Azəri
Saturday 21st of December 2024
0
نفر 0

YUXUDA DA ALLAHI YAD ETMƏK



Doktor Səbati deyir: Bir gün nahara dostlardan birinin evində qonaq idik. Yemək yeyəndən sonra hamı istirahətə başladı. Mən gözlərim yumulu halda uzanmışdım. Bu halda Allahı yad edir və bu barədə fikirləşirdim. Bu zaman qarşımda uzanan cənab Şeyx məni görüb dostlara belə tövsiyə etdi: Yuxuda da gərək Allahı yad edəsən.

Yuxuda da Allahı yad etmək barəsində etdiyi tövsiyəni mən yalnız həmin yerdə eşitdim, daha başqa vaxtlar bu sözü heç bir yerdə eşitmədim.
BƏRZƏXDƏN XƏBƏRDARLIQ

Şeyxin dostlarından biri belə nəql edir: Bir gün Şeyxin hüzurunda idim, buyurdu: Bərzəxdə bir cavanı gördüm, o deyirdi: Siz bilmirsiniz ki, burada nə xəbərlər var?! Bura gələndən sonra başa düşəcəksiniz. Allahdan başqası üçün çəkdiyiniz hər bir nəfəs sizin ziyanınıza tamam olacaq.
BƏ᾽Zİ ZİKRLƏRİN XÜSUSİYYƏTLƏRİ

Şeyxin məktəbində zikrin xasiyyətləri barəsində söhbət edərkən unutmamalıyıq ki, onun məktəbi nəticə məktəbi deyil, məhəbbət məktəbidir. O kəs nəticə hasil edər ki, Allahdan başqa heç nə istəməsin, hətta öz kamalını belə nəzərə almasın. Buna əsasən zikrin tə᾽siri hər nə olsa belə, onda əsas məqsəd Allahdan başqaları olmamalıdır.
İKİ ZİKRƏ DAHA ÇOX TƏ᾽KİD

Şeyxin müridlərindən biri belə deyir: Şeyx istiğfar edib salavat göndərməyə daha çox əhəmiyyət verirdi. O, başa düşmüşdü ki, bu iki zikr Allaha doğru seyr edənlərin sanki iki qanadıdır. O, buyururdu: Hər kəs həyatında çoxlu salavat göndərsə, ölüm zamanı Peyğəmbər (s) onun dodaqlarından öpər.
NƏFSƏ QƏLƏBƏ ÇALMAQ ÜÇÜN

1. «La hovla vəla quvvətə illa billahil-əliyyil-əzim» zikrini daimi təkrarlamaq;

2. «Ya daimu, ya qaim» zikrini demək;

3. İnadkar nəfsi məğlub etmək üçün sübh və axşam on üç dəfə, yaxud yüz dəfə «Allahummə ləkəl-həmdu və iləykəl-müştəka və əntəl-müstəanu» duasını oxumaq;

4. Hər gecə yüz dəfə «Ya zəkiyyut-tahiru min kulli afətin bi qudsihi» duasını oxumaq.[1]

Cənab Şeyx nəfsə qələbə çalmaq üçün qeyd olunası axırıncı zikrlərə daha çox tə᾽kid edərək buyururdu: Mən özüm ondan istifadə etmiş və bu yolla varid olmuşam. Hətta bir gün onu o qədər təkrarladım ki, axırda nəfsim öldü. Öz-özümə dedim ki, bunu o qədər davam etdirəcəyəm ki, vücudum yoxluğa çevrilsin. Bəşər təbiyyətinin tələbinə uyğun olaraq onu təkrarlamaqdan qafil oldum, bu zaman öz nəfsimi dirilmiş gördüm. Mə᾽lum oldu ki, hər kəs dünyaya diqqət yetirsə nəfsi güclənər. Bu zikrin oxunuşu nəfsə qələbə çalmaq üçün çox tə᾽sirlidir.
NAMƏHRƏM GÖRDÜKDƏ ŞEYTAN VƏSVƏSƏLƏRİNƏ QƏLƏBƏ ÇALMAQ

Doktor Fərzam nəql edir ki, cənab Şeyx Rəcəbəli «Ya xəyrə həbibin və məhbubin, səlli əla Muhəmmədin və ali Muhəmməd» zikrini naməhrəm gördükdən sonra oxumağı çox tə᾽sirli hesab edirdi. Dəfələrlə bu zikri etməyi mənə tövsiyə etmişdi ki, şeytanın vəsvəsələrindən amanda olam. O, deyirdi: Gözün naməhrəm qadına düşəndə xoşun gəlməsə bil ki, xəstəsən! Amma əgər xoşun gəldisə, dərhal gözlərini yum, başını aşağı sal və de: Ya xəyrə həbibin... Yə᾽ni, Pərvərdigara, mən Səni istəyirəm, bunlar nədir?! Bunlar sevilməli deyildir. Hər şeyin ki, davamı yoxdur, ona ürək bağlamaq olmaz.
ALLAH MƏHƏBBƏTİ ÜÇÜN

Qırx gecə ərzində min dənə salavat göndərmək qəlbdə mütəal Allahla dostluq yaranmasına səbəb olur.
BATİNİN SƏFALI OLMASI ÜÇÜN

Cənab Şeyx sübh çağları «Saffat», gündüzlər isə «Həşr» surəsinin oxunmasını batinin səfalı olmasında faydalı hesab edirdi. Şeyxin müridlərindən biri deyir ki, o, mənə belə buyururdu: «Həşr» surəsini hər gecə oxuyun. O, inanırdı ki, Allahın ismi-əzəmi bu mübarək surənin axırıncı ayələrində yerləşir.
İMAM ZAMAN (Ə)-IN HÜZURUNA ÇATMAQ ÜÇÜN

«Rəbbi ədxilni müdxələ sidqin və əxricni muxrəcə sidqin vəc᾽əlni min lədunkə sultanən nəsira» ayəsini hər gecə yüz dəfə oxumaq.[2]

Nəql olunduğuna görə Şeyxin şagirdlərinin əksəriyyəti bu zikri daim təkrar etməklə imam Zaman (ə)-ın hüzuruna çatmışlar, lakin onu zahirdə tanımamışlar. Nümunə üçün bir neçəsini qeyd edirik:

1. Ayətullah Ziyarətinin imamla görüşü.

Şeyxin şagirdlərindən biri nəql edir ki, cənab Şeyx mərhum Ayətullah Ziyarətiyə Məhdişəhərdə imam Zaman (ə)-ın hüzuruna çatmaq üçün müəyyən göstərişlər vermişdi.[3] (Zahirən bizim qeyd etdiyimiz işlərdən ibarət idi.) Onu yerinə yetirdikdən sonra Şeyxə müracət etdi və dedi ki, sənin dediklərini yerinə yetirdim, amma müvəffəq olmadım?!

Şeyx diqqət yetirib buyurdu: Məsciddə namaz qıldığın zaman bir seyyid sənə yaxınlaşıb dedi ki, üzüyü sol ələ taxmaq məkruhdur. Siz də dediniz ki, hər bir məkruh caizdir. Onu deyən imam Zaman (ə) idi.

2. Bir dükançının imam Zaman (ə)-la görüşü.

İki nəfər dükançı bir seyyid ailəsinin məişətini tə᾽min etməyə öhdədar olmuşdular. Onlardan biri imam Zaman (ə)-la görüşmək və ya hüzuruna çatmaq üçün Şeyxin dediyi zikrləri təkrarlamağa başladı. Qırxıncı gecədən əvvəl seyyid ailəsinin övladlarından biri onun yanına gəlib bir sabun istəyir. Dükan sahibi deyir: Anan da təkcə bizi tanıyır! Filankəsdə də vardır. (Bunu deyib qonşuluqdakı dükanı göstərir.) Oradan da ala bilərsiniz.

Bu şəxs deyir: Gecə yatmışdım, birdən hiss etdim ki, həyətdən məni səsləyirlər. Eşiyə çıxdım və heç kəsi görmədim. Yenidən yatdım və yenə də çağırdılar. Bu iş üç dəfə təkrar olundu. Üçüncü dəfə evin qapısını açdıqda gördüm ki, üzü niqablı bir seyyid dayanıbdır. O, mənə dedi: Biz öz övladlarımızı idarə edə bilərik, lakin istəyirik ki, siz bir məqama çatasınız.
ÇƏTİNLİKLƏRİN ARADAN QALDIRILMASI VƏ XƏSTƏLİKLƏRİN MÜALİCƏSİ

Doktor Fərzam deyir: Cənab Şeyx müşküllərin həll olunması və xəstəliklərin müalicə olunması üçün bə᾽zi Qur᾽an ayələrini və duaların cümlələrini salavat ilə birlikdə deməyi tövsiyə edirdi. O cümlədən:

«Rəbbi inni məğlubun fəntəsir və əntə ərhəmur-rahimin».[4]

Mənim özümün də bir çətinliyim var idi. Buyurdu ki, bu zikri deyim:

«Ya Rəbbi, inni məssəniyə-zurru və əntə ərhəmur-rahimin».

Həmçinin buyururdu: Bunlar zikrdir,onları salavatla de.

Uşaqlarımız xəstələnəndə buyururdu ki, bunları deyək:

«Ya mən ismihu dəva və zikruhu şəfa, səlli əla Muhəmmədin və ali Məhəmməd».
ŞİDDƏTLİ İSTİLİYİN VƏ SOYUĞUN DƏF EDİLMƏSİ

Şeyxin şagirdlərindən biri belə deyir: Məkkeyi-müəzzəməyə ilk səfərimdə Şeyxə dedim ki, istiliyin şiddətindən yaranacaq təhlükəni dəf etmək üçün nə edim?

O, istilik və soyuqluğun törədə biləcəyi xətərləri dəf etmək üçün bu ayəni oxumağı məsləhət gördü:

«Səlamun əla İbrahimə, kəzalikə nəczil-muhsinin».[5]

«Ya naru, kuni bərdən və səlamən əla İbrahimə»[6]
ALTINCI FƏSİL
ALLAH ÖVLİYALARININ RAZ-NİYAZİ

Şeyxin mühüm tərbiyəvi göstərişlərindən biri Allah-taala ilə mütəmadi olaraq xəlvətdə münacat etmək və dua ilə məşğul olmaqdır. Şeyx bunu «Allah evində gədalıq» tə᾽biri ilə deyir və tə᾽kidlə buyururdu: Hər gecə bir saat dua oxuyun, əgər dua oxumağa halınız yoxdursa, yenə də Allah-taala ilə olmağı tərk etməyin.

Yenə buyururdu:

«Səhər çağları və eləcə də gecənin axırıncı üçdə birini oyaq qalamağın çox qəribə tə᾽sirləri vardır. Allahdan hər nəyi istəyirsənsə səhər çağı yalvarışlarında əldə edə bilərsən. Sübh çağınından qafil olmayın, çünki, hər nə varsa ondadır. Aşiqin yuxusu olmaz. O, məhbubunun vüsalına çatmaqdan başqa bir şey istəməz. Vüsala çatmağın və Allahla görüşməyin vaxtı səhər çağlarıdır.

Hər gənci səadət ki, xuda dad be Hafiz

Əz yumnu duayi şəbo virdi səhəri bud
CƏNAB ŞEYXİN OXUDUĞU DUALAR

«Yəstəşiru» duası, «Ədilə» duası, «Təvəssül» duası, Əmirəl-mö᾽minin Əli (ə)-ın Kufə məscidindəki (Allahummə inni əs᾽əlukəl-əmanə yovmə la yənfəu malun vəla bənun) cümləsi ilə başlayan münacatı, eləcə də imam Səccad (ə)-dan nəql olunan «Xəmsətə əşərə» münacatı cənab Şeyxin daha artıq diqqət yetirib oxuduğu və şagirdlərinə oxumaq üçün tövsiyə etdiyi dualardandır.

İmam Səccad (ə)-a mənsub olan on beşlik dualar içərisində də «Munacati müftəqirin» və xüsusilə «Munacati müridin» dualarına çox tə᾽kid edərək buyururdu: Bu on beş duadan hər birinin özünəməxsus xüsusiyyəti vardır.
ŞEYXİN HƏMİŞƏKİ DUASI

Doktor Fərzam deyir ki, Şeyxin həmişəki duası bu idi:

«Pərvərdigara! Bizi Özün üçün tərbiyələndir! Pərvərdigara! Xudaya, bizi Özünlə görüş üçün hazırla!»

Cümə axşamları axşam namazından sonra adətən cənab Şeyx «Kumeyl» duasını, yaxud qeyd olunan münacat və dualardan birini oxuyaraq şərh edirdi.
«YƏSTƏŞİRU» DUASINI OXU!

Ayətullah Fehri nəql edir ki, cənab Şeyxin belə buyurduğunu eşitdim: «Allaha ərz etdim: Pərvərdigara! Hər kəs öz məhbubu ilə raz-niyaz edib ləzzət alır. Biz də istəyirik ki, bu ne᾽mətdən bəhrələnək. Hansı duanı oxuyaq?

Mə᾽na aləmində mənə deyildi ki, «Yəstəşiru» duasını oxu».

Məhz buna görə də o cənab «Yəstəşiru» duasını çox şövq və xüsusi halla oxuyardı.
BƏHANƏLƏRİ ONDAN ALIN!

Cənab Şeyx inanırdı ki, əgər insan doğrudan da Allahı istəyirsə və Ondan başqaları ilə qənaətlənmirsə, hökmən mütəal Allah onun əlindən tutub məqsədə çatdırar. Bu barədə maraqlı misal da çəkirdi. Bəhanə gətirən uşağa nə qədər oyuncaq, konfet versələr də, yenə onları alıb tullayır və inadkarlığından əl çəkmir. O qədər ağlayır ki, axırda ata-anası onu qucağına alıb nəvaziş edir. Bu zaman uşaq sakitləşir. Buna görə də əgər dünyanın zahiri bər-bəzəklərini və bəhanəsini Ondan alsan, axırda Allah-taala sənin əlindən tutar və qaldırar. Məhz bu zaman insan ləzzət alır.
AĞLAMAĞIN VƏ MÜNACATIN DƏYƏRİ

Cənab Şeyx inanırdı ki, insan münacata, Allahla danışmağa o zaman ləyaqət tapar ki, Allahdan qeyrisinin məhəbbətini ürəyindən çıxartsın. Hər kəsin həvayi-nəfsi onun mə᾽budu olsa, həqiqətən «ya Allah» deyə bilməz. O, bu barədə buyururdu: Ağlamağın və müanacatın o vaxt dəyəri vardır ki, insanın qəlbində Allahdan başqasının məhəbbəti olmasın.

Bu barədə cənab Şeyxdən bir neçə ibrətamiz mükaşifə nəql olunmuşdur ki, bizim müddəamızı sübut edir.
«YA ALLAH» DEMƏYİN CAVABINDA İKİ RİYAL

Ayətullah Fehri cənab Şeyxin belə buyurduğunu nəql edir:

«Bazarda gedirdim. Fəqir məndən bir şey istədi. Əlimi cibimə saldım ki, ona pul verəm, əlimə iki riyallıq pul gəldi. Onu buraxıb, bir on şahılıq tapdım.[7]

Zöhr zamanı idi. Məscidə gedib namaz qıldım. Namazı qurtardıqdan sonra əllərimi göyə qaldırıb «Ya Allah» dedim. Gördüm ki, cibimdə götürüb təzədən buraxdığım iki riyalı mənə göstərirlər!!

Bu mükaşifədə bir neçə məsələyə diqqət yetirilməlidir:

1. Həvayi-nəfsin mə᾽bud şəkilində zahir olması. Qur᾽ani-Kərim bu mətləbə işarə edərək buyurur:

«O kəsi görmədin ki, öz həvayi-nəfsini (öz Allahı kimi) qərar verib?»[8]

2. İnsan öz nəfsani istəklərinə nə qədər itaət edirsə, bir o qədər də Allaha bəndəçilikdən çıxır və həmin miqdarda istədiyi şeyin bəndəsi; qulu olur. Buna görə də kəşf və şühud aləmində mə᾽bud iki riyala çevrilmişdir.

3. Elə şeylərin infaq olunması dəyərlidir ki, insan onu sevsin. Mö᾽min öz məhbubu yolunda elə şeylərdən infaq eləməlidir ki, onlara məhəbbəti var. Əksinə onun üçün heç bir əhəmiyyət kəsb etməyən şeyləri infaq və ehsan etmək düz deyildir:

«Yaxşılığa yalnız o zaman yetişə bilərsiniz ki, istədiyiniz (və sizin üçün əziz olan şeylərinizi) bağışlayasınız».[9]

[1] Bu zikr həzrət İdris (ə)-ın dualarının bir hissəsidir. «Misbahul-müctehid», səh.601.

[2]  İsra surəsi-80.

[3]  O, höccətul-islam vəl-müslümin cənab seyyid Həmid Ruhaninin atasıdır.

[4]  Qəmər surəsinin 10-cu və Ə᾽raf surəsinin 151-ci ayələrindən iqitibas olunub.

[5]  «Salam olsun İbrahimə. Bax beləcə yaxşı əməl sahiblərinə mükafat verərik». Saffat surəsi-109, 110-cu ayələr.

[6]  «Ey od! İbrahim üçün soyuq və salamat ol».Ənbiya-69.

[7]  İki riyalın dörddə biri.

[8]  Casiyə surəsi-22

[9]  Ali-İmran surəsi-92.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

QАDININ CӘMİYYӘTDӘ İŞTİRАKI
Xoşbəxtlik axtaran kişilərə tövsiyələr
BİRİNCİ HİSSƏ
SUİ-ZƏNN VƏ BƏDBİNLİKLƏ MÜBARİZƏ!
Fatimeyi Zəhranın (s.ə) adları
Buna diqqət etdikdə ki, Quran hər bir şeyi açıqlayıb bəyan edəndir, ayələri ...
İNSANIN DƏRDLƏRİ BARƏSİNDƏKİ MÜXTƏLİF NƏZƏRLƏR
XÜSUSİYYƏTLƏR
Ələddin məlikov
QARĞIŞ QƏLBƏ QARANLIQ GƏTİRİR

 
user comment