Azəri
Sunday 5th of May 2024
0
نفر 0

Əhli-beyt (ə) məhəbbəti

 

Ayətullah Məhəmməd Fazil Lənkərani Peyğəmbərә (s) və Əhli-beytə (ə) qurulan əza və bayram məclislərindən əlavə, hər həftə cümə günləri səhər çağı öz dəftərxanasında qurulan rövzə məclislərində də iştirak edir. Həmçinin, Fatimeyi-Zəhranın (ə) şəhadəti münasibəti ilə hər ilin 20 günlük Fatimiyyə əyyamında evlərində əza məclisləri təşkil olunur. Mərhum atasının başladığı bu iş 60 ildən artıqdır ki, davam edir.

Ayətullah əzadarlıq və bayram məclislərinin xurafatdan qorunmasına xüsusi diqqət göstərib, özünün bəyanatlarında və şəri suallara verdiyi cavablarda zəif rəvayətlərdən istifadə etməməyə və dinimizə yad olan ahəng və üslublardan çəkinməyə çağırmışdır.

Siyasi səhnədə

İnsanlara və müsəlmanlara diqqət və qayğıkeşlik, onların problemlərinin həlli üçün sə`y göstərmək, görkәmli аlimin hәmişә diqqәtdә sахlаdığı məsələlərdəndir. O, beynəlxalq münasibətləri və dünyada baş verən ictimai-siyasi prosesləri izlәmәklә İslam və bəşəriyyət düşmənlərinə qarşı həmişə barışmaz mövqe tutmuşdur.

Fələstin, Qarabağ, İraq, Əfqanıstan və digər müsəlmanları müdafiə, habelə, Salman Rüşdinin mürtəd elan edilməsi hökmünü himayə etməsi, bu qətiyyət və barışmazlığa əyani sübutdur.

Ayətullah müsəlmanların birliyi naminə edilən müdarat təqiyyəsini şəri nöqteyi-nəzərdən düzgün bilir. Onun nəzərinə görə, bu məqsədlə әhli-sünnənin camaat namazlarına iqtida etmək olar. Lakin bu heç də istənilən adamla kompromisə getmək demək deyil. Məsələn, bir neçə il öncə Mədinə şəhərindəki Peyğəmbər (s) məscidinin imamı Şeyx Hüzeyfi şiələrin ünvаnınа nalayiq sözlər işlətmişdi. Ayətullah Məhəmməd Fazil bunu eşidərkən bu məzmunlu bir bəyanatla çıxış etdi: “Mən tövsiyə etmişdim ki, şiələr Məscidül-həram və Məscidün-nəbidə qılınan camaat namazlarında iştirak etsinlər. Bu tövsiyəm yenə də qüvvədədir. Lakin bəyan edirəm ki, müsəlmanlar arasında təfriqə salan bu şəxsə iqtida etmək düzgün deyil!”

O, bunu özünə vəzifə bilir və ona görə də heç nədən çəkinmirdi. Bilirdi ki, bu bəyanatı onun həcc mərasimindəki nümayəndəliyi üçün problemlər yarada bilər. Хoşbəxtlikdən çox keçmədi ki, Mədinə şəhərinin əmiri Hüzeyfini imamalıqdan azad etdi.

İmam Xomeyni öz hərakatını başlayan gündən Şeyx Məhəmməd Fazil həm bir sıravi vətəndaş və həm də Qum elmi hövzəsi Müdərrislər Şurasının üzvü kimi fəaliyyətə qoşulmuşdur. Həmin fəallıqlаrа görə dəfələrlə həbs olunmuş, işgəncə mәruz lmış və nəhayət, ab-havası yaxşı olmayan məntəqələrə sürgün edilmişdir. O ilk dəfə yayın qızmar çağında 4 ay müddətinə yandırıcı Ləngə limanına göndərilmişdir; elə bir 4 ay ki, öz təbirilə desək, 40 ilə bərabər zəhmət və məşəqqətlə keçmişdir. Onun ardınca isə, iki il yarım Yəzd şəhərində, düzənlik bir rayonda qalmağa məcbur edilmişdir. Oğlu Şeyx Məhəmməd Cavad Lənkərani bu barədə deyir: “Ləngə limanında sürgündə olduğu 4 ay ərzində bәdәni xeyli zәiflәdi. Hökumət adamları qorxuya düşüb, onu Yəzdə köçürtdülər. Atam, İmam Xomeyninin mərcеyi-təqlid olduğunu elan edən 12 müctəhiddәn biri idi və məhz buna görə sürgün edilmişdi”.  (fоtо)  

Özünün sürgün həyatında “Təhrirül-vəsilə” kitabına şərh yazan Məhəmməd Fazil Lənkərani, öz elmi fəaliyyətindən əlavə, insanlara ictimai-siyasi məlumatlar vermiş, onları İslam hərəkatına kömək göstərməyə çağırmışdır.

İslam dininin hələ 1400 il әvvәl terrorizmə qarşı mübarizəyə başladığını bildirən Ayətullah, ABŞ-ın Əfqanıstan və İraqa hücumları ərəfəsində də etiraz bəyanatı ilə çıxış etmişdir.

 

Mәhәmmәd Fаzil Lənkəraninin Azərbaycan gənclərinə müraciəti

Azərbaycanın imanlı cavanları, mənim din qardaşlarım bir neçə kəlmə nəsihət istəmişlər. Təbərrük olaraq zikr edilməsini münasib bildiyim hədisdə məsum imam buyurmuşdur ki, Allahın nəzərindən heç bir vaxt kənarda olmadığını bil. İnsan özünü həmişə Allahın hüzurunda hiss etməli, bütün əməl və rəftarlarını Allahın razılığını qazanmaq istiqamətində tənzimləməlidir. İnsanın oturuşu-duruşu, yuxusu və oyaqlığı, hərəkəti və sükutu, işarələri və hətta bütün qəlbindən keçənlər Allahın hüzurundadır.

Əzizlərim, insanın ilahi ruhdan üfürülmüş nəfsi (canı) onun cismində Allahın əmanətidir. Dünyada həyat və varlıqdan üstün bir ne`mət yoxdur. Kamilliyin hər hansı bir mərtəbəsinə çatmaq istəsəniz, əvvəlcə özünüzü tanımalısınız. Nəfsi (özünü) tanımaq bilik qapılarının açılması üçün mühüm bir müqəddimədir. Çünki “özünü tanıyan Allahını tanıyar”. Təəssüf ki, insan gənclik dövrünü bu həqiqətdən xəbərsiz keçirir. Elə ki, qocalıq qapını döyür, insanın bütün diqqəti zəif və əzabkeş bədənini qorumağa yönəlir.

İnsan gənclikdə nəfsinin tərbiyə və təzkiyəsinə (gözəlləşdirilməsinə) qadir olur. Bu mühüm işdən ötrü əziz cavanlar həmişə Qurani-kərimə yaxın olmalı, susuzluqlarını bu ilahi çeşmədə yatırmalıdırlar. “Əllah, Əllah, fil-Qur`an” bütün övliyaların tövsiyəsidir. Qurandan faydalanmaq və bu sahilsiz ilahi okeanın bir guşəsinə çatmaq üçün əzəmətli və əvəzsiz Əhli-beyt maarifi ilə tanış olmaq lazımdır. Onların yolu, həyatı və ölümü kamillik istəyində olan insan üçün çox münasib bir nümunədir. İslam dininin mühüm üstünlüklərindən biri kamil insanların tərbiyəsidir. Bu məsələyə heç bir məktəbdə İslamdakı qədər diqqət yetirilmir. Məsumların öz bərəkətli ömürlərini hansı yolda sərf etdiklərini öyrənərək, həmin yolla səfərə çıxmalıyıq. Gənclərin diqqət yetirməli olduqları ən zəruri məsələlərdən biri məsum imamların həyatının öyrənilməsi və bu mövzuda düşünməkdir.

Əziz gənclər, ayıq olun! Bu gün küfr və zor dünyası İslamla gənclər arasında təfriqə yaratmaqdadır. Onlar gənclərin doğru yoldan azdırılması üçün qüvvələrini səfərbər etmişlər. Dinin və dini şəxsiyyətin məhvi üçün fəaliyyət göstərən azdırıcı vasitələr və mexanizmlər günbəgün artmaqdadır. Boş vaxtlarınızdan və mövcud imkanlarınızdan düzgün faydalanın, həqiqi dini tanımaq üçün ömrünü İslami araşdırmalara sərf etmiş mütəxəssislərdən istifadə edin.

Allah-təaladan diləyirəm ki, müsəlman dünyasını, xüsusilə gəncləri şeytanların şərindən hifz etsin, səadət və kamillik qapılarını onların üzünə daha artıq açsın. İnşəallah.

АYӘTULLАH-ÜZMА ŞЕYХ MӘHӘMMӘD FАZİL LӘNKӘRАNİNİN YАLNIZ ÇАP ОLUNMUŞ ӘSӘRLӘRİ

 

Aşağıda adları çəkilən kitablar Ayətullah Məhəmməd Fazil Lənkəraninin elmi araşdırmalarının bəhrəsidir:

1. “Nəhayətül-təqrir” (Ayətullah Bürucerdinin ali (xaric) dərsləri)

2. “Mötəmədül-üsul” (İmam Xomeyninin ali üsul dərsləri)

3. "Təfsilüş-şəriə" (Təhrirül-vəsilənin şərhi)

4. “Tibyanul-üsul”         

5. Üsul dərsləri (16 cilddə)

6. Әl-Ürvətül-vüsqa” kitabına haşiyə

7. “Misbahul-fəqih” kitabının təharət bölməsinə haşiyə

8. “İzahul-Kifayə”

9. “Mədxəlüt-təfsir”

10. Fiqh qaydaları

11. Әl-İctihad vət-təqlid”

12. Müdarat təqiyyəsi

13. Fərag və təcavüz qaydalarına dair risalə

14. Həcc hökmləri

15. Həcc və ümrə risaləsi

16. Həcc haqqında sual-cavablar

17. Әl-Əhkamul-vazihə”

18. Oruc

19. Qəzavət

20. Şəriət hökmlərinin izahı

21. Şəri suallara cavab (İstiftaat)

22. Şübhəli paltarla namaz qılmağa dair risalə

23. Yeni fiqhi məsələlər

24. Mündəricatlar məcmuəsi (Biharul-ənvar, “Әl-Qədir Təfsir-əl-mizan kitablarının mündəricatı)

25. Həmd surəsinin təfsiri

26. Əhli-beyt və yaxud Təthir ayəsinin parlaq simaları

27. Məsum imamlar və yaxud vəhy keşikçiləri

28. Peyğəmbərlərin məsumluğu

29. İmam Əlinin (ə) nəzərində ölkə idarəsi (Həzrət Əlinin (ə) Malik Əştərə yazdığı məktubun şərhi)

30. “Təqriratul-üsul”

31. “Mənasikul-həcc”

 

АYӘTULLАH-ÜZMА ŞЕYХ MӘHӘMMӘD FАZİL LӘNKӘRАNİNİN «TОVZİHUL-MӘSАİL» ӘSӘRİ HАQQINDА АYRICА DАNIŞMАQ İSTӘYİRİK.

 

Bu әsәr bir kitаbа yеrlәşsә dә, о аğаnın, әgәr bеlә dеmәk cаizdirsә, mоnumеntаl әsәrlәrindәndir. Әsәr hәm Аyәtullаhın müqәllidlәri, hәm dә bütün zümrәdәn оlаn digәr müsәlmаnlаr üçün mаrаq kәsb еtmәklә ictimаi хаrаktеr dаşıyır vә bununlа dа bаşqа kitаblаrındаn sеçilir. Kitаbdа Cә’fәri tәriqәti аrdıcıllаrı üçün gündәlik hәyаtdа suаl dоğru bilәcәk 2896 mәsәlәnin müfәssәl izаhı vеrilir.

 

Risаlәdәn böyük mәmnunluqlа sеçmә frаqmеntlәr tәqdim еdirik.

 

MÜDАFİӘ MӘSӘLӘLӘRİ

M:2888. Әgәr düşmәn müsәlmаnlаrın ölkәsinә, sәrhәdlәrinә hücum еtsә, bütün müsәlmаnlаrа, mümkün оlаn hәr vаsitә ilә–cаn vә mаl sәrf еtmәklә оnu qоrumаq, müdаfiә еtmәk vаcibdir. Bu işdә cаmеüş-şәrаit müctеhidin icаzәsinә еhtiyаc yохdur.

M:2889. Әgәr әcnәbilәrin müsәlmаnlаrın ölkәlәrini istilа аltınа аlmаq plаnlаrındаn tәhlükә törәnәrsә–istәr birbаşа оlsun, istәrsә dә dахildәki vә хаricdәki cаsuslаrının, әlаltılаrının vаsitәsi ilә–İslаm ölkәlәrini müdаfiә еtmәk mümkün оlаn hәr vаsitә ilә vаcibdir.

M:2890. Әgәr әcnәbilәr tәrәfindәn İslаm ölkәlәrinin dахilindә plаn çәkilsә vә оnlаrа hаkim оlmаsındаn qоrхu törәnsә, müsәlmаnlаrа vаcibdir ki, mümkün оlаn hәr vаsitә ilә оnlаrın plаnlаrını pоzub nüfuz dаirәlәrinin gеnişlәnmәsinin qаrşısını аlsınlаr.

M:2891. Әgәr әcnәbilәrin siyаsi, iqtisаdi vә ticаrәt nüfuzunun gеnişlәndirilmәsi vаsitәsilә müsәlmаn ölkәlәrinin istilа аltınа аlınmаsı qоrхusu törәnәrsә, müsәlmаnlаrа vаcibdir ki, mümkün оlаn hәr vаsitә ilә öz ölkәlәrini müdаfiә еdib, istәr dахili istәrsә dә хаrici әcnәbilәrin әllәrini kәssinlәr.

M:2892. Әgәr İslаm dövlәtlәri ilә әcnәbi dövlәtlәr аrаsındаkı siyаsi әlаqәlәrdәn оnlаrın İslаm ölkәlәrinә istәr siyаsi, istәrsә dә iqtisаdi cәhәtdәn hаkim оlmаsı qоrхusu törәnәrsә, müsәlmаnlаrа vаcibdir ki, bu sаyаq әlаqәlәrlә müхаlifәtçilik еdib İslаm dövlәtlәrini, bu әlаqәlәri kәsmәyә vаdаr еtsinlәr.

M:2893. Әgәr әcnәbilәrlә ticаrәt әlаqәlәrinin bәrqәrаr оlunmаsındаn müsәlmаnlаrın iqtisаdiyyаtınа zәrbә dәymәsi, nәticәdә iqtisаdi vә ticаrәt әsаrәtinә düşmәlәri gözlәnirsә, bu cür әlаqәlәrin kәsilmәsi vаcib, bu cür ticаrәt әlаqәlәri hаrаmdır.

M:2894. Әgәr İslаm dövlәtlәri ilә әcnәbi dövlәt аrаsındа bаğlаnаn iqtisаdi vә yа ticаrәt müqаvilәlәri İslаm vә müsәlmаnlаrın mәnаfеyinin хilаfınа оlаrsа, cаiz dеyil. Әgәr hәr hаnsı bir dövlәt bu cür әlаqә yаrаtsа, sаir dövlәtlәrә vаcibdir ki, mümkün оlаn hәr yоllа оnu, bu әlаqәlәri kәsmәyә vаdаr еtsinlәr.

M:2895. Әgәr bә’zi İslаm ölkәlәrinin rәhbәrlәri, yахud mәs’ul işçilәri әcnәbilәrin İslаm vә müsәlmаnlаrın mәnаfеyinә zidd оlаn nüfuzunun (istәr siyаsi, istәr iqtisаdi, istәrsә dә hәrbi) gеnişlәnmәsinә sәbәb оlаrsа, gәrәk bu хәyаnәt vаsitәsi ilә оlduğu mәqаmındаn kәnаrlаşdırılsın. Әgәr fәrzәn о mәqаmı аşkаr еtmәsi hаqq оlsа dа, müsәlmаnlаrа vаcibdir ki, mümkün оlаn hәr yоllа vә şәriәt mе’yаrlаrınа riаyәt еtmәklә оnlаrı cәzаlаndırsınlаr.

 

Lənkəraninin dәftәrхаnаsı

Mərcəyi-təqlid Məhəmməd Fazil Lənkərani dәftәrхаnаsının informatika şöbəsinə daxil olan məktubların sayı, məzmunu və göndərilmə ünvanı ilə maraqlandıqda xeyli fakt və rəqəmlərlə üzləşirsən. Əksər məktubların məzmunu şəri suallara cavab almaq istəyindən ibarət olsa da, məsləhət, təşəkkür, arzu və təkliflər də az deyil. Ümumiyyətlə, 2005-ci ilin mart ayından keçən 11 ay ərzində informatika şöbəsinə 47. 715 məktub daxil olub. Onların sayı ötən illərə nisbətən 7 dəfə artıb, təbii ki, verilən sualların sayı da çoxalıb. Məsələn, təkcə miladi 2005-ci ilin 11 ayı ərzində 15 dildə 60 mindən çox sual daxil olub. İdarəyə təkcə ingilis dilində 4681, ərəbcə 12002, farsca 29424, türkcə 194, rusca 286, Azərbaycan dilində 495, fransızca 92, urdu dilində 170 məktub gəlmişdir. Fil Dişi Sahili, Hindistan, Almaniya, İspaniya, İndoneziya və digər ölkələrdən göndərilmiş məktubları həyəcansız oxumaq mümkün deyil.

Hacı Şeyx Məhəmməd Fazil Lənkərani tədqiqat işləri, elmi əsərlər yazmaqla yanaşı, İİR-in ali məktəb rəhbərləri, yüksək dini dərəcəli ruhanilərlə dərs keçir. Dövlət və hökumət adamları ilə görüşə də qısa zaman ayırır.

 

MUSАVАT QӘZЕTİ

Ayətullahül-üzma gərgin iş rejiminə baxmayaraq Rusiyanın paytaxtı Moskva şəhərində fəaliyyət göstərən “Əhli-Beyt” icmasının, burada nəşr edilən eyni adlı qəzetin, “Salam” uşaq jurnalının və “İman” mətbu orqanının nümayəndələrini 2006-cı il Aşurasından sonra qəbul edir. Yarım saata qədər davam edən görüşdə alim Rusiya, eləcə də onun paytaxtında müsəlman-şiə icmasının fəaliyyəti ilə maraqlanır, mövcud mürəkkəb ictimai-siyasi şəraitdə dindaşlarına görə qayğılandığını bildirir. Eyni zamanda da müqəllid qonaqlarının şəriət məsələlərilə bağlı suallarını cavablandırır. Həmin sual-cavabdan fraqment:

Sual: Məlumdur ki, yüz minlərlə müsəlman azərbaycanlı kişi hazırda Rusiya ərazisində çörək qazanmaqla məşğuldur. Onların bəzilərindən xanımları şikayətçidirlər. “Aylarla evə pul göndərmir, ailələrinə baş çəkmirlər. Biz biganə ərlərimizdən boşana bilərikmi?” soruşurlar. Bu vəziyyətin şəri hökmü nədir?

Cavab: Belə hallarda həmin şəxsin təqlid etdiyi müctəhid hakimi-şər öz ixtiyarından istifadə edərək, kişi istəməsə belə həmin xanımı boşatdırmaq hüququndadır. Bu şərtlə ki, ərlə ilkin söhbət aparılmalı, onun bundan sonra xanımı ilə əlaqə saxlayıb, yardım edib-etməyəcəyi öyrənilməlidir. İslami qaydada ailəsinin qayğısına qala bilməyəcəyi müəyyənləşsə, xanımı boşayır. Yox, əgər, kişi peşman olsa, öhdəlik götürsə və ona əməl etməyə başlasa, nigahları əvvəlkitək dürüst sayılır.

Sual: Danimarkanın üzdəniraq karikaturaçılarına dünyanın hər bir müsəlmanı kimi, Moskvada yaşayan azərbaycanlılar da sərt mövqe nümayiş etdirmək istəyirlər. Amma onların çoxu Rusiya vətəndaşı olmadıqları, yarıleqal şəraitdə yaşadıqları üçün İslam düşmənlərinə qarşı kəskin çıxış edə bilmirlər. Belə hallarda onlar özlərini necə aparmalıdırlar?

Cavab: Karikatura ilə bağlı hər bir müsəlmanın borcudur ki, ona etiraz mövqeyini bildirsin. Amma müsəlmanlar hicrət etdikləri ölkənin siyasi, ictimai şəraiti, ab-havanı nəzərə almalıdırlar. Elə bir tədbir keçirməməlidirlər ki, özlərinin təhlükəsizliyinə, dini fəaliyyətlərinə və ya hər hansı ictimai mövqelərinə xələl gəlsin, əsaslı problem yaransın. Bunu məhərrəmliyin əzadarlıq məclislərində də nəzərə almaq lazımdır.

Sual: Rusiya şəraitində yaşayan müsəlman, risaləsini əldə edə bilmədiyi müctəhidə təqlid edə bilərmi?

Cavab: Hər bir müsəlman əgər özü müctəhid deyilsə və ya ehtiyat əməllərə sərbəst riayət edə bilmirsə, müctəhidə təqlid etməlidir. Təqlid müctəhidin özündən soruşmaq, onun hökmünə bələd olan alimlərdən öyrənmək və ya o müctəhidin risaləsini əldə edib orada yazılmış hökmlərə əsaslanmaq yolu ilə həyata keçirilir. Bunların heç birinə imkan olmadıqda müqəllid – təqlid edən İslamın qayda-qanunlarına başa düşdüyü tərzdə əməl etməlidir. Qeyd etmək lazımdır ki, bayaq dediyimiz imkansızlıq, doğrudan da obyektiv, üzürlü səbəblərdəndirsə, o müsəlmanın səyləri, əməlləri və nəhayət, üzrü qəbuldur.

Sual: Moskva çoxmilyonlu, izdihamlı qeyri-müsəlman şəhəridir. Metro vaqonlarında, kiçik tutumlu marşrut avtobuslarında sərxoş, itini qoltuğuna vuran və İslama zidd digər əməl sahibləri ilə yanaşı getməli olursan. Bu bizim üçün günah, ya haram sayılırmı?

Cavab: Dediyiniz icbari həyat tərzinin sizin üçün günahı və ya qəbahəti yoxdur. Amma çalışmaq lazımdır ki, dediyiniz şəxslər rütubətli, nəm olsalar, onlara toxunulmasın. Sərnişinlərin sıx olduğu nəqliyyatda ətrafınızdakıların üst-başları quru olarsa, eybi yoxdur.

Sual: Rusiya şəraitində əgər bir məscidin bünövrəsini din xadimi ilə yanaşı, həmin şəhərin qeyri-müsəlman meri qoyursa, tikinti də müvafiq olaraq hər iki tərəfin yardımı ilə həyata keçirilərsə, bu doğru sayıla bilərmi? Məlumdur ki, burada şəhərin büdcəsi həm də haram vəsaitlə formalaşır.

Cavab: Məscid tikintisi üçün möminlərin vəsaiti, halal ianələr, yardımlar ortaya qoyulursa, bu zaman mənbəyi şübhəli olan vəsaitlərdən imtina edilir. Yox, əgər bu cür təşəbbüs və ya imkan yoxdursa, onda dediyiniz qaydada məscid tikintisinə irad tutmaq olmaz.

Mərcəyi-təqlid idarəsinin Moskva şəhərindəki filialının müqəllidləri ilə əlaqələrini lazımınca dəyərləndirir, Cəfəri təriqətinin mətbuat nümunələri və burada dərc edilən materiallarla maraqlanır, dəyərli tövsiyələr verir.

 


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Nigeriya Şiələri Qüds Günün möhtəşəm qeyd etdi
Səqifə damı altında “Səqifə” cərəyanı
ƏLİ (Ə)-IN ŞƏHADƏTİNDƏN SONRA İSLAMIN ƏHATƏ DAİRƏSİ
ŞİMАL VƏ QƏRBDƏ İRƏLİLƏYİŞ
KƏ’BƏNİN VİRAN EDİLMƏSİ
İSLAMIN ZÜHURU
Mina qurbanı həzrət İsmayıl (ə)
SƏBА DÖVLƏTİNİN SÜQUTU, HƏMİRİLƏRİN HАKİMİYYƏTƏ GƏLİŞİ
MƏRVANİLƏR
İNSАNIN HЕYVАNDАN ÜSTÜNLÜYÜ

 
user comment