Bu şəxs imam Həsən Əsgərinin (ə) dövründə imamın diqqətini cəlb etmiş imam onun haqqında buyurmuşdur: «Məhəmməd ibn Osman mənim üçün etibarlı şəxsdir».

İmam Həsən Əsgəri (ə) onun etibarlı olduğunu bildirməklə yanaşı, həm oğlu imam Mehdinin (ə) vəkili olduğunu qeyd etmişdir.

İmam Mehdinin (ə) birinci səfiri vəsiyyətində demişdir: «Məndən sonra oğlum Məhəmməd müqəddəs nahiyənin xüsusi naibidir ona müraciət edin».

Birinci səfirin vəsiyyəti əsasında oğlu Məhəmməd onun cənazəsini dəfnə hazırlayır. İmamiyyə şiələri arasında mövcud olan əqidəyə əsasən, imamın cənazəsini dəfnə imam hazırlamalıdır. Məhəmmədin atası həzrət Mehdinin (ə) göstərişi ilə imam Həsən Əsgərinin (ə) cənazəsini dəfnə hazırlamışdı.

Ən əsası isə ikinci səfir müqəddəs nahiyə tərəfindən məktubları göstərişləri xalqa çatdırırdı. Bu məktublar ötən dövrdəki dəst-xəttlə yazılırdı. Vəkillər bu xətt vasitəsi ilə Məhəmməd ibn Osmanın imam Mehdi (ə) ilə rabitəsinə əmin olurdular.

O həm zi vəkillərin imam Mehdi (ə) ilə görüşünü təşkil edirdi. İmam Mehdi (ə) bu görüşlərdə bildirmişdi: «Məhəmməd ibn Osman mənim səfirimdir».

Şeyx Səduq «Əl-ğeybət» kitabında bu məsələyə toxunduqdan sonra yazır: «Bu məsələ şiələr üçün bir dəlil ola bilər ki, Məhəmməd ibn Osman atasından sonra həzrət Mehdinin (ə) səfiri seçilmişdir.

Əbdüllah ibn fər Həmidi deyir: «Məhəmməd ibn Osman Əmridən soruşdum: «İmam Mehdini (ə) görmüsənmiDedi: «Bəli, son dəfə həzrəti Məkkədə Allah evinin yanında ziyarət etdim

Əbu-Nəsr deyir: «Məhəmməd ibn Osman bütün məsələlərini imam Həsən Əsgəri (ə) imam-Zamandan, eləcə , atası Osman ibn Səiddən əxz etdiyi fiqh kitabları təsnif etmişdi. Məhəmmədin vəsiyyətinə əsasən, kitablar üçüncü səfir Hüseyn ibn Ruha təhvil verilmişdir. Axırda isə dördüncü səfir Əli ibn Məhəmməd Səməri həmin kitabları təhvil almışdı.

Məhəmməd ibn Osman təqribən qırx il imam Mehdinin (ə) xüsusi naibi olmuşdur. O, yalandan nümayəndəlik iddiası edənləri məğlub etmiş nəhayət, hicri 305-ci ilə camadiül-əvvəl ayının sonlarında dünyasını dəyişmişdi.

Məhəmməd ibn Osman ölümündən iki ay qabaq imam Mehdi (ə) tərəfindən öz ölümü haqqında xəbər tutmuşdu. Bu səbəbdən əvvəlcədən özü üçün qəbir hazırlamışdı. Məhəmməd d edilən gün dünyasını dəyişdi. Həzrət Höccətin (ə) göstərişi ilə Məhəmməd vəsiyyət etdi ki, ondan sonra növbəti səfir Hüseyn ibn Ruh Növbəxtidir.

 

HÜSEYN İBN RUH NÖVBƏXTİ (ƏBÜL-QASİM)

İmam Mehdinin (ə) üçüncü səfiri böyük Şeyx Hüseyn ibn Ruh Növbəxti olmuşdur. O, Məhəmməd ibn Osman Əmrinin həyatı dövründə müqəddəs nahiyə tərəfindən Məhəmmədin canişini yin edilmişdir. Məhəmməd ibn Osman ömrünün son illərində növbəti səfirin qəbulu üçün şiələri hazırlamışdır.

Hüseyn ibn Ruh Növbəxti Məhəmməd ibn Osman dünyasını dəyişdikdən sonra, hicri 305-ci ildə naiblik vəzifəsini öhdəsinə götürmüşdür. Bu səfirin anadan olduğu tarix əvvəlki iki səfirin anadan olduğu tarix kimi lum deyil. Amma ziləri qeyd etmişlər ki, Hüseyn ibn Ruh imam Həsən Əsgərinin (ə) səhabələrindən olmuşdur.

Əgər bu söz doğru olsa, onun hicri III əsrin birinci yarısında dünyaya gəldiyini qəbul etmək olar. Belə ki, o həzrətin səfirliyini qəbul etdiyi vaxt altmışdan çox yaşı olmuşdur. ziləri isə belə qeyd edirlər ki, Hüseyn ibn Ruh imam Həsən Əsgərinin (ə) dövrü arasında əlli il hüdudunda fasilə olduğundan onun on birinci imamın səhabəsi olması inandırıcı deyil.

Bu şəxs ikinci səfirin dövründə onun işçilərindən olmuş son illərdə Məhəmməd ibn Osman tərəfindən baş vəkil yin edilmişdir.

Hüseyn ibn Ruhun Bağdad şiələri arasında xüsusi bir ictimai mövqeyi vardı. Hətta ölkə başçılarının da bu şəxsə münasibəti müsbət idi.

Məhəmməd ibn Osman Əmrinin qızı Ümmü-Gülsüm deyir: «Hüseyn ibn Ruh uzun illər boyu Məhəmməd ibn Osmanın vəkili əmlakına nəzarətçi oldu. O, Məhəmməd ibn Osmanın tapşırıqlarını şiə başçılarına çatdırırdı. Məhəmməd ibn Osman onu o qədər yaxın sayırdı ki, öz sirləri barədə onunla söhbət edirdi. Atam ayda ona otuz dinar maaş verirdi. Bundan əlavə ali-Fərat kimi şiə rəisləri ona etimad göstərərək yardım edirdilər. Hüseyn ibn Ruhun şiələrin qəlbində xüsusi yeri var idi. Çünki onlar bu şəxsin atamın yaxınlarından olduğunu etibarlı sayıldığını bilirdilər. Onun qarşıdakı məsuliyyəti atamın dövründə müəyyənləşmişdi. Atam həzrət Mehdi (ə) tərəfindən göstəriş almışdı ki, onu öz canişini seçsin. Atamı tanıyanlar arasında onun naibliyinə şübhə edənlər yox idi. Mən onun vəkilliyinə şübhə edən bir şiə tanımıram».

Şeyx Səduq Məhəmməd ibn Əli Əsvəddən rəvayət edərək deyir: «İxtiyarında olan vəqf malları Məhəmməd ibn Osmanın yanına aparırdım o da məndən qəbul edirdi. Ömrünün son günlərində apardığım malları onun göstərişi ilə Hüseyn ibn Ruha təhvil verdim qəbz istədim. Hüseyn ibn Ruh istəyimi Məhəmməd ibn Osmana çatdırdı. Məhəmməd ibn Osman mənə tapşırdı ki, ondan qəbz istəməyim sonra buyurdu: «Hüseyn ibn Ruha çatan şey mənim əlimə çatmış kimidir». Həmin vaxtdan başlayaraq ixtiyarıma verilən malları onun yanına aparır qəbz tələb etmirdim».

Əslində Məhəmməd ibn Osman ibn Səid Əmri bu səfirlik işi ilə Hüseyn ibn Ruhun gələcək məqamını vəkillərə xalqa bəyan edirdi. Çünki vəkillər təhvil aldıqları mala qəbz verir, səfirlər isə qəbz yazmırdılar.

Hüseyn ibn Ruh Məhəmməd ibn Osmanla həmkarlıq etdiyi dövrdə üstün mövqe qazandığı üçün ehtiyaclı şiələrə yardım göstərirdi. Şeyx Səduq yazır: «Ələvilərdən biri öz maddi ehtiyacını vəzirə bildirmiş, amma ondan müsbət cavab almamışdı. Bunu eşidən Hüseyn ibn Ruh vəzirə xəbər göndərdi ələvinin çətinliyi həll oldu.

fər ibn Məhəmməd ibn Mütəyyil deyir: «Məhəmməd ibn Osman Əmri ölüm yatağında olarkən orada idim. Həmin məqamda o dedi: «Məndən sonra Hüseyn ibn Ruh imam Mehdinin (ə) nümayəndəsi mənsəbinə yin olur». İmam Mehdinin (ə) göstərişi ilə Məhəmməd ibn Osman Hüseyn ibn Ruhun səfirliyi üçün hazırlıq gördüyündən o, şiələr, xüsusi ilə , vəkillər vəkalət qurumunun işçiləri tərəfindən çətinliklə qarşılaşmadı. Onun yeganə problemi haqqında Şeyx Tusi yazır: «Əbu-Əbdüllah Həsən Vəcəna Bağdadın on vəkilindən biri kimi Nəsibin Mosulda fəaliyyət göstərirdi. O, hicri 307-ci ildə Məhəmməd ibn Fəzl Mosuli adlı biri ilə görüşdü onun Hüseyn ibn Ruhun səfirliyini qəbul etmədiyini başa düşdü. Həsən Vəcəna onu Hüseyn ibn Ruhun səfirliyinə inandırmaq üçün çalışsa da, Məhəmməd ibn Fəzl Mosuli bu həqiqəti qəbul etmədi. O, əvvəlki iki səfirdə gördüyü kəramətləri Hüseyn ibn Ruhda da görmək istəyirdi.

Həsən Vəcəna onu Bağdada gətirdi o öz gözləri ilə Hüseyn ibn Ruhun kəramətini müşahidə etdi. Dərhal öz əməlindən peşiman olub Hüseyn ibn Ruhun səfirliyini qəbul etdi.

Hüseyn ibn Ruh Məhəmməd ibn Osman vəfat etdikdən sonra rəsmi səfirlik fəaliyyətinə başladı vəkalət qurumunun işlərini əlinə aldı. İşin başlanğıcında Məhəmməd ibn Osman Əmrinin xadimi onun yanına gəlib Əbu-fərin əsasını, sandıqçasının açarını ona çatdırdı dedi: «Əbu-fər mənə buyurdu: «Mən torpağa tapşırıldıqdan sonra bu əşyaları Hüseyn ibn Ruha, mənim canişinimə təhvil ver; imamların möhürləri bu sandıqçadadır».

MÜNASİB MÖVQE

Hüseyn ibn Ruhun səfirliyi dövründə İbn-Fəratın xəlifə Müqtədirin vəziri olması ilə şiələr müəyyən həddə rahatlıq tapdılar. Hüseyn ibn Ruh Növbəxtinin özünün hakimiyyət dairələrində xüsusi hörməti vardı. Bu iki səbəbdən əvvəlki səfirlərin dövrlərindən fərqli olaraq Hüseyn ibn Ruhun dövründə şiələr rahat nəfəs aldılar hökumət onlara heç bir maneçilik törətmədi.

Yalnız hicri 313- ildə şiə kimi tanınmış Qəramitə həcc karvanına hücum etdiyi vaxt Bağdadda şiələrə qarşı hücumlar oldu, İbn-Fərat onun oğlu tutularaq həbs edildi. Həmin il Hüseyn ibn Ruh gizlənsə , növbəti ildə həbs edilərək beş il zindanda qaldı. Hicri 317-ci ildə o azadlığa çıxdı yenidən öz fəaliyyətini davam etdirdi.

Hüseyn ibn Ruh hicri 305-ci ildən 326- ilədək, iyirmi bir il müddətində müqəddəs nahiyə tərəfindən səfirlik vəzifəsini öhdəsinə götürdü. Hicri 326- il, şəbanın 18- dünyasını dəyişdi. O, Bağdadda dəfn olunmuşdur qəbri şiələrin ziyarətgahıdır. İmam Mehdinin (ə) göstərişi onun vəsiyyəti əsasında səfirlik məqamı Əli ibn Məhəmməd Səməriyə çatdı.

 

ƏBÜL-HƏSƏN ƏLİ İBN MƏHƏMMƏD SƏMƏRİ

İmam Mehdinin (ə) dördüncü sonuncu naibi Əli ibn Məhəmməd Səməridir. O, həzrət Höccətin (ə) göstərişi ilə Hüseyn ibn Ruhdan sonra səfirlik məqamına seçildi. Bu şəxs hicri 326- ildən 329-cu (328-ci) il, şəban ayının on beşinədək vəkalət qurumuna rəhbərlik etdi.

Əli ibn Məhəmməd Səməri abbasi vəziri fər ibn Məhəmmədin bacısının əri idi. Bu qohumluq əlaqəsi onun Abbasilər hakimiyyətinə sir etməsində mühüm rol oynamışdır.

Əli ibn Məhəmməd Səməri etiqadlı şiə ailəsindən olmuş vəkalət qurumunda öz gözəl xidməti ilə şöhrət qazanmışdır. Onun müsbət keçmişi, etibarlılığı səbəbindən səfirlik məqamını əldə etməsində şiələr vəkalət qurumu tərəfindən çətinliyi olmamışdır. Vəkillər xüsusi şiələr bu şəxsi imamın həqiqi səfiri olaraq rəsmi tanımış dini ödəncləri müqəddəs nahiyəyə çatdırmaq üçün ona təhvil vermişlər.

Şeyx Hürr Amili nəql edir ki, Səməri ailəsinin əksər üzvləri Bəsrədə böyük əmlaka sahib olmuşlar. Onlar öz gəlirlərinin yarısını imam Həsən Əsgəriyə (ə) vəqf etmiş uyğun gəliri imamın ixtiyarına vermişlər.

Əli ibn Məhəmməd Səməri səfirliyinin qısa müddətli olması siyasi vəziyyətin ağırlığı səbəbindən geniş fəaliyyət göstərə bilməmişdir. Bu da ola bilər ki, səfir təqiyyəyə riayət edib, gizli fəaliyyət göstərdiyindən onun bir çox işləri qapalı qalmışdır.

 

SON FƏRMAN

Müqəddəs nahiyə tərəfindən son fərman Əli ibn Məhəmməd Səmərinin vəfatından altı gün qabaq verilmişdir. Bu fərmanda imam Mehdi (ə) Səmərinin vəfat tarixini bildirir elan edirdi ki, bu səfirdən sonra xüsusi naib olmayacaqdır. Qeyd olunurdu ki, Səmərinin ölümü ilə kiçik qeyb dövrü başa çatır böyük qeyb dövrü başlayır. Həmin bildirişdə deyilirdi: «Rəhman Rəhim Allahın adı ilə. Ey Əli ibn Məhəmməd Səməri! Allah sənin ölüm müsibətində din qardaşlarının mükafatını böyük edər. Altı gündən sonra dünyanı dəyişəcəksən. Öz hesab-kitabını qaydaya sal naiblik, canişinlik haqqında kimsəyə vəsiyyət etmə ki, sənin yerində otursun. Çünki ikinci qeyb dövrü başlamışdır. Allah istədiyi günə qədər zühur olmayacaq. O, qəlblərin bərkləşəcəyi, yer üzünü zülm-sitəm bürüyəcəyi uzun bir müddətdən sonra baş verəcək. Çoxları müşahidə iddiası edəcək. Bil ki, Süfyaninin ayağa qalxmasından Səmadan nida qopmasından qabaq kim məni gördüyünü iddia etsə, yalançıdır. Güc qüdrət uca mərtəbəli Allaha məxsusdur».

Şeyx Səduq Əbu Məhəmməd Həsən ibn Əhməd Mükəttəbin dilindən yazır: «Biz Əli ibn Məhəmməd Səməri dünyasını dəyişəndə Bağdadda Mədinətus-Səlamda idik. Ölümdən bir neçə gün qabaq onunla görüşdük. O, həzrətin bu fərmanını bizə göstərdi. Biz imamın göstərişlərinin üzünü köçürdük Əli ibn Məhəmməd Səmərini tərk etdik. d olunmuş altıncı gün çatdıqda onun yanına getdik ölüm yatağında olduğunu gördük. Ondan soruşdular ki, özündən sonra canişini kimdir, imam Mehdinin (ə) naibi kim olacaq? O dedi: «Allah öz istəyini yerinə yetirəcək. (ni kiçik qeyb dövrü başa çatmışdır böyük qeyb dövründə imam Mehdinin (ə) xüsusi naibi olmayacaq; Bu Allahın iradəsidir). Bu sözləri deyib canını yaradana təslim etdi. Bu sözlər onun son sözləri oldu».

Bu tarixdən başlayaraq xüsusi naiblərlə imam Mehdi (ə) arasındakı əlaqə kəsildi böyük qeyb dövrü başladı. lumdur ki, Əli ibn Məhəmməd Səmərinin vəfat tarixi hicri 329-cu il şəban ayının on beşinə təsadüf edir. Amma Şeyx Səduq onun üç yüz iyirmi səkkizinci ildə vəfat etdiyini bildirir.

 


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Nigeriya Şiələri Qüds Günün möhtəşəm qeyd etdi
Səqifə damı altında “Səqifə” cərəyanı
ƏLİ (Ə)-IN ŞƏHADƏTİNDƏN SONRA İSLAMIN ƏHATƏ DAİRƏSİ
ŞİMАL VƏ QƏRBDƏ İRƏLİLƏYİŞ
KƏ’BƏNİN VİRAN EDİLMƏSİ
İSLAMIN ZÜHURU
Mina qurbanı həzrət İsmayıl (ə)
SƏBА DÖVLƏTİNİN SÜQUTU, HƏMİRİLƏRİN HАKİMİYYƏTƏ GƏLİŞİ
MƏRVANİLƏR
İNSАNIN HЕYVАNDАN ÜSTÜNLÜYÜ

 
user comment