Azəri
Friday 3rd of May 2024
0
نفر 0

OsmanIn dövründə



Osman da keçmiş siyasətləri dəstəkləyib minbərdə de‌miş‌di: «Əbu Bəkrin və Ömərin zamanında eşidilməyən bir hə‌di‌si rəvayət etməyə heç kəsin haqqı yoxdur!»[1]

Darəminin və başqalarının rəvayətlərindən aydın olur ki, Əbuzər bir gün «Cəməreyi vüsta»nın yanında oturmuşdu. Ca‌ma‌at da onun ətrafını alaraq ondan fətva istəyirdilər. Bu za‌man ki, bir nəfər onun başı üzərində dayanıb dedi: «Mə‌gər sənin fətva verməyin qadağan olunmayıbdımı?!» Əbuzər ona baxıb dedi: «Sən mənə nəzarətçisənmi? (Sonra öz boynuna işa‌rə edərək dedi:) Əgər qılıncı bura qoysanız və ölməzdən qa‌baq Peyğəmbərdən eşitdiyim bir sözü deməyə qadir olduğumu bil‌səm, hökmən bu işi görərəm!»[2]

Bu dövrə hakim olan şəraiti Əhnəf ibni Qeys belə rə‌va‌yət edir: «Şama gedib cümə namazında iştirak edim. Gördüm ki, bir kişi hər qrupa tərəf gedirsə, onun ətrafından dağı‌lır! O namaz qılır, namazını uzatmırdı. Onun yanıda oturub de‌dim: «Ey Allahın bəndəsi! Sən kimsən?» O dedi: «Mən Əbu‌zərəm. Bəs sən kimsən?» Mən dedim: «Əhnəf ibni Qeysəm.» Dedi: «Mənim yanımdan qalx ki, səni öz şərinə giriftar et‌mə‌yim!» Dedim: «Məni öz şərimə necə giriftar edərsən?» De‌di: «Bu şəxsin - yə`ni Müaviyənin - çarcısı car çəkib de‌miş‌dir ki, heç kəs mənim yanımda oturmamalıdır!»[3]

Bəli, Əbuzər hakim dairənin fərmanları ilə müxalifət et‌‌di‌yinə görə bir şəhərdən digərinə sürgün olunurdu. O, hə‌ya‌‌tı‌nın sonunda qovulmuş və yalqız halda Rəbəzədə vəfat et‌di!

Bu üslub Osmanın xilafətinin birinci yarısına qədər da‌‌vam etdi. Onun xilafətinin ikinci yarısında isə qurduğu iş‌‌lər pərakəndəliyə düçar oldu, Ümmül-mö`minin Ayişə, Təl‌hə, Zübeyr, Əmr ibni As və başqa səhabə və tabeinlərlə əlbir olub onunla mübarizəyə qalxdılar. Bu dövrdə Peyğəmbər ¡ sünnəsini rəvayət etmək istəyən səhabələr üçün heç bir maneə qalmamışdı. Peyğəmbər ¡ sünnəsinin müəyyən bir qismi bu əsrdə yayılmağa başladı, lakin kitab halına salın‌‌madı.

Imam Əli TM-ın xilafəti dövründə də Peyğəmbəri Əkrəm ¡-in əvvəllər rəvayət olunması qadağan olunan sün‌nəsinin ümdə hissəsi səhabələrin vasitəsi ilə rəvayət olu‌nub yayıldı. Lakin yenə də toplanıb kitab halına sa‌lın‌madı.

Bunlar xəlifələrin dövründə Peyğəmbər səhabələri üçün hədis yayılması ilə əlaqədar qoyulan maneə və məhdudiyyətlər idi, məqsədləri də o həzrətin hədisinin qarşısını almaq idi. Onlar sadəcə olaraq öz sözlərini müəmmalı şəkildə deyirdilər və özlərinin nəzərdə tutduqları hədəf Mүafiyyә kimi, aşkar şəkildə demirdilər.

Müaviyənin dövründə

Əbdüllah ibni Amir Yəhsubi deyir: Dəməşqin minbərində olan bir halda Müaviyənin belə dediyini eşitdim: «Ey insan‌lar! Peyğəmbər hədislərini rəvayət etməkdən çəkinin! Yalnız o hə‌d‌is‌lərə icazə verilir ki, Ömərin xilafəti dövründə bəyan olun‌muşdur. Çünki Ömər camaatı Allah xatirinə qorxu‌dur‌du.»[4]

Rəca ibni Əbis Səlmə deyir: Mənə xəbər verdilər ki, Müa‌viyə belə deyirmiş: «Siz gərək hədis barəsində Ömərin dövründə olduğu kimi əməl edəsiniz. Çünki o, camaatı Peyğəmbər ¡ hədisini bəyan etməkdən qorxudurdu!» [5]

Təbəri belə rəvayət edir: Müaviyə 41-ci hicri ilində Mü‌ğey‌rə ibni Şö`bəni Kufəyə vali təyin edən zaman onu çağırıb de‌di: «Sənin üçün çoxlu tövsiyələrim vardır ki, onların ha‌mı‌sını sənin ayıqlığına e`timad etdiyimə görə tərk edirəm, lakin mənim bir tövsiyəmi unutma: Əlini söyüb ona nalayiq sözlər deməyi, Osmana tərəhhüm edib onun üçün istiğfar etməyi heç vaxt unutma! Əlinin köməkçilərində eyb axtar və onları özündən uzaqlat, Osmanın köməkçilərini tə`rifləyib onları özünə yaxınlaşdır!»

Müğeyrə dedi: «Mən təcrübə görmüş, sınaqdan çıxmış bir adamam, səndən qabaq başqaları üçün də işləmiş və heç vaxt danlaq görməmişəm. Tezliklə işimin tə`sirləri aşkar olar və sən də məni ya tə`rifləyər, ya da məzəmmət edərsən!»

Müaviyə dedi: «Inşallah ki, səni tə`rifləyərəm!»[6]

Mədainin «Əl-əhdas» kitabında yazır: Müaviyə amul-cə‌ma‌ət‌dən sonra (Müaviyənin tam hakimiyyətə gəldiyi ilə deyi‌lir) vahid bir e`landa öz işçilərinə yazdı: «Mən Əbu Turabın və onun Əhli-beytinin fəziləti barədə bir şey nəql edənlərdən ama‌nımı götürdüm!» Bu zaman camaat arasında ən çox bəla çə‌kən kufəlilər oldular.[7]

Məhz Hücr ibni Ədi[8] və onun köməkçiləri həmin yolda işgəncəyə mə`ruz qalaraq qətlə yetirildilər, Rəşid Həcəri[9] və Meysəm Təmmar[10] öldürüldü və dar ağacına asıldı! Xüləfa mək‌təbində bu minvalla tabeinlərin və səhabələrin səslərini çıxar‌tmağa qoymur, öz siyasətlərinin müxaliflərini aradan gö‌türür və bunun müqabilində başqalarının üzünə qapıları açıb onlara tam ixtiyar verirdilər ki, istədikləri kimi müsəlmanların müqabilində çıxış edib nağıl danışsınlar.

 

[1] «Müntəxəbu Kənzül-Ümmal», («Müsnədi Əhməd»in haşiyəsində), 4-cü cild, səh.64.

[2] Bu hadisələr ona görə Osmanın dövründə baş verirdi ki, səhabələrdən heç biri Ömərin dövründə hökumət fərmanı ilə mübarizə etməyə cür`ət tapmamışdılar. Bu rəvayət «Sünəni Darəmi», 1-ci cild, səh.132; «Təbəqati ibni Sə`d», 2-ci cild, səh.354-də Əbuzərin tərcümeyi-halında gəlmişdir. Buxari də onu öz «Səhih» kitabında xülasə şəkildə (1-ci cild, səh.161) «Əl-elmu qəbləl-qovl» babında qeyd etmişdir.

[3] «Təbəqati ibni Sə`d», 4-cü cild, səh.168 Əhməd ibni Qeys Təmimi Sə`di Peyğəm‌bə‌rin dövründə olmuş, lakin o həzrəti görməmişdi. Cəməl müharibəsində kənara çəkil‌miş, Siffeyn müharibəsində Imam Əli TM-ın tərəfində döyüşmüş və 67-ci hicri ilin‌də Kufədə vəfat etmişdir. «Sihah» müəlliflərinin hamısı ondan rəvayət nəql et‌miş‌lər. Onun tərcümeyi-halı «Usdul-ğabə» və «Təqribut-Təhzib» kitablarında qeyd olun‌muşdur.

[4] «Tarixi-Dəməşq», Məcməul-elmiyil-islamiyy, əlyazması, 9-cu cild, 2-ci hissə, səh.236-237, «Şərəfu Əshabil-hədis», səh.91.

[5] «Təzkirətül-Hüffaz», 1-ci cild, səh.7.

[6] «Tarixi Təbəri», 2-ci cild, səh.112-113; «Tarixi ibni Əsir», 3-cü cild, səh.102, 51-ci h.q ilinin hadisələri. Müğeyrə ibni Şö`bə Xəndək müharibəsi ilində Islamı qəbul etmişdi. Onun Islamı qəbul etməsinin səbəbi, Vaqidinin «Məğazi»də (2-ci cild, səh.595-598) bəyan etdiyinə əsasən, bu hadisə olmuşdu: O, 14 nəfərlə birlikdə Məquqisin sa‌rayına getmişdi, o da onları əzizləmişdi. Qayıdarkən Xeybərlə Mədinə arasında şə‌rab içməyə başladılar. Müğeyrə şərab içmədi və özünün məst olmuş yoldaş‌la‌rın‌dan 13 nəfərini qılıncdan keçirtdi, on dördüncüsü də qaçıb canını qurtardı. Müğey‌rə onların mal-dövlətlərini öz ixtiyarına keçirib Peyğəmbər ¡-in yanına gəldi və Islamı qəbul etdi. Lakin Peyğəmbər ¡ buyurdu: «Mən bu mal-dövlətin xüm‌sü‌nü götürmürəm; bu, məkr və hiylədir.» Ürvə ibni Məs`ud (Müğeyrənin əmisi) on üç nə‌fər öldürülənin diyəsini onun əvəzinə verdi. Həmçinin, Kufədə hakim olduğu zaman onun zina etməsinə şahidlik etdilər. Şahidlər Ömərin yanına getdikdə Ömər onlar‌dan birini öz tərəfinə çəkdi ki, onun verdiyi şəhadət qalan üç nəfərin şəhadəti ilə eyni olmasın və nəticədə onun barəsində zina həddi (cəza tədbiri) götürülsün. «Səhih» müəllifləri ondan 136 rəvayət nəql etmişlər. Onun tərcümeyi-halı «Usdul-ğabə» və «Cəvamius-sirə», səh.288-də mövcuddur

[7] «Nəhcül-bəlağə»nin şərhi, Ibni Əbil Hədid, 3-cü cild, səh.15-16

[8] Hücr ibni Ədi Kindi öz qəbiləsinin nümayəndə hey`əti ilə Peyğəmbər ¡-in gö‌‌rü‌şünə getmişdi. Qadisiyyənin fəth olunmasında iştirak etmiş, Cəməl və Siffeyn mü‌‌ha‌ribələrində Imam Əli TM-ın tərəfində olmuş, Nəhrəvanda Kində qəbiləsinin sər‌kərdəliyini öhdəsinə almış və Imam Əli TM-ın ordusunun sağ çinahında yer‌ləş‌mişdi. Ziyad ibni Əbih ilə, Imam Əli TM-a lə`nət etmək üstündə savaşdı və bir dəfə də namazı tə`xirə saldığına görə də onu xırda daşla vurdu. Ziyad Müavi‌yə‌nin gös‌tərişi ilə onu və köməkçilərini Şama göndərdi. Müaviyə fərman verdi ki, on‌lar‌‌dan hər biri Əlidən bezarlıq etməsə, onu öldürsün. Hücr buna görə də 51-ci ildə Mə‌‌rəc-Əzrada şəhadətə çatdı. Onun tərcümeyi-halı «Əbdüllah ibni Səba» kita‌bının 2-ci cil‌dində verilmişdir.

[9] Rəşid Həcəri, Yəmənin Həcər qəbiləsinə mənsubdur. O, rəc`ətə iman gəti‌rənlər‌dən biri idi və Kufədə bu barədə söhbət edirdi ki, Ziyad onun dilini kəsib dar ağa‌cın‌dan asdı. Onun tərcümeyi-halı «Istiy`ab», «Usdul-ğabə» və «Ricali Kəşşi»də qeyd olun‌muşdur.

[10] Meysəm Təmmar Bəni Əsəd qəbiləsindən bir qadının qulu idi ki, Imam Əli TM onu alıb azad etmişdi. Ibni Ziyad onu tutub saxlayan zaman dedi: Mən öldürül‌mə‌‌mişdən qabaq məndən soruşun. Camaat ondan sual etdikləri vaxt cavablarını verdi. Ib‌‌ni Ziyad göstəriş verdi ki, onun başına cilov salsınlar. Islamda cilovlanan ilk şəxs o olmuşdur. Onun tərcümeyi-halı «Istiy`ab»; «Usdul-ğabə» və «Ricali Kəşşi»də möv‌cuddur.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Nigeriya Şiələri Qüds Günün möhtəşəm qeyd etdi
Fatimiyyə Günləri Azərbaycanda möhtəşəm qeyd edildi (Lənkəran)
Gəncədə Aşura öncəsi həbslər davam edir.
İŞİD İraqda minlərlə qadını qaçırıb
Banqladeş rejimi ateist və homoseksuallara görə anti-İslam siyasətlərə start ...
Əbdül Rəhman Həzrət Əli (ə) ilə təkcə Allahın kitabını və Peyğəmbərin ...
Vəhşi səudiyyəlilər Allahın Evini partladıb Yəmənin Sərari kənd sakinlərini ...
İraqın Əbülfəzlil Əbas (ə) Briqadası Kərbəla – Əl Anbar əyalətlərinin ...
İtaliyada 28 min Müsəlman əsilli uşaq yoxa çıxıb- RƏSMİ
Xəlifə sülaləsi Şeyx Əli Səlmanın şəkilini görməkdən belə bərk qorxu ...

 
user comment