Azəri
Thursday 25th of July 2024
0
نفر 0

CİHAD AYƏSİNİN NƏSXİ

 

«Onlar sizinlə Məscidul-haram yanında vuruşmayınca, siz də onlarla vuruşmayın! Əgər [orada] sizinlə vuruşsalar, siz də onları öldürün. Kafirlərin cəzası ancaq budur!» (Bəqərə-191).

Əbu Cəfər Nəhas və nəsx nəzəriyyəsinin bir çox tərəfdarları bu ayənin nəsx olunduğuna dair öz fikir və mülahizələrini irəli sürmüşlər. Çünki ayə Məscidul-haramın yaxınlığında müşriklərlə müharibə etməyin haram olduğunu bildirir. Bir halda ki, onlarla harada olursa olsun, hətta Məscidul-haramın içində belə vuruşmağın heç bir haramlığı yoxdur. Deyilənlərə görə Qətadə də ayənin nəsx olunduğuna əmin olmuşdur.

Müəllif:

Bu ayə də digər ayələr kimi nəsx olunmamış və verdiyi hökm hələ də qüvvədədir. Əgər nəsx olunsaydı hökmən bu ayəyə də dəlalət edərdi.

«Müşrikləri harada görsəniz, öldürün.» (Tövbə-5).

Lakin bu ayə heç də cihad hökmünü bəyan edən (Bəqərə surəsinin 191-ci) ayəsinin nəsx olunmasına dəlalət edə bilməz. Çünki, bu ayə qan tökülməsinin yalnız müəyyən bir yerdə, yəni Məscidül-haramda haram olduğunu bildirir və göründüyü kimi istina xarakteri daşıyır. İkinci ayədə isə, «ümumiyyət xarakteri» daşıyan bir hökmün verildiyini müşahidə edirik. Necə ki, ayədə deyilir (Müşrikləri harada görsəniz öldürün). Və məlum olduğu kimi ümumiyyət xarakteri daşıyan bir hökm, hər hansı bir müəyyən məsələyə dəlalət edən hökmü nəsx etməyə qadir deyildir. Bəlkə əksinə olaraq müəyyən hökmlər ümumiyyət xarakteri daşıyan hökmləri təfsir və izah edir.

Hər iki ayənin ümumi məfhumunu nəzərdən keçirərək belə bir məna əldə edirik. (Müşriklər harada olurlarsa olsunlar, onlarla vuruşun və harada görsəniz öldürün. Məscidul-haramın isə əzəmət və ehtiramını qoruyub saxlayın. Sizinlə orada vuruşmayınca, vuruşmayın. Yox əgər həddi aşaraq onun yaxınlığında belə sizlərə həmlə edərlərsə, özünüzü müdafiə edin və onlarla mübarizə aparın).

Verilən izahları nəzərə alaraq deyə bilərik ki, cihad hökmünü verən ayənin nəsx olunması qeyri-məntiqi və əsassızdır. Çünki, hər iki ayənin məfhum və məzmununda ziddiyyət nəzərə çarpmır.

Bəzən ayənin nəsx olunmasına dair bu məzmunda nəql olunmuş rəvayətə istinad olunur. Rəvayətdə deyilir: «Peyğəmbər (s), Kəbənin pərdəsindən asılmış ağır cinayət törədən İbni Xətlin qətlinə fərman verdi.»

Lakin bu rəvayətlə ayənin nəsx olunduğu sübuta yetməyir. Əvvəla ona görə ki, rəvayət vahid xəbər halında nəql olunmuşdur. Vahid xəbərlə isə ayənin nəsx olunduğu sübuta yetirilmir. Digər tərəfdən isə rəvayət ayənin nəsx olunmasına əsla dəlalət etmir. Çünki əhli sünnə alimləri Peyğəmbərdən (s) nəql edirlər ki, «Məscidul-haramda bir şəxsin qətlə yetirilməsi məndən əvvəl kimsəyə icazə verilmirdi. Mənim özümə də yalnız Fəth (Məkkənin fəthi) günü bir saat ərzində bu şəxsin qətlə yetirilməsinə icazə verildi.

Rəvayətdən belə məlum olur ki, bu yalnız Peyğəmbərə (s) xas bir hərəkət olmuş və ayənin nəsx olunması ilə heç bir əlaqəsi yoxdur. Belə bir əsassız məntiqə isə yalnız bəzi fəqihlərin şəxsi rəyləri əsasında verdikləri fitvalarla əsaslanmaq olar. Bir halda ki, bizim istinad edəcəyimiz yeganə mənbə müxtəlif şəxslərin verdikləri fitvalar deyil, həqiqəti bəyan edən Quran ayələridir.

CİHAD AYƏSİNİN NƏSXİ

«Əgər [sizə əmr olunan bu döyüşə] çıxmasanız Allah sizə şiddətli bir əzab verər». (9/39).

İbni Abbas, Həsən Bəsri və Əkrəmdən nəql olunmuş rəvayətdə ayənin həmən surənin 122-ci ayəsi ilə nəsx olunduğu göstərilir.

Orada deyilir:

«[Ehtiyac olmadıqda] möminlərin hamısı birdən [cihada, döyüşə] çıxmalıdır.» (9/122).

Nəsx nəzəriyyəsi tərəfdarlarının irəli sürdükləri nəzəriyyədə deyilir: Tövbə surəsinin 39-cu ayəsində bütün müsəlmanlara döyüşə getmək əmr olunur. Lakin həmən surənin 122-ci ayəsində hökm artıq ümumi xarakter daşımır.

Cavab:

Ayənin nəsx olunduğunu yalnız o zaman qəbul edə bilərik ki, birinci ayədə döyüşə getməyin vacibliyi bütün müsəlmanlara şamil olsun. Belə olduqda hökm ikinci ayə ilə nəsx və yalnız müəyyən şəxslərə aid ola bilər.

Lakin əvvəlki ayələri nəzərdən keçirməklə belə qənaətə gəlmək olur ki, döyüşə getmək bütün müsəlmanlara deyil, yalnız o şəxslərə vacib olmuşdur ki, onlar özləri bunu Peyğəmbərdən (s) dəfələrlə xahiş etmişlər. Əvvəlki ayələrdə deyilir:

«Ey iman gətirənlər! Sizə nə oldu ki: «Allah yolunda döyüşə çıxın!» – deyildikdə yerə yapışıb qaldınız. Yoxsa axirətdən vaz keçib dünya həyatına razı oldunuz? Halbuki, dünya malı axirət yanında [axirətlə müqayisədə] yalnız cüzi bir şeydir!

Əgər [sizə əmr olunan bu döyüşə] çıxmasanız Allah sizə şiddətli bir əzab verər və sizi başqa bir tayfa ilə əvəz edər [yerinizə başqa bir tayfa gətirər].

Siz isə [döyüşə çıxmamağınızla Allaha və Peyğəmbərinə] heç bir zərər verə bilməzsiniz. Allah hər şeyə qadirdir!» (9/38-39).

Ayənin ümumi məzmunu:

«Cihad hökmü verilən və döyüş meydanına getməyə əmr olunan, lakin buna tabe olmayan şəxslər əzaba layiqdirlər.» Belə bir mənanı nəzərə alaraq deyə bilərik ki, cihadın bütün müsəlmanlara vacib olması ilə heç bir bağlılığı yoxdur ki, başqa bir ayə ilə cihadın vacibliyini aradan götürərək onu nəsx etmiş olsun.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

AŞURA QIYAMININ HƏDƏFLƏRI 2
Kuveytin İmam Sadiq (ə) adına Məsciddə terror hadisəsi törədildi. Şəhid olan ...
HӘZRӘT FATİMӘ RAZI DEYİLSӘ...
Ziyarətin dəyəri
HƏYA İSLAMIN LİBASIDIR
VƏHHABİLİK (6)
Mətaf (təvaf yeri) və Məqami İbrahim (ə)
DƏRUZİYYƏNİN YARANMASI
QURANIN MÖCÜZƏSİ
Ərbəin” gününə məxsus əməlləri

 
user comment