Azəri
Friday 19th of July 2024
0
نفر 0

Həzrəti-Zəhra(s.ə)-nın şəhadətinin qəmli anları.


Şiə və sünni tarixçiləri Əbu Rafenin arvadı Səlmaya əsaslanarq belə qeyd etmişlər:

O deyir: «Mən Fatimə(s.ə)-nin ömrünün axırlarında ondan bəzi şeylər soruşdum.

Bir gün onun halı yaxşılaşdı. Xəstəliyi aramladı. Həzrəti-Əli(ə.s) bəzi işləri görmək üçün evdən çölə çıxmışdı. Bu zaman Fatimə(s.ə) mənə buyurdu:

__ Bir az su gətir, qüsl edib yuyunum.

Mən su gətirdim. Kömək etdim, Fatimə(s.ə) ayağa qalxıb yaxşı-yaxşı yuyundu, paltarlarını dəyişdi. Sonra mənə buyurdu:

__ Mənim yatağımı evin ortasında sal.

Sonra yerində üzü qibləyə uzandı və mənə buyurdu:

__ Mən bu gün dünyadan gedəcəyəm. Mən yuyunmuşam, heç kəs üstümü açmaçın.

Sonra əlini başının altına qoyub dünyadan getdi.

Rəvayət olunub ki, Fatimə(s.ə) məğrib və işa namazları arasında can vermişdir. Can verdiyi bir anda ciddi bir baxışdan sonra deyib: «Salam olsun Cəbrailə. Səlam olsun Allahın Rəsuluna. Pərvərdigara, mən sənin Rəsulun ilə birgəyəm. Əbədi məskən sayılan Sənin evindəyəm».

Sonra öz yanındakılara xitab edərək buyurdu:

__ Mənim gördüklərimi siz də görürsünüzmü?

Oradakılardan bəziləri dedi:

__ Ey Allah Rəsulunun qızı, sən nə görürsən?

Xanım buyurdu ki, indi asiman (səma) əhlinə baxıram. Cəbraili görürəm. Rəsulullaha baxıram, o buyurur: «Ey qızım! Gəl bizim yanımıza, sənin üçün hazırlanmış (nemətlər və ilahi rizvan) sənin üçün daha yaxşıdır». Zeyd ibn Əli(ə.s) belə nəql edir ki, Fatimə(s.ə) Cəbrailə, Peyğəmbərə(s), Əzrailə salam verdi, orada olanlar mələklərin zərif səslərini eşitdilər, ən gözəl ətirləri iylədilər».

Əsma binti Ümeysin Zəhra (s.ə)-nın şəhid olduğu anlar barəsində söylədikləri.

Əsma binti Ümeys deyir ki, Fatimə(s.ə) canüstə olanda mənə söylədi: «Peyğəmbər(s)-in rəhmət anlarında Cəbrail onun yanına gəldi, behişt kafuru gətirdi. Peyğəmbər(s) onu üç yerə böldü. Bir hissəsini özü üçün götürdü, bir hissəsini Əli(ə.s)-yə, bir hissəsini də mənə verdi ki, ağırlığı qırx dirhəm qədər idi. Sonra (kafurun yerini göstərib) mənə xitabən buyurdu: «Ey Əsma, o kafuru gətir, başımın yanına qoy». Bunu deyib üzünü örtdü.

Sonra buyurdu: «Bir az mənim yanımda qal. Sonra məni səslə, əgər cavab verməsəm, bil ki, atama qovuşmuşam».

Əsma bir az gözləyib Xanım(s.ə)-ı çağırdı, amma cavab eşitmədikdə səsləndi: «Ey Mühəmməd Mustafanın qızı! Ey qadınların bətnində olanların ən kəramətlisinin qızı! Ey yer üzərində gəzənlərin ən yaxşısının qızı! Ey öz rəbbi ilə məqamı iki ox qədərində olan şəxsin qızı!» Yenə də cavab eşitmədiyini gördükdə, Zəhra(s.ə)-nın üzündəki örtüyü kənara çəkdi, onun Liqahullaha qovuşduğunu, ruhunun Allah dərgahına pərvaz etdiyini gördükdə, özünü onun üzərinə atdı. Əsma o Xanım(s.ə)-ın üzündən öpərək deyirdi: «Ey Fatimə(s.ə)! Atan Rəsulullahın hüzuruna çatdıqda mənim salamımı ona çatdır».

Həsən və Hüseyn Analarının cənazəsi yanında.

Sonra Əsma yaxasını cırıb həyəcanlı halda çölə çıxdı, Həsən və Hüseyn(ə.s)-i evin yanında gördü. Onlar otağa girib anasının üzü qibləyə uzandığını gördülər. Hüseyn(ə.s) anasını əli ilə silkələdi, birdən başa düşdü ki, artıq anası dünyadan gedib. Üzünü qardaşı Həsənə tutub dedi: «Qardaş! Anama görə Allah sənə əcr versin (yəni başın sağ olsun). Həsən(ə.s) özünü anasının üstünə atıb onu öpür, deyirdi: «Anacan! Mənimlə danış, yoxsa ruhum bədənimdən ayrılar». Hüseyn(ə.s) irəli gəlib anasının ayaqlarından öpür, deyirdi: «Anacan! Mən sənin oğlun Hüseynəm. Mənimlə danış, yoxsa qəlbim parçalanar, ölərəm!»

Əli(ə.s)-yə xəbər

Əsma Həsənlə Hüseynə dedi:

__ Atanız Əli(ə.s)-nin yanına gedib ananızın vəfatı xəbərini ona yetirin.

Həsən və Hüseyn(ə.s) evdən çıxdılar. Fəryad edərək deyirdilər: «Ya Mühəmməd, ya Əhməd! Bu gün sənin aramızdan getməyinin müsibəti yenidən canlandı, çünki anamız dünyadan gedib». Sonra məscidə daxil oldular. Həzrəti-Əli(ə.s) məsciddə idi. Onlar Fatimə(s.ə)-nin şəhadət xəbərini atalarına çatdırdılar. Bu xəbər Əmirəlmöminin(ə.s)-ə o qədər təsir etdi ki, huşdan getdi, taqəti üzüldü. Dərhal üzünə su səpdilər. Huşa gələndə ürəkyandıran bir səslə buyurdu: «Ey Peyğəmbərin qızı! Kimə başsağlığı verim. İndi sənsiz necə sakit olum?!»

Əli(ə.s) Zəhra(s.ə)-nın cənazəsi yanında.

Məşhur tarixçi Məsudi belə yazır:

Fatimə(s.ə) dünyadan getdiyi vaxt İmam Əli(ə.s) çox üzülmüş, demək olar ki, dünyadan əl götürmüşdü. O, belə mərsiyə oxuyurdu: «Hər iki dostun birliyi axırda fəraq, ayrılıq ilə nəticələnir. Ölüm və ayrılıqdan başqa hər müsibət əhəmiyyətsizdir. Peyğəmbər(s)-in vəfatından sonra Fatimə(s.ə)-nin getməsi bir daha onu göstərir ki, artıq heç bir dost qalmayacaq».

Ravi qeyd edir: «Həzrəti-Əli(ə.s) Həsən və Huseynin əlindən tutub Fatimə(s.ə)-nin cənazəsi olan otağa varid oldular. Əsma Fatimə(s.ə)-nin başı üstündə oturub ağlayır, belə deyirdi: «Ey Peyğəmbər(s)-in yetim qalmış balaları, biz Peyğəmbər(s)-in vəfatından sonra Fatimə(s.ə)-yə başsağlığı verirdik. Amma indi kimə başsağlığı verək?

Fatimə(s.ə)-nin vəsiyyəti.

Həzrəti-Əli(ə.s) parçanı Fatimə(s.ə)-nin üzündən götürdü, başının üstündə bir məktub gördü. Onu götürüb oxudu. Orda belə yazılmışdı: «Bağışlayan və Mehriban Allahın adı ilə. Bu Rəsulullah(s)-ın qızı Fatimə(s.ə)-nin etdiyi vəsiyyətlərdir:

1.Fatimə(s.ə) şəhadət verir ki, vahid Allahdan başqa heç bir məbud yoxdur.

2.Mühəmməd(s) onun bəndəsi və elçisidir.

3.Behişt və cəhənnəm haqdır, qiyamətin olacağına şəkk-şübhə yoxdur və Allah (o gündə) ölənləri qəbirlərdən dirildib qaldıracaq.

4.Ey Əli! Mən Peyğəmbərin qızı Fatiməyəm. Allah-təala məni sənə ərə verdi ki, dünya və axirətdə sənin olam. Sən mənə qarşı (ixtiyar sahibi olmaqda) başqalarından daha üstünsən. Gecə ikən mənə qüsl verib, kəfənə bürü, hənut vurub gecə ikən mənə namaz qıl, dəfn et. Heç kəsə bildirmə. Səni Allaha tapşırıram, övladlarıma qiyamətə kimi salam göndərirəm.

Zəhra(s.ə)-nın matəmində.

Rəvayət olunmuşdur ki, bu xəbərdən sonra Mədinə əhli şivən qopardı. Bəni-Haşim qadınları Fatimə(s.ə)-nin evinə axışaraq elə nalə, şivən qopardıar ki, sanki Mədinə lərzəyə gəldi. Onlar deyirdilər: «Ey seyyidə Xanım, ey Rəsülüllahın Qızı!» Camaat həyəcanlı halda Əli(ə.s)-nin hüzuruna gəldi. Həzrət(ə.s) oturmuşdu. Həsən və Hüseyn(ə.s) onun qarşısında ağlaşırdılar. Camaat da onlara baxıb ağlamağa başladı. Həzrəti-Zəhra(s.ə)-nın qızlarından biri olan Ümmü Gülsüm üzündə niqab, başında çadra olan bir halda ağlaya-ağlaya evdən çıxıb fəryad etdi: «Ey Ata! Ey Allahın Rəsulu! Doğrudan da, biz bu gün səni elə əldən vermişik ki, əbədi olaraq bir daha səni görməyə nail ola bilməyəcəyik». Camaat bir yerə yığışıb fəğan edir, cənazənin evdən çıxmağını gözldəyirdilər. Əbuzər evdən çıxıb onlara dedi: «Evlərinizə gedin, çünki cənazənin dəfnə aparılması bu gecəyə qədər təxirə salınır». Camaat bunu eşidib dağılışdı.

Cənazənin qüsl, kəfən və namazı

Axşam düşdü. Əli(ə.s) cənazəyə qüsl verdi. Bu zaman Həsən(ə.s), Hüseyn(ə.s), Zeynəb, Ümmü Gülsüm, Fizzə və Əsma binti Ümeys də onun yanında idi. Əsma deyir: «Fatimə(s.ə) mənə vəsiyyət etmişdi ki, mən və Əli(ə.s)-dən başqa heç kəs ona qüsl verməsin. Mən Fatimə(s.ə)-yə qüsl verəndə Əli(ə.s)-yə kömək etdim.»

Rəvayət olunmuşdur ki, həzrəti-Əli(ə.s) Fatimə(s.ə)-yə qüsl verəndə deyirdi: «Pərvərdigara! Fatimə(s.ə) Sənin kənizin və Sənin Rəsulunun qızıdır. Pərvərdigara, Onun höccətini ona özün təlqin et. Onun haqq dəlillərini böyük et, dərəcəsini ali et, Onu atası Mühəmmədlə həmneşin et!»

Həmçinin rəvayət olunmuşdur ki, həzrəti-Əli(ə.s) Peyğəmbər(s)-in mübarək bədənini quruladığı parça ilə Zəhra(s.ə)-nın da bədənini quruladı. Qüsl işi qurtardıqda cənazəni tabuta oxşayan taxtın üstünə qoyub Həsən(ə.s)-ə buyurdu: «Əbuzərə xəbər göndər, gəlsin.» Əbuzər gəldi, cənazəni namaz qılınacaq yerə apardılar. Həsən(ə.s) və Hüseyn(ə.s) də onlarla birlikdə getdi. Sonra həzrəti-Əli(ə.s) meyit namazını qıldı.

Həsən(ə.s) və Hüseyn(ə.s) Zəhra(s.ə)-nın ağuşunda

Vərəqə rəvayət edir:

Əli(ə.s) buyurdu: «Fatimə(s.ə) qüsl verməyə başladım. Əynindəki köynəyi çıxarmadan ona qüsl verdim. Kəfənə bürüdüm. Kəfənin bəndlərini bağlamaq istədikdə səslədim: «Ey Ümmü Gülsüm, Səkinə, Zeynəb, Fizzə, Həsən, Hüseyn! Gəlin ananızın görüşündən azuqə götürün, çünki behiştlə görüşüb ayrılmaq vaxtıdır.» Həsən(ə.s) və Hüseyn(ə.s) gəlib şivən qopardılar: «Ah! Babamız Mühəmməd(s) və anamız Fatimə(s.ə)-nin vəfatından yaranan neçə qəm-qüssə, sönməyən həsrət şöləsi! Ey Həsə(ə.s)-nin anası, ey Hüseyn(ə.s)-in anası! Babamla görüşəndə bizim salamımızı ona çatdır və ona de ki, biz səndən sonra dünyada yetim qaldıq. Allahı şahid tuturam ki, (bu vaxt) Fatimə(s.ə) yanıqlı bir nalə çəkdi, əllərini uzatdı və bir müddət balasını nəvazişlə sinəsinə sıxdı. Sonra qeybdən səs eşitdim: «Ey Əli, Həsən və Hüseyni analarının sinəsindən götür. Allaha and olsun ki, onlar səma mələklərini ağlatdılar. Dostlar öz dostunu görməyi arzulayır.»

Fatimə(s.ə)-nin kəfənə bükülməsi

Rəvayət olunub ki, Kəsir ibn Abbas Fatimə(s.ə)-nin kəfəninin üstünə belə yazdı: «Zəhra(s.ə) şəhadət verir ki, Allahdan başqa heç bir məbud yoxdur və Mühəmməd(s) Allahın Rəsuludur.»

«Misbahül-ənvar»da nəql olunan rəvayətdən məlum olur ki, həzrəti-Zəhra(s.ə)-nın büküldüyü kəfənin parçası çox qalın idi. Kitabda qeyd olunub ki, Fatimə(s.ə) ehtizar halında olanda bir qab su istədi və onunla qüsl etdi. Sonra ətir istədi, onun üçün xəşin və qalın parça gətirdilər, onları bədəninə bürüdü.

Həmçinin rəvayət olunub ki, o Xanım(s.ə)-ı yeddi parça ilə kəfənə bükdülər.

Meyit namazı və dəfn mərasimi

«Rovzətül-vaizin» kitabında yazılıb ki, gecə vaxtı camaat yuxuda ikən həzrəti-Əli(ə.s) Həsən(ə.s), Hüseyn(ə.s), Əmmar, Miqdad, Əqil, Zübeyr, Əbuzər, Səlman, büreyd və Bəni Haşimdən olan bir neçə yaxın dostları ilə birlikdə cənazəni evdən çıxarıb ona namaz qıldılar və onu gecə yarısı torpağa tapşırdılar. Həzrəti-Əli(ə.s) Zəhra(s.ə)-nın qəbrinin ətrafında əlavə yerdə qəbir də düzəltdi ki, onun qəbri tanınmaz olsun.

«Misbahül-ənvar» kitabında qeyd olunur ki, bir nəfər İmam Sadiq(ə.s)-dən soruşdu ki, Əmirəl-möminin(ə.s) Fatimə(s.ə)-nin cənazə namazını neçə təkbirlə qıldı? Həzrət buyurdu:

-Əli(ə.s) bir təkbir deyirdi. Cəbrail bir təkbir deyirdi. Sonra isə ilahi dərgahın müqərrəb mələkləri təkbir deyirdilər.

Beləliklə, həzrəti-Əli(ə.s) 5 təkbirlə namaz qıldı.

Başqa bir şəxs soruşdu:

-Ona harda namaz qıldı?

İmam Sadiq(ə.s) buyurdu:

-Öz evində namaz qıldı. Sonra cənazə (tabutda) hərəkət etdirilərək evdən çıxarıldı.

Dəfndən sonra həzrəti-Əli(ə.s) Peyğəmbər(s)-ə salam göndərir.

Şeyx Tusi(r.ə) belə yazır ki, həzrəti-Əli(ə.s) Fatimə(s.ə)-nin cənazəsini dəfn etdikdən sonra onun qəbrini yerlə bir səviyyədə bərabərləşdirdi, sonra əlinin toz-torpağını təmizlədi, qəm-qüssədən həyəcanlandı, göz yaşı axıtdı. Sonra üzünü Peyğəmbər(s)-in qəbrinə tutub dedi: «Ya Rəsulullah salam olsun Sənə mənim və hal-hazırda sənin görüşünə gələn qızın tərəfindən. Ey Allahın Rəsulu, sənin sevimli qızınıın ayrılığından yaranan hicrandan səbrim azalmış, taqətim üzülmüşdür. Amma sənin rəhmətin kimi kədərli bir hadisədən sonra mənə çatan hər bir müsibət kiçikdir. Heç vaxt unutmaram onları ki, sənin mübarək cəsədini qəbrə qoydum. Sən rəhmət edəndə mübarək başın sinəmdə idi. Ruhun pərvaz etdi. Ey Peyğəmbər! Mənə tapşırdığın əmanəti sənə qaytardım. Ancaq mənim qəm-qüssəm, kədərim həmişəlikdir. Gecələri oyaq qalaraq başa vururam, ta ki öz qızın səni ümmətin əlbir olub ona qarşı etdiyi zülmdən agah edəcək. Vəziyyəti ondan (olduğu kimi) soruş. İş belədir: Sənin vəfatından çox keçməmiş, adın xatirələrdən getmişdir. Mənim-vidalaşan bir kəsin salamı siz ikinizə olsun. Bu salam narazı və ya qəlbi yorğun kəsdən deyil. Əgər sənin hüzurundan geri qayıdıramsa, onda bu, yorğunluq üzündən deyil və əgər qəbrinin kənarında qalsam, onda bu heç də Allahın səbirli olanlara verdiyi vədə barəsində bədgümanlıqdan deyil.  Bəli, səbir etmək daha fəzilətli və daha gözəldir. Əgər bizə (zahirdə) qələbə çalanlardan ehtiyat etməsəydim, onda sənin qəbrinin kənarında qalar, etikaf bağlayar, bu müsibətdə balası ölmüş analar kimi ahu-fəğan, nalə edərdim. Allah şahiddir ki, mən düşmənlərin qorxusundan sənin qızını gizli torpağa tapşırdım. Elə bir qız ki, haqqını qəsb etdilər, mirasını ondan aldılar, halbuki sənin vəfatından çox da keçməmişdir, adın hələ köhnəlməmişdir. Ey Allahın Rəsulu, sənin hüzuruna şikayət edirəm. Sənə itaət etmək xatirinə təmkinli olacağam. Allahın salam, rəhmət, bərəkəti Sənə və sənin Qızına olsun.»  

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Yəhudilər bir daha Fələstin xalqına qarşı güc tətbiq etdi –
Suriya Milli Ordusu Dərada xeyli sayda terrorçunu məhv etdi
Bağışlanmış günah və qəbul olmuş yaxşılıq
Yəhudi ravvin Finkel İslam haqda nələrə etiraf etmədi, 2017-ci il
Misir Ordusu 241 terroristi öldürüb
Fəllucə şəhərin mərkəzi İŞİD-dən azad edildi
Oman Sultanlığı azanda “Əliyyən Vəliyyullah” (ə) kəlməsinin deyilməsini ...
İmаm Rİzа әlеyhİssәlаmın hәyаtı bаrәdә qısа mә’lumаt
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
Rusiyadan İŞİD-lə bağlı sərt qərar

 
user comment