Azəri
Saturday 21st of December 2024
0
نفر 0

MADDİ VƏ MƏ᾽NƏVİ BƏRƏKƏTLƏR

 


Qur᾽ani-Kərim aşkar şəkildə buyurur ki, əgər bir şəxs dünya əhli olsa belə, bilməlidir ki, Allaha itaət etmək onun dünyasını azaltmayacaqdır, əksinə Allaha itaət etmək dünya həyatından başqa pak-pakizə axirət həyatına da səbəb olacaqdır.[1]

«Hər kəs dünyəvi savabı istəsə (bilməlidir ki,) həm dünya, həm də axirət savabı Allah yanındadır».

Başqa sözlə desək, mütəal Allah hər şeydir. Hər kəsin Allahı varsa, deməli hər şeyi vardır.[2]

Şeyxin müridlərindən biri belə deyir: Şeyx məndən soruşdu: Nə işlə məşğulsunuz?

Dedim: Dülgərəm.

Buyurdu: Bu çəkici ki, mıxa vurursan, Allahı yad etməklə vurursan, yoxsa pul xatirinə?! Əgər pulun xatirinə vurursansa, sənə təkcə o pulu verəcəklər. Amma, əgər Allah xatirinə vursan həm pul verəcəklər, həm də Allaha qovuşacaqsan.
ALLAH XATİRİNƏ DƏRS VERİRDİM

Şeyxin şagirdlərindən biri onun dilindən belə nəql edir: Mərhum Ayətullah Bürucerdinin cənazəsinin dəfn mərasimində çoxlu adam iştirak etdi və onu çox əzəmətlə dəfn etdilər. Bərzəx aləmində ondan soruşdum ki, necə oldu ki, bu qədər əzəmətlə yad edildiniz? Buyurdu: Bütün tələbələrə Allah xatirinə dərs verirdim.
ALLAH BİZİM İŞİMİZİ DÜZƏLTDİ

Şeyxin müridlərindən biri ondan nəql edərək belə deyir: Oğlumun adı əsgəri xidmətə çağırılanların içərisində idi. Onun işinin ardınca getmək istəyirdim ki, bir qadınla bir kişi öz ixtilafını həll etmək üçün mənim yanıma gəldilər. Mən onların çətinliklərini həll edib, barışıq yaratmaq üçün qaldım. Günortadan sonra oğlum gəlib dedi: Paliqonun yanına çatanda şiddətli baş ağrısına düçar oldum, başım şişdi. Həkim məni müayinə etdikdən sonra əsgəri vəzifədən azad etdi. Paliqondan çölə çıxan kimi, sanki o şiş yox imiş kimi bir əsər-əlamət qalmadı.

Şeyx axırda əlavə etdi ki: Biz getdik camaatın işini düzəldək, Allah da bizim işimizi düzəltdi.
BEŞİNCİ FƏSİL
ALLAH ÖVLİYALARININ ZİKRİ

Şeyxin Allahı zikr edib Onu yad etmək haqqında əsaslı bir göstərişi var idi ki, müxtəlif yerlərdə təkrarən ona tə᾽kid edirdi. Bəyan edəcəyimiz kimi, bu göstəriş islam hədislərindən çıxarılmışdır, lakin mühüm məsələ Şeyxin bu barədəki şəxsi təcrübələridir.

Ümumiyyətlə bu ilahi şəxsiyyətin və saleh bəndənin kəlamı ona görə əhəmiyyətlidir ki, özünün batini təcrübələri və kəlamlarından ibarətdir.
ÖZÜNÜ DAİM ALLAHIN HÜZURUNDA BİLMƏK

Cənab Şeyx öz şagirdlərini elə tərbiyə etmək istəyirdi ki, onlar hər bir halda özlərini Allahın hüzurunda hiss etsinlər. Bu da həqiqətdə həzrət Peyğəmbərin (s) insan tərbiyə edən mühüm kəlamının məğzidir:

«Allahı «kamil» zikr ilə yad edin». Soruşdular: «Kamil zikr nədən ibarətdir?»

Buyurdu: «Gizlində və məxfi zikr».[3]

Başqa bir hədisdə Həzrət Peyğəmbər (s) belə buyurur:

«Gözətçi mələyin eşitmədiyi məxfi zikr, onların eşitdiyi zikrdən yetimş dəfə fəzilətlidir».[4]

Məxfi şəkildə edilən zikrin aşkarda edilən zikrdən üstünlük və fəziləti məhz onun insanın ruhi tərəqqisində və yüksəlişində ifa etdiyi mühüm rolla əlaqədardır. Dildə zikr etmək çox asandır, lakin qəlbdə zikr etmək xüsusi ilə onu davam etdirmək çox çətin bir işdir. Məhz buna görə də imam Baqir (ə) bu işi ən çətin işlərdən biri kimi qeyd edir:

«Üç şey bəndələrin ən çətin işlərindəndir: Mö᾽minin insaflı olması, dini qardaşına kömək və hər bir halda Allahı yad etmək. Bu da o mə᾽nayadır ki, insanın günahla qarşılaşaraq onu yerinə yetirmək istədikdə, Allahı yad etməsi onu günah iş etməkdən saxlayar. Bu da Allah-taalanın buyurduğu kəlamın mə᾽nasıdır: “Pərhizkar olan şəxslərə şeytan vəsvəsələri yaxınlaşdıqda Allahı yad edərlər. Çünki, onlar bəsirət sahibi olan insanlardır”».[5]

Başqa bir hədisdə imam Sadiq (ə) mö᾽minin insaflı olmasını, bərabərliyə riayət etməsini və Allahı daim zikr etməsini ilahi vaciblər arasında ən çətin bir iş hesab edir və buyurur ki, Allahı hər halda yad etmək dedikdə, məqsəd dildə zikr etmək deyil. Baxmayaraq ki, dildə zikr etmək də Allahı zikr etmək sayılır:

«Hüseyn Bəzzaz deyir: İmam Sadiq (ə) mənə buyurdu: Allahın bəndələrinə vacib etdiyi əməllərin ən çətinindən sənə xəbər verimmi?

Ərz etdim ki: Bəli.

Buyurdu: Camaatla insafla rəftar etmək, (dini) qardaşınla həmdərd olmaq və hər bir halda Allahı yad etmək. Allahı yad etmək dedikdə məqsədim “Sübhanəllahi vəl həmdu lillahi vəla ilahə illəllahu vəllahu əkbər»—deyil. Bu da zikrdir, amma Allahı yad etmək dedikdə, məqsədim itaət və günahla qarşılaşarkən Allahı yad etməyi nəzərdə tuturam.[6]

Çox çətin məsələ budur ki, insan özünü hər bir halda Allahın hüzurunda görsün. Əgər insan üçün belə bir vəziyyət irəli gələrsə, həvayi-nəfsinin və şeytanın ona qələbə çalaraq onu Allah qarşısında itaətsizliyə vadar etməsi qeyri mümkündür.
NƏFSİN VƏ ŞEYTANIN ƏLİNDƏN XİLAS OLMA YOLU

Şeyx buyururdu: Nəfsin şərindən xilas olmaq üçün Allaha diqqət yetirib, özünü daim Onun hüzurunda hiss etməkdən başqa bir çıxış yolu yoxdur. Nə qədər ki, Onun hüzurundasan və Allahla rabitən kəsilməyib, nəfs səni aldatmağa qadir deyildir.

O, özü də əksər hallarda aşağıdakı ayəyə işarə edərək buyururdu:[7]

«Hər vaxt insan öz diqqətini Allahdan kəssə, pusquda dayanan şeytan və nəfs onun qəlbini öz ixtiyarına keçirər və öz işlərinə başlayarlar.
MƏNDƏN ƏL ÇƏK!

Şeyxin şagirdlərindən biri onun dilindən belə nəql edir: Öz nəfsimi mə᾽na aləmində görüb dedim: Məndən əl çək! Dedi: Sən bilmirsənmi ki, səni həlak etməyincə səndən əl çəkən deyiləm?!

Bəlkə də məhz bu mükaşifənin səbəbinə görə Şeyx aşağıdakı şe᾽ri daha çox oxuyardı:
Dər dəbistani əzəl hüsnü tu irşadəm kərd

Bəhri seydəm ze kərəmi lütfü to imdadəm kərd

Nəfsi bəttinəti mən mayili hər batili bud

Feyz bəxşi tu əz dəsti vey azadəm kərd

İlahi mərhəmət və feyz Allahı yad və zikr etməyə davam edilməsi yolu ilə insanın qəlbinə nazil olur. Allahın yadı insanın qəlbinə daxil olarkən ilk növbədə insanın qəlbini şeytani vəsvəsələrdən, nəfsani aludəliklərdən təmizləyir və onu Mütləq Fəyyazın feyzini almağa hazırlayır. Əmirəl-mö᾽minin Əli (ə) bu barədə buyurur:

«Qəlbin ləyaqətli olmağının səbəbi, onun Allah zikrinə məşğul olmasıdır».[8]

İnsan özünü daim Haqq taalanın hüzurunda hiss etsə, nəfsin və şeytanın əsarətindən xilas olar və bu azadlıqla onun qəlbindəki və ruhundakı müxtəlif xəstəliklər müalicə olunar. İmam Əli (ə) buyurur:

«Allahı yad etmək-şeytanın qovulması səbəbidir».[9]

«Allahı yad etmək, ruhun xəstəliklərinin dərmanıdır».[10]

«Ey O kəs ki, adın dərman, Sənin yadın şəfadır»![11]

İlahi feyz, Allahı daim zikr etmək yolu ilə qəlbə insani həyat bağışlayır və onu nuraniləşdirir, ruhu qüvvətləndirir və qəlb sahibi ilə Allah arasında ünsiyyət yaradır və tədriclə insana eşq və məhəbbət iksiri verilir.

Allah barəsində sözün tam mə᾽nasında arif olan, insan ruhlarının dərdlərindən agah olan İmam Əli (ə) kimi böyük şəxsiyyət bu barədə buyurur:

«Hər kəs subhan Allahı yad etsə, Allah da onun qəlbini dirildər, fikir və düşüncəsini aydınlaşdırar».[12]

«Həmişə Allahı yad etmək ruhların qidasıdır».[13]

«Allahı yad etmək ünsiyyətlərin açarıdır».[14]

«Hər kəs Allahı çox yad etsə, Allah onu sevər».[15]

Bu müxtəsər kəlamlarda qeyd olunanlar Allahı yad etməyin insan həyatında və onun ruhunun tərəqqisindəki bərəkətlərindəndir. Lakin, bunlara dərindən diqqət yetirməklə aydın olur ki, Allahı yad etdiyimiz anlar nə qədər dəyərli, Allahı yadımızdan çıxartdığımız vaxtlar isə bizim üçün nə qədər ziyanlıdır.

[1]  Nisa surəsi, 134-cü ayə.

[2]  Ərəfə duasında da buyurulur: “Məlləzi fəqədə mən vəcədək” (Səni tapan nəyi itirmişdir?!)

[3]  «Mizanül-hikmət», 4/1866/1352/6491 və 6493.

[4]  «Mizanül-hikmət», 4/1866/1352/6491 və 6493.

[5]  «Mizanül-hikmət», 4/1856/1342/6454

[6]  «Mizanül-hikmət», 4/1856/1342/6455.

[7]  «Hər kəs Rəhman Allahın yadından qəlbini döndərsə onun üçün bir şeytan tə᾽yin edərik ki, onunla həmnişin olar». (Züxruf surəsi-36.)

[8]  «Mizanül-hikmət» 4/1846/1340/6394.

[9]  «Mizanül-hikmət», 4/1850/1340/6427.

[10]  «Mizanül-hikmət», 4/1850/1340/6418.

[11]  «Mizanül-hikmət», 4/1850/1340/6419.

[12] «Mizanül-hikmət», 4/1848/1340/6399.

[13] «Mizanül-hikmət», 4/1848/1340/6403.

[14] «Mizanül-hikmət», 4/1852/1340/6435.

[15] «Mizanül-hikmət» 4/1852/1340/6435.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

QАDININ CӘMİYYӘTDӘ İŞTİRАKI
Xoşbəxtlik axtaran kişilərə tövsiyələr
BİRİNCİ HİSSƏ
SUİ-ZƏNN VƏ BƏDBİNLİKLƏ MÜBARİZƏ!
Fatimeyi Zəhranın (s.ə) adları
Buna diqqət etdikdə ki, Quran hər bir şeyi açıqlayıb bəyan edəndir, ayələri ...
İNSANIN DƏRDLƏRİ BARƏSİNDƏKİ MÜXTƏLİF NƏZƏRLƏR
XÜSUSİYYƏTLƏR
Ələddin məlikov
QARĞIŞ QƏLBƏ QARANLIQ GƏTİRİR

 
user comment