Azəri
Thursday 18th of July 2024
0
نفر 0

“Fatimə ∞ Müshəfi” barəsində yeni əKs-təbliğatlar



Son əsrin yazıçılarından bə`ziləri Əhli-beyt ¢ mək‌tə‌binin ardıcıllarının əleyhinə yeni təbliğatlara baş‌laya‌raq demişlər: «Onların başqa bir Qur`anı var və «Müshəfi Fa‌timə» adlanır.» Bu əks-təbliğatların səbəbi budur ki, Fa‌ti‌mənin kitabı da «Müshəf» adlandırılmışdır, Qur`ani-Kə‌ri‌mə də bə`zi müsəlmanlar tərəfindən «Müshəf» adı veril‌miş‌dir. Halbuki, Əhli-beyt ¢ hədislərində aşkar şəkil‌də deyilir ki, «Fatimənin Müshəfində Qur`andan heç bir şey yox‌dur», o, sadəcə Islam ümmətinə hökumət edəcək kəslərin rəva‌yətlərini ehtiva edir. Hətta Imam Sadiq ™, Imam Hə‌sən ™-ın nəvələrindən olan Məhəmməd və Ibrahimin, Mən‌sur Dəvaniqinin əleyhinə qiyam etdiyi zaman buyurmuşdur:

لَيْسَ فِي كِتَابِ اُمِّنا فَاطِمَةَ اسْمُ هَؤُلاَءِ فِي مَنْ يَمْلِكُ هَذِهِ الْاُمَّةَ

"Anamız Fatimənin kitabında bu kəslərin adı bu ümmətə hökmranlıq edəcək kəslərin çərgəsində qeyd olunmayıbdır."[1]

Bundan əlavə, Qur`an üçün «Müshəf» adı nə Qur`ani-Kə‌rim‌də, nə də şərif Nəbəvi hədislərinin heç birində gəlməmiş‌dir. Lakin Qur`ani-Kərim üçün «Kitab» adı bə`zi ayələrdə gəlmişdir. Bununla eyni zamanda xüləfa məktəbi Sibəveyhin nəhv elmində yazdığı «Kitab»ı da kitab adlandırmışlar!

Mütəal Allah aşağıdakı ayələrdə və digər onlarla ayədə Qur`ani-Kərimi «kitab» adlandırmışdır:

«Bəqərə» 2, 85, 89, 129 və 151:

ذَلِكَ الْكِتَابُ لاَ رَيْبَ فِيهِ هُدًى لِّلْمُتَّقِينَ، أَفَتُؤْمِنُونَ بِبَعْضِ الْكِتَابِ وَتَكْفُرُونَ بِبَعْضٍ، وَلَمَّا جَاءهُمْ كِتَابٌ مِّنْ عِندِ اللّهِ مُصَدِّقٌ لِّمَا مَعَهُمْ، وَيُعَلِّمُهُمُ الْكِتَابَ وَالْحِكْمَةَ وَيُزَكِّيهِمْ، وَيُزَكِّيكُمْ وَيُعَلِّمُكُمُ الْكِتَابَ وَالْحِكْمَةَ

Bunların varlığı ilə belə, əgər bir kəs «Sibəveyhin kitabı Allahın Kitabından iki dəfə böyükdür» – desə, onun məq‌sədi «Sibəveyhin kitabı Allahın Kitabından böyük olan bir Qur`andır» demək deyildir və Əhli-beyt məktəbinin ardı‌cıl‌larından heç biri də bu cür adqoymaya e`tiraz etməmişlər.

Sonda qeyd etməliyik ki, Islam düşmənləri bu cür söz‌lər‌dən öz məqsədlərinə istifadə etmiş, onları Qur`ani-Kərimdə eyb axtarmaq üçün bir vasitəyə çevirmişlər! Allah bu kimi yazı‌çıların bə`zilərinə bəsirət versin ki, bu cür səfeh söz‌lər danışmaqdan, boşboğazlıqdan çəkinsinlər!

Bəli, bu günlərdə müsəlmanların əlində olan Qur`an məhz Al‌lah-taalanın Peyğəmbərə nazil edərək onu tamam-kamal həd‌də çatdırdığı, Peyğəmbərin vəfatından sonra da səhabə‌lə‌rin bir yerə toplayıb Islam ölkələrinin hər bir yerinə yay‌dıq‌la‌rı həmin Qur`andır. O Qur`anın əvvəli "Bismillahir-Rəh‌ma‌nir-Rəhim, əl-həmdu lillahi Rəbil-aləmin", axırı isə "mi‌nəl-cinnəti vən‌nas" kəlmələrindən ibarətdir və o dövrdən in‌‌diyə qədər – bu Qur`anın müsəlmanların əlində olduğu vax‌ta qədər – heç bir ixtilaf olmadan onda artırılma-azaldılma olmamışdır. Yal‌nız onun mütəşabeh ayələrinin təfsir və yozumunda ixti‌laf əmələ gəlmişdir. Onun da səbəbi budur ki, mütəşabeh ayə‌lərin təfsiri hədislərdən əxz olunmuşdur, müsəlmanlar da Pey‌ğəmbər ¡ hədisi barəsində ixtilafa düşmüşlər ki, son‌rakı bölmələrdə bunun mənşəyi bəyan olunacaqdır.



 
IKinCi fəsil

 

IKi məKtəbin Peyğəmbər ¡ sünnəsi barəsindəKi nəzərləri

1-Iki məktəbin Peyğəmbər ¡-dən hədis rəvayət edən şəxslər (ravilər) barəsindəki nəzəri;

2-Iki məktəbin Peyğəmbər ¡n hədisinin birinci hicri əsrində yayılması barəsindəki nəzəri;

3-Birinci hicri əsrinin axırlarına qədər Peyğəmbər ¡ sünnəsinin yazılmasının qadağan olunması:

a-Əbu Bəkrin və Ömərin dövründə;

b) Osmanın dövründə;

v) Müaviyənin dövründə;

q) Israiliyyat qapısının açılması;

ğ) Ömər ibni Əbdül-Əzizin dövründə;

e) Bir-birinə zidd olan iki hədisin yaranma səbəbləri.


 

Müqəddimə

Hər iki məktəb Peyğəmbəri Əkrəm ¡-in sünnəsinin is‌lami şəriət mənbələrindən olmasına və ona əməl edil‌mə‌si‌nin vacibliyinə iman gətirmiş və bu barədə yekdil nəzərə ma‌lik‌dirlər. Lakin Peyğəmbəri Əkrəm ¡-in sünnəsi, yə`‌ni o həzrətin sirəsi, hədisi və başqalarının əməllərini təs‌diq etməsi (buna təqrir deyilir) ravilərin rəvayət etməsi va‌si‌təsilə əlimizə çatdığından, bu iki məktəb aşağıdakı iki məsələ barəsində ixtilafa düçar olmuşlar:

1-Peyğəmbər ¡-dən rəvayət nəql edənlərin bə`zi vasi‌tə‌ləri barəsində;

2-Birinci hicri əsrində Peyğəmbər hədisinin yazılma‌sının caiz olması barəsində.

Biz, Allahın köməyi ilə, gələcək bəhslərdə hər iki möv‌zu‌nu araşdıracağıq.

[1] Kitabın axırında «Əhli-beyt ¢-ın nəzərində islami şəriət» babına müraciət edə bilərsiniz.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İmаm Rİzа әlеyhİssәlаmın hәyаtı bаrәdә qısа mә’lumаt
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
Rusiyadan İŞİD-lə bağlı sərt qərar
Hacı İlqar İbrahimoğlu aşurafoblardan yazdı.
Həzrət Əbülfəzlil Əbbasın hərəmində azyaşlı uşaqlara Quran Dərsləri ...
Səudiyyə döyüş təyyarələri Səna Beynəlxalq Aeroportunu növbəti dəfə ...
“İŞİD” Liviyanın neft yataqlarına hücum edib
Canlı bomba özünü zəvvarların arasında partlatdı.
Qahirədə Futbol yarışından öncə azərkeşlərlə polis arasında qarşıdurma ...
Qələbə: Terrorçular Suriyanın Mənbic şəhərində məğlubiyyətə uğradılar

 
user comment