Azəri
Friday 19th of July 2024
0
نفر 0

Fiqh-2



a) Peyğəmbər ¡-in belə buyurduğu nəql olunur:

اَلْفُقَهَاءُ اُمَنَاءُ الرُّسُلِ مَا لَمْ يَدْخُلُوا فِي الدُّنْيَا

"Fəqihlər, dünyaya məftun olmayıncaya qədər peyğəmbərlərin əmanət‌dar‌‌larıdır."[1]

مَنْ حَفِظَ عَلَى اُمَّتِي اَرْبَعِينَ حَدِيثًا مِنْ اَمْرِ دِينِهمْ يَنْتَفِعُونَ بِهَا فِي اَمْرِ دِينِهِمْ، بَعَثَهُ اللّهُ يَوْمَ الْقِيَامَةِ فَقِيهًا عَالِمًا

"Hər kəs mənim ümmətimin ehtiyac duyduğu din işlərindən 40 hə‌dis əzbərləsə və ondan faydalansalar, Allah onu Qiyamətdə alim və fə‌qih kimi məhşur edər."[2]

b) Imam Əliyyibni Əbitalib ™ belə buyurur:

مَنِ اتَّجَرَ بِغَيْرِ فِقْهٍ فَقَدِ ارْتَطَمَ فِي الرِّبَا

"Hər kəs fiqhi öyrənmədən alver və ticarət edərsə, şübhəsiz, ribaya (sələmə) qərq olar."[3]

وَرَبِيعًا لِقُلُوبِ الْفُقَهَاءِ

"Fəqihlərin qəlblərinin baharı..."[4]

وَتَفَقَّهْ فِي الدِّينِ

"Dində fəqih ol!"[5]

v) Imam Sadiq ™-ın belə buyurduğu nəql olunur:

لَيْتَ السِّيَاطَ عَلَى رُؤُوسِ اَصْحَابِي حَتَّى يَتَفَقَّهُوا فِي الْحَلاَلِ وَالْحَرَامِ

 "Kaş səhabələrimin başının üstündə halal-haram işlərində fə‌qih olmaları üçün şallaq olaydı!"[6]

لاَ يَكُونُ الرَّجُلُ مِنْكُمْ فَقِيهًا حَتَّى يَعْرِفَ مَعَارِيضَ كَلاَمِنَا

"Sizlərdən heç biri, bizim sözlərimizdəki kinayələri (bir söz deyib onun laziməsini nəzərdə tutmaq-müt) başa düşməyincə fəqih ola bil‌məz."[7]

Həmçinin buyurur:

مَنْ كَانَ مِنَ الْفُقَهَاءِ صَائِنًا لِنَفْسِهِ، حَافِظًا لِدِينِهِ، مُخَالِفًا عَلَى هَوَاُه، مُطِيعًا لِاَمْرِ مَوْلِاهُ، فَلِلْعَوَامِّ اَنْ يُقَلِّدُوهُ.

"Fəqihlərdən hər biri öz nəfsini (nəfsani istəklərini) saxlasa, öz di‌nini hifz etsə, nəfsinin istəkləri ilə müxalifət etsə və Mövla‌sı‌nın fərmanlarına müti olsa, avam camaat üçün ona təqlid və itaət et‌mək rəvadır."[8]

Bu, kitab və sünnədə fiqh və fəqih kəlmələrinin mə`nası idi. Əhli-beyt ¢ məktəbi alimlərinin nəzərində bundan son‌‌ra fiqh kəlməsi xüsusi mə`na ifa etdi və o da «Fər`i hökm‌lərə, onun təfsili dəlilləri yolu ilə elm və agahlıq əl‌də etməkdən» ibarətdir.

Cəmalüddin Həsən ibni Zeynüddin (111-ci h.q ildə vəfat edib) özünün «Məalimüd-din» kitabında («Məalimül-üsul» adı ilə məşhurdur) yazır:

اَلْفِقْهُ فِي اللُّغَةِK اَلْفَهْمُ وَفِي الْاِصْطِلاَحِK هُوَ الْعِلْمُ بِالْاَحْكَامِ الشَّرْعِيَّةِ الْفَرْعِيَّةِ عَنْ اَدِلَّتِهَا الْتَّفْصِيلِيَّةِ

"Fiqh lüğətdə anlamaq, başa düşmək mə`nasınadır, isti‌lah‌da isə şəriətin fərhi hökmlərinə, onun təfsili dəlil‌ləri yolu ilə elm əldə etməkdən ibarətdir."[9]

Onun «istilah» dedikdə məqsədi Əhli-beyt ¢ məktəbi alimlərinin istilahıdır.

 

 

[1] «Biharul-ənvar», 2-ci cild, səh.110 və 156.

[2] Yenə orada.

[3] «Nəhcül bəlağə», hikmət 447.

[4] Yenə orada, xütbə 196.

[5] Yenə orada, 31-ci məktub, Imam Əli ™-ın Imam Həsən ™-a olan vəsiyyəti.

[6] «Məhasin», Bərqi, hədis:161; «Biharul-ənvar», 1-ci cild, səh.66.

[7] «Biharul-ənvar», 2-ci cild, səh.184.

[8] «Biharul-ənvar», 2-ci cild, səh.184.

[9] «Məalümid-din», Əbdül-Hüseyn Məhəmməd Əli Bəqqalın təshihi ilə, səh.66.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Yəhudilər bir daha Fələstin xalqına qarşı güc tətbiq etdi –
Suriya Milli Ordusu Dərada xeyli sayda terrorçunu məhv etdi
Bağışlanmış günah və qəbul olmuş yaxşılıq
Yəhudi ravvin Finkel İslam haqda nələrə etiraf etmədi, 2017-ci il
Misir Ordusu 241 terroristi öldürüb
Fəllucə şəhərin mərkəzi İŞİD-dən azad edildi
Oman Sultanlığı azanda “Əliyyən Vəliyyullah” (ə) kəlməsinin deyilməsini ...
İmаm Rİzа әlеyhİssәlаmın hәyаtı bаrәdә qısа mә’lumаt
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
Rusiyadan İŞİD-lə bağlı sərt qərar

 
user comment