Azəri
Thursday 18th of July 2024
0
نفر 0

QİBLƏ AYƏSİNİN NƏSXİ

 

«[Şərq də qərb də Allahındır. Hansı tərəfə yönəlsəniz [üz tutsanız] Allah oradadır. Şübhəsiz ki, Allahın mərhəməti genişdir və O, hər şeyi biləndir!» (Bəqərə-115).

İbni Abbas, Əkrəmə, Əbul Aliyə, Həsən Bəsri, Qətadə, Sudey və Zeyd ibni Əsləm kimi məşhur təfsir alimləri bu ayənin nəsx olunduğuna dair bir-birindən bir qədər fərqli fikir və mülahizələr irəli sürmüşlər. İbni Abbas bu ayəni Bəqərə surəsinin 150-ci ayəsindəki bu cümlə ilə «Və həysu ma kuntum fəvəllu vucuhəkum mətrəhu – [Ey müsəlmanlar!] harada olsanız, üzünüzü o tərəfə döndərin...» ayəsi ilə, Qətadə isə həmən ayədəki başqa bir cümlə ilə nəsx olunduğunu hesab etmişdir.

«Fəvəllə vəchəkə şətrəl məscidil haram – [Ya Məhəmməd!] haradan [səfərə] çıxsan [namaz vaxtı] üzünü Məscidul-harama tərəf çevir.»

Onlar ayənin nəsx olunduğunu belə bəyan edirlər. Ayənin məzmunundan belə məlum olur ki, müsəlmanlar islam zühur etdiyi ilk illərdə namaz qılarkən üzlərini istədikləri tərəfə tutur və beləliklə gündəlik ibadətlərini yerinə yetirmiş olurdular. Lakin Peyğəmbər (s), Beytul-müqəddəsi qiblə olaraq təyin edir və müsəlmanlara ona tərəf namaz qılmalarını əmr edir. Növbəti ayələr nazil olmaqla Peyğəmbərin (s) üzünü Beytul-müqəddəsdən çevirib Məscidul-harama [Kəbə evinə] tərəf tutması əmr olunur. Beləliklə, yəni ayə nazil olmaqla [ilk qiblə hökmü] nəsx olunur.

Müəllif: «Fəəynəma təvəllu fəsəmmə vəchullah – hansı tərəfə yönəlsəniz [üz tutsanız] Allah oradadır» ayəsinin nəsx olunduğu haqda irəli sürülmüş nəzəriyyəni bir neçə səbəbdən əsassız hesab etmək olar.

Əvvəla ona görə ki, Peyğəmbərin (s) Beytul-müqəddəsə tərəf üz tutub namaz qılması şəxsi istək üzündən deyil, Allah-taala tərəfindən təyin olunmuşdur.

Bəqərə surəsinin 143-cü ayəsində bu haqda deyilir:

«[Ya Məhəmməd!] İndi yönəldiyin qibləni [Kəbəni] adi sənə tabe olanlarla səndən üz çevirənləri bir-birindən ayırd etmək üçün [qiblə] təyin etdik.»

Digər tərəfdən isə «hansı tərəfə yönəlsəniz» ayəsinin nəsx olunması üçün qiblə hökmü ilə heç bir əlaqəsi yoxdur. Ayənin verdiyi hökm sabit və dəyişilməzdir və onun nəsx olunmasına da heç bir əsas yoxdur. Belə ki, Allah-taala «la məkan» bir varlıq olduğu üçün Onun müəyyən yer və iqamətgahı yoxdur. O, hər yerdə və hər tərəfdədir. İnsan hara üz tutarsa Allah-taala da oradadır.

Məhz bu ayəyə istinad edərək Əhli-beyt (ə) qibləyə dair bir neçə hökm sadir etmişdir.

1. Səfərdə olan şəxs müstəhəbb namazlarını istədiyi tərəfə qıla bilər;

2. Əgər səhv üzündən vacib namazlar şərq ilə qərb arasında qılınarsa, düzgün hesab olunur;

3. Qurandakı səcdə ayələri oxunarkən istənilən tərəfə səcdə etmək olar;

4. Qiblənin istiqamətini müəyyən edə bilməyən şəxs istədiyi səmtə namaz qıla bilər.

Buradan belə bir nəticəyə gəlirik ki, «Əynəma təvəllu – hansı tərəfə yönəlsəniz» ayəsi ümumiyyət xarakteri daşıyır. Yəni insan bütün işlərində hara üz tutarsa, Allah-taalaya tərəf yönəlmiş olur. Bu ümumi hökm gündəlik vacib namazlara da əlavə olunmuşdur. Alimlərin bəzilərinin fikrincə, hətta müstəhəbb namazlar da belə – əgər minik üzərində (yəni hərəkət olunmadan) qılınmazsa (qılınarsa) – həmən hökmə əməl edərək qibləyə tərəf yönəlməlidir.

Demək, «Əynəma təvəllu – hansı tərəfə yönəlsəniz» ayəsi nəsx deyildir, əksinə olaraq sonrakı ayələrə müəyyən əlavələr olunmuşdur.

Ayənin nəsx olunmasını isə iki halda qəbul etmək olar:

1) Ayə, Peyğəmbərə (s) üzünü Kəbəyə tərəf tutmasına dair nazil olunmuş ayədən əvvəl nazil olduqda; Bir halda ki, bunu isbat edəcək heç əsas və dəlil yoxdur.

2) Ayə yalnız vacib namazlar barəsində nazil olmuş olaydı. Lakin bu hökm təkcə vacib namazlara deyil, digər müstəhəbb namazlara da şamil olunur. Qeyd etmək lazımdır ki, bir çox əhli-sünnə mənbələrindən bu mətləbə dəfələrlə işarə olunmuşdur. Məsələn, Təbəri öz təfsirində yazır:

Ayə, müstəhəbb namaz və dualar, səfərdə ikən qibləyə doğru hərəkət etməyən müsafir (yəni, səfərdə olan şəxs) və ya səhv üzündən qibləyə tərəf qılınmayan namazlar barəsində nazil olunmuşdur.

Nəticə: Deyilənlərdən belə məlum olur ki, ayənin nəsx olunmasına dair irəli sürülən iddia tamamilə batil və əsassızdır.

Qeyd edək ki, ayənin nəsx olunmasına dair onlarla hədis və rəvayət nəql olunmuşdur.

Bəzən ümumi xarakter daşıyan hər hansı bir ayənin nəsx olunmasından müəyyən mətləb nəzərdə tutulur. Və belə olduqda hər hansı bir mövzunun (hökmün) nəsx olunması tamamilə adi hal daşıyacaqdır. Bəlkə də İbni Abbas nəsx deyildikdə məhz bu mətləbi nəzərdə tutmuşdur.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

YAŞIL İNTİZAR
Allahı necə çağırmalı?
ŞİӘ MӘZHӘBİNDӘ SӘHABӘLӘRӘ MÜNASİBӘT
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
MƏRVANIN ƏSIRLIYI
Yerinə yetirməyə əmin olmadığın vəd vermə
QURAN — QURAN VƏ HƏDİS BAXIMINDAN
İslam dini və elm
İnsan niyə ölümdən qorxur
MƏHDİ (Ə)-IN HƏYATININ VİLADƏTDƏN ATASININ ŞƏHADƏTİNƏ QƏDƏRKİ DÖVRÜ

 
user comment