Azəri
Saturday 18th of May 2024
0
نفر 0

VƏSİYYƏT AYƏSİNİN NƏSXİ

 

«Sizin hər birinizi ölüm haqlayan zaman qoyub gedəcəyiniz maldan valideynlərinizə, yaxın qohumlarınıza verilməsi ədalət üzrə [malın üçdə birindən çox olmamaq şərtilə] vəsiyyət etməyiniz zəruridir. Bu, müttəqilərə vacibdir.» (Bəqərə-180).

Yuxarıda qeyd olunan ayənin nəsx olunmasına dair iki müxtəlif nəzəriyyə irəli sürülmüşdür:

1. İrs (vərəsəlik) ayəsi ilə nəsx olunması;

Bəzilərinin fikrincə Bəqərə surəsinin 180-cı ayəsi İrs ayəsi ilə nəsx olunmuşdur. Çünki, islamın zühur etdiyi ilk illərdə irs qanunları bir qədər fərqli xarakter daşıyırdı. Bu qanunlara əsasən valideynin bütün var-dövləti övlada çatmalı və valideyn bir başqasına nə isə vermək istədikdə bunu vəsiyyət edərək həyata keçirə bilərdi. Və bu ayə həmən vəsiyyət hökmünə aiddir. Lakin sonralar İrs ayələri nazil olmaqla vərəsəlik kimi istifadə olunan ilk vəsiyyət qanunları nəsx olundu.

Cavab: Bu nəzəriyyəni bir neçə səbəbdən əsassız hesab etmək olar.

a) Rəvayət Səhih Buxaridə nəql olunsa da vahid xəbər formasında nəql olunmuşdur. Vahid xəbərlə isə Quranın heç bir hökmü nəsx olunmayır.

b) (ərə)

Buradan belə məlum olur ki, irs ayəsi bu ayədən sonra nazil olmuşdur.

Lakin nəsx nəzəriyyəsinin tərəfdarları belə bir fərziyyəni sübuta yetirə bilmirlər. Lakin ilk növbədə bu məsələni qətiyyətlə iddia edən Hənəfi məzhəbinin davamçıları sübuta yetirməlidirlər.

v) Vəsiyyət ayəsindən belə bir nəticəyə gəlmək olur ki, hər bir şəxs vəfat etməzdən əvvəl öz qohum-əqrəbasına vəsiyyət edə bilər. Və qətiyyətlə demək olar ki, bu hökm əsla nəsx olunmamışdır. Çünki, mərhumun övladı olduğu təqdirdə, onlar (qohum-əqrəba) vərəsəlik hüququndan məhrum olurlar. Və əgər onlar barəsində də vəsiyyət olunarsa, vəsiyyətdə göstərilən miqdarı özlərinə götürməlidirlər. Demək, hökm nəsx olmayıb və yenə də qüvvədə qalır. Ata-anaya olunan vəsiyyətlərdə nəsx olunmadan bu hökmə əsasən tamamilə qanuni və əsaslıdır.

ğ) Bütün bunlarla yanaşı qeyd etmək lazımdır ki, vərəsələr paylarına düşən şeyləri yalnız vəsiyyət icra olunandan sonra əldə edə bilərlər. Yəni əgər mərhumun borcu olarsa, ilk növbədə onun borcları ödənilməli və yalnız bundan sonra yerdə qalan var-dövlət vərəsələr arasında bölünməlidir. Ayənin özündə bu haqda deyilir: «İrs, vəsiyyət icra olunduqdan sonra bölünür.» Belə bir nəticəyə gəlirik ki, irs ayəsi vəsiyyət hökmünü nəsx etmir, əksinə onun icrasını təkid və təsdiq edir.

PEYĞƏMBƏRİN (S) BUYURDUQLARI İLƏ ŞƏRİ HÖKMLƏRİN NƏSX OLMA HALLARI

Bəziləri Peyğəmbərdən (s) nəql olumuş hədisə istinad edərək vəsiyyət hökmünün nəsx olunduğunu iddia edirlər. Hədisdə deyilir: «Varislərə heç bir vəsiyyət olunmayır.»

Lakin bu hədisi də bir neçə səbəblər üzündən qeyri-mötəbər hesab edirik.

1. Hədisin mötəbərliyi sübuta yetirilməmişdir. Belə ki, Buxari və Müslüm kimi görkəmli ravilər bu hədisi öz kitablarında nəql etməmişlər. Həmçinin «Əl-minar» adlı təfsirin müəllifi də hədisin mötəbər olmasına şübhə ilə yanaşmışdır.

2. Əhli-beyt tərəfindən bu məzmunda nəql olunmuş bir çox rəvayətlərlə ziddiyyətlik təşkil edir. Çünki, bu rəvayətlərdə vəsiyyətin vərəsə üçün qanuni olduğu bildirilmir. Belə ki, Məhəmməd ibni Müslüm, imam Baqir (ə)-dan varislərə vəsiyyət olunmasının nə dərəcədə düzgün olub-olmaması haqda soruşduqda, bunun Quran ayəsi ilə tamamilə müvafiq olduğunu bildirir və sonra bu ayəni tilavət edir:

«Qoyub gedəcəyiniz maldan valideynlərinizə, yaxın qohumlarınıza verilməsi üçün ədalət üzrə [malın üçdə birindən çox olmamaq şərtilə] vəsiyyət etməyiniz zəruridir.» (Bəqərə-180).

Bu məzmunda digər rəvayətlər də nəql olunmuşdur.

3. Rəvayət vahid xəbər halında nəql olunmuşdur. Bu kimi rəvayətlər isə müsəlman icması dairəsində heç bir etibara malik deyildir.

4. Rəvayətin vahid xəbər halında nəql olunduğunu və digər rəvayətlərlə ziddiyyət təşkil etdiyini nəzərə almasaq da belə, ayənin nəsx olunduğuna dair heç bir fərziyyə irəli sürə bilmərik. Çünki, rəvayətin dəlalət etdiyi mətləb və məfhumla ilə ayənin məzmunu arasında heç bir ixtilaf nəzərə çarpmır.

Lakin bu rəvayət ayənin ümumi məfhumunu qeyd halına salaraq oraya bir çox istisnalar əlavə edə bilər. Ata-anaya olunan vəsiyyətləri elə bir tərzdə bəyan edə bilərik ki, onlar vərəsəlik hüququndan məhrum olsunlar və eyni qaydada öz vəsiyyətini [qohum-əqrəbalarından] o kəslərə edə bilər ki, vərəsəlik hüququna malik olmamış olsunlar.

Nəticə:

Deyilənlərdən belə məlum olur ki, əvvəlki ayələr nəsx olunmadığı kimi, vəsiyyət ayəsi də nəsx olunmamışdır. Bir sözlə, digər ayələrə şamil olunan hökm və dəlillər bu ayəyə də şamil olunur. Bir də diqqət yetirmək lazımdır ki, ayədə «kitabət» deyildikdə, sözün lüğəvi mənasını (yazmaq) deyil, istilahi (zərurət, vacib) mənasını nəzərdə tutmaq lazımdır. Məsələn, Ənam surəsinin 12-ci ayəsində deyilir:

«O, özünə [bəndələrinə qarşı] mehriban olmağı vacib etmişdir.»

Demək vəsiyyət ayəsindən məqsəd vəsiyyətin ata-anaya və qohum-əqrəbaya olunmasının zəruriliyini bəyan etməkdir. Lakin imamlar tərəfindən nəql olunmuş rəvayətlər, fiqh alimlərinin icması tərəfindən verilən fitvalar və müsəlman ümmətinin hal-hazırkı adət və ənənələri bu hökmün vacib olmadığını sübuta yetirir.

Belə bir şəraiti (vəsiyyət olunmamasını) nəzərə alaraq, ayənin məzmunundan belə məlum olur ki, yaxşı olar ki, insan hələ sağ ikən ata-anasına, qohum-əqrəbasına vəsiyyət etsin. Bir daha qeyd edirik ki, ayədə «kitabət» deyildikdə zərurət və icbar deyil, mütləq qanunvericilik nəzərdə tutulur.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İslam dinində Qədir Xum bayramının həqiqəti
9-cu imamımızın şəhadəti münasibəti ilə başsağlığı veririk
Allahın saleh bəndələri namazı belə qılırdılar
Quranda şirk (Allaha şərik qoşmaq)
NӘSXİN MӘ᾽NASI
Məb`əs bayramınız mübarək ABNA bu bayramı münasibəti ilə sizə təbrik deyir
Həzrət Əbülfəzl-Abbasın (ə) şəhadəti!
Düşmənlərin İslama qarşı ədavəti
Həzrət Məsumənin (ə.s) fəzilətləri
Peyğəmbərin (s) möcüzəsi

 
user comment