Xüləfa məktəbində Peyğəmbər ¡ hədisinin yazılıb yayılmasının qadağan edilməsi ikinci hicri əsrinə qədər davam etdi. Bu da onlar tərəfindən «islami hökmlərdə şəxsi rə`yə və ictihada əməl etmə» adlı bir bölmənin açılmasının əsas səbəbi oldu. Elə bir ictihad ki, bə`zən Peyğəmbər ¡ sünnəsinin müqabilində qərar tuturdu. Biz Allahın köməyi ilə sonrakı fəsildə bu məsələni araşdıracağıq.
ÜÇünCü fəsil
IKi məKtəbin fiqh və iCtihad barəsindəKi nəzərləri
1) Xüləfa məktəbində ictihad mə`nasının dəyişikliyinin keçdiyi yol;
2) Ictihada ad qoyma mərasimi;
* 3) Xüləfa, səhabə, tabeindən olan müctehidlər və onların ictihad etdikləri hallar;
4) Xüləfa məktəbinin birinci əsrdəki müctehidləri və onların ictihad etdiyi şeylər:
a) Peyğəmbəri Əkrəm ¡-in ictihad etdiyi yerlər;
b) Iki xəlifə - Əbu Bəkrlə Ömərin ictihad etdiyi yerlər.
5-Əbu Bəkrlə Ömərin xüms barəsindəki xüsusi ictihadı;
6-Xəlifə Ömərin həcc müt`əsi və müvəqqəti izdivac barəsindəki xüsusi ictihadı;
7-Ikinci əsrdən sonra ictihad, onun həqiqəti və dəyişikliyə uğraması, ona əməl etməyin düzgünlüyünün dəlilləri.
Müqəddimə
«Fiqh» və «ictihad» kəlməsi son əsrdə bir-birilə elə qarışmışdı ki, onların arasında fərq qoymaq kifayət qədər araşdırma aparmadan müyəssər deyildi. Buna görə də biz əvvəlcə xüləfa məktəbində «ictihad» kəlməsini araşdırır, daha sonra Əhli-beyt məktəbində «fiqh» və «ictihad» barəsindəki nəzəriyyələrini bəyan edəcəyik. Inşallah!
Xüləfa məKtəbində iCtihad mə`nasInIn dəyişiKliyə uğrama yolu
Ictihad və müctehid istilahı səhabə və tabein əsrindən uzun illər sonra yaranmış istilahlardır. Səhabə və tabein əhkamları öz şəxsi nəzərləri əsasında dəyişdirməyi tə`vil adlandırırdılar. Belə ki, Peyğəmbəri Əkrəm ¡-in işçisi Malik ibni Nüveyrənin qətlə yetirilməsi hadisəsində Xalid ibni Vəlid Əbu Bəkrə demişdi: «Ey Rəsulullahın xəlifəsi! Mən tə`vil etdim, düz və səhvə yol verdim.» Əbu Bəkr də Ömərin dediyi «Xalid zina etmişdir, onu daş-qalaq et!» - sözünün cavabında demişdi: «Mən onu daş-qalaq etməyəcəyəm, çünki o, tə`vil etmiş və səhvə düşmüşdür!»[1]
Həmçinin, Zühərinin Ürvədən, onun da Ayişədən nəql etdiyi bir rəvayəti də qeyd etmək olar. O deyir: «Vacib namaz əvvəldə iki rəkətli idi ki, bu iki rəkət səfərdə sabit qaldı, lakin həzərdə (səfərdə olmayan hallarda) namaz tamamdır.» Zühəri deyir: Ürvəyə dedim: «Bəs nə üçün Ayişə səfərlərdə namazlarını tamam qılırdı?» Dedi: «Osmanın tə`vil etdiyi kimi, o da tə`vil etmişdir.»[2]
Ibni Həzm «Əl-fəsl» kitabında yazır: «Əbul Ğadiyənin əli ilə qətlə yetirilən Əmmar Bey`əti-Rizvanda iştirak edən, Allah-taalanın qəlblərinin paklığına şəhadət verdiyi, qəlblərinə aramlıq əta etdiyi və onlardan razı olduğu şəxslərdəndir. Əbul-Ğadiyə mütəəvvil (tə`vil edən) və müctehid olduğuna görə səhv üzündən ona zülm etdi, hətta onun özü də (bu qətl işinə görə) əcr və savab qazanacaqdır - bir əcr. O, Osmanın qatilləri kimi deyildir, çünki onlar üçün onu öldürmək barədə ictihad etməyə macal yox idi.»[3]
Ibni Həcər, Əbul-Ğadiyənin tərcümeyi-halında yazır: «Bizim bütün bu müharibələrdə səhabə barəsindəki nəzərimiz budur ki, onlar tə`vil və ictihad etdilər, səhvə yol verən müctehid də savab qazanır. Əgər bu qayda camaatın ayrı-ayrı fərdləri barəsində sübuta yetərsə, onda sənin barəndə sözsüz ki, sübuta yetər.»[4]
Ibni Həzm «Əl-mühəlla» kitabında, Ibni Türkmani də «Əl-cövhərün-nəqiyy» kitabında yazır: Ümmət üzvlərində heç biri şəkk etmir ki, Əbdür-Rəman ibni Mülcəm Əlini qətlə yetirməkdə mütəəvvil və müctehid olmuşdu. O, belə təsəvvür edirdi ki, düz yola gedir. Buna görə də Imran ibni Həttan onun barəsində deyir:[5]
ياَ ضَرْبَةً مِنْ تَقِيٍّ مَا اَرَادَ بِهَا اِلَّا لِيَبْلُغَ مِنْ ذِي الْعَرْشِ رِضْوَانًا
اِنِّي لَاَذْكُرُهُ يَوْمًا فَاَحْسبُهُ اَوْفَى الْبَرِيَّةِ عِنْدَ اللّهِ مِيزَانًا
Şeyx Əbdül-Lətif «Səvaiq» kitabının haşiyəsində yazır: «Əlinin dövründə olan bütün səhabələr - istər onunla yanaşı olsunlar, istərsə onun əleyhinə, istərsə də hər iki ordudan çəkilib bitərəf mövqe seçsinlər - hamlıqla müctehid idilər və öz əməlləri ilə ədalətdən xaric olmurdular.»[6]
Ibni Kəsir Yezidin barəsində yazır: «Bizim alimlərimiz onun yaramaz işlərini belə yozmuşlar ki, o tə`vil və ictihad etmişdir. Həmçinin, demişlər: Bununla yanaşı, o, fasiq bir imam idi, amma heç vaxt işdən götürülməməli idi... Onun əleyhinə qiyam etmək də caiz deyildir.» Amma bə`zilərinin dediyi «Yezid Mədinə əhlinin hadisələrindən və Hirrə vaqiəsində baş verən faciələrdən agah olduğu zaman şiddətlə sevinc hissi keçirmişdi» - sözünə gəldikdə isə, onun səbəbi bu idi ki, o özünü imam bilirdi, Mədinə əhli isə onun itaəti dairəsindən çıxmış, başqasını özlərinə əmir seçmişdilər, onun da haqqı var idi ki, onlarla vuruşsun, onları öz itaətinə keçirməyə vadar etsin və camaatla eyni olsunlar.»[7]
Birinci xəbərdə qeyd olundu ki, o iki səhabə - Xalid ibni Vəlid və xəlifə Əbu Bəkr, Malik ibni Nüveyrəni öldürmək və onun həyat yoldaşı ilə zina etməyi tə`vil adlandırmışlar. Ikinci rəvayətdə də tabeindən olan Ürvə ibni Zübeyr Ayişənin işini - rəvayət etdiyinin əksinə, olaraq namazını səfərdə bütöv qılmasını tə`vil adlandırırdı. Halbuki, Osman da belə etmişdi.
Neçə əsrlər keçdikdən sonra görürük ki, Ibni Həzm (456-cı ildə vəfat edib) Əmmarın qatili olan Əbul Ğadiyəni mütəəvvil və müctehid adlandırır və onun yalnız bir savaba nail olacağını iddia edir!
Ondan sonra həm o, həm də Ibni Türkmani Hənəfi (750-ci ildə vəfat edib) Imam Əli TM-ın qatili ibni Mülcəmi də tə`vilçi müctehid adlandırmışlar.
Ondan sonra ibni Həcər (852-ci ildə vəfat edib) o müharibədə iştirak edən bütün səhabələri mütəəvvil və müctehid kimi təqdim edərək deyir: «Səhvə yol verən müctehid bir savaba layiq görülür!»
Beləliklə, əvvəlcə şəxsi rə`y və nəzərə əməl etməyi tə`vil adlandırırlar. Daha sonra onu ictihad adlandırır, daha sonra xüləfa məktəbinin alimləri səhabələrə və xəlifələrə tabe olaraq bu ictihad qapısını (şəxsi rə`yə və nəzərə əməl etməyi) öz üzlərinə açmış və onun üçün müəyyən qayda-qanunlar tə`yin etmiş, hər birinə də xüsusi ad qoymuşlar. Üsul elminin müəyyən bablarını ona məxsus etmiş, özlərindən düzəltdikləri bu qayda-qanunlara və onların əsasında hökmlərin əldə edilməsini də ictihad, bu yolu ötənlərə isə müctehid adı vermişlər. Halbuki, din elminin şər`i istilahı fiqh, onun yolunda hərəkət edənə isə fəqih deyilir. Indi yaxşı olar ki, aşağıda qeyd olunan üç mövzunu araşdıraq:
1-Ictihad adının qoyulması;
2-Birinci əsrin müctehidləri və onların ictihad etdikləri şeylər;
3-Ikinci əsrdən sonrakı dövrlərdə ictihad və səhabələrin əməlinə istinadən islami hökmlərin əldə edilməsi.
2-ICtihad adInIn qoyulmasI
Tə`vilin lüğətdəKi və şəriətdəKI mə`nasI
Sə`ləb adı ilə məşhur olan Əbül-Abbas Əhməd ibni Yəhya (291-ci ildə vəfat edib) deyir:
التاويل، والمعنى، والتفسير، بمعنى
«Tə`vil, mə`na və təfsir etmək - hamısı eyni bir mə`na daşıyır.»[8]
Covhəri isə (396-cı ildə vəfat edib) deyir:
التاويل، تفسير ما يؤول اليه الشي ء وقد اولته، وتاولته تاولا، بمعنى
«Tə`vil - bir şeyin təfsir olunmasıdır ki, mə`na da ona qayıdır.»[9]
Rağib (502-ci ildə vəfat edib) deyir:
التاويل من الاول اي الرجوع الى الاصل، ومنه الموئل للموضع الذي يرجع اليه، ومعنى التاويل في اللغة، رد الشي ء الى الغاية المرادة منه، وقد ورد في القرآن الكريم بهذا المعنى
«Tə`vil - əv-və-lə maddəsindən olub əslə qayıtmaq mə`nasını verir, müəvvəl, yə`ni qayıdış yeri də bu maddədəndir. Tə`vil sözünün lüğətdəki mə`nası bir şeyi nəzərdə tutulan hədəfə qaytarmaqdır ki, Qur`ani Kərimdə və aşağıdakı ayələrdə də həmin mə`naya gəlmişdir.
وَمَا يَعْلَمُ تَأْوِيلَهُ إِلاَّ اللّهُ وَالرَّاسِخُونَ فِي الْعِلْمِ
"Allahdan və elmdə dərin biliyə sahib olanlardan başqa onların (mütəşabeh ayələrin) tə`vilini və əsil hədəfini hes kəs bilmir." «Ali Imran», 7
هَلْ يَنظُرُونَ إِلاَّ تَأْوِيلَهُ يَوْمَ يَأْتِي تَأْوِيلُهُ يَقُولُ الَّذِينَ نَسُوهُ مِن قَبْلُ قَدْ جَاءتْ رُسُلُ رَبِّنَا بِالْحَقِّ
"Yoxsa onun tə`vilindən başqasınımı gözləyirlər?! O gün ki, tə`vili - yə`ni nəzərdə tutulan hədəfi - gəlib çatar..." («Ə`raf», 53)[10]
Tə`vil kəlməsi Qur`anda və sünnədə (hədisdə) yuxu yozumu mə`nasına işlədilmişdir. Belə ki, Yusifin hadisəsində deyilir: "Nəbbi`na tə`viləh - yə`ni bizi onun tə`vilindən (nəzərdə tutulan hədəfindən) agah et." Həmçinin, Peyğəmbəri Əkrəm ¡ öz yuxusu barəsində belə deyir: «O zirehi Mədinəyə tə`vil etdim.»[11]
Bunlar tə`vil kəlməsinin lüğətdəki mə`nası və onun işlənmə yerlərindən bə`zi nümunələr idi ki, səhabələr və tabeinlər bu kəlməni istiarə olaraq hökmlərin dəyişdirilməsinə işlətmişlər və buna görə də tə`vil kəlməsi xüləfa məktəbinin nəzərində yeni bir mə`na kəsb etmişdir.
Ibni Kəsir deyir:
التاويل من آل الشي ء يؤول الى كذا، اي رجع وصار اليه، والمراد بالتاويل نقل ظاهر اللفظ عن وضعه الاصلي الى ما يحتاج الى دليل لولاه ما ترك ظاهر اللفظ
"Tə`vil "alə-yəulu" maddəsindən tutulmuş və "ona doğru qayıtdı" mə`nasını verir. Tə`vil dedikdə məqsəd kəlmənin zahiri mə`nasının, hansı şey üçün düzəldilibsə, o mə`nadan dəlilə ehtiyacı olan başqa bir mə`naya nəql edilməsidir. Əgər bu dəlil olmazsa, kəlmənin zahiri mə`nasından əl götürülmür."[12]
Beləliklə, bu kəlmənin mə`nasını dəyişdirdilər və bu dəyişiklik də hədis kitablarında yazıldı. Hətta Buxari öz «Səhih»inin «ədəb kitabı» bölməsində deyir: «Öz qardaşını tə`vil olmadan kafir hesab edən şəxs» babı, belə ki, Peyğəmbərin onun barəsində belə buyurduğu şəxsdir...» Və «bu sözə cahil olan, yaxud tə`vil edərək danışan şəxsi kafir bilən» babı.[13]
«Fəthül-Bari» kitabında «Tə`vil edənlər barəsində gəlmişdir» babının şərhində deyilir: «Nəticə bundan ibarət olur ki, hər kəs bir müsəlmanı kafir hesab etsə, diqqət olunmalıdır ki, görəsən o tə`vilsiz olubdurmu və məzəmmətə layiqdirmi; çox hallarda onun özü kafir ola bilər. Əgər tə`villə yanaşı olsa, diqqət olunmalıdır ki, əgər rəva görüləsi tə`vil deyildirsə, məzəmmətə layiqdir, lakin küfr həddinə çatmır; əksinə, onun səhv cəhətini onun üçün aydınlaşdırmaq lazımdır; və layiq olduğu miqdarda tənbeh edilməlidir. Bu şəxs bütün alimlərin nəzərinə əsasən, əvvəlki şəxs kimi olmayacaqdır. Amma onun təkfir edilməsi layiqli tə`villə olarsa, məzəmmətə layiq deyildir; onun üçün dəlil gətiriləcəkdir ki, düz yola qayıtsın. Çünki alimlər demişlər: «Hər tə`vil edən tə`vilinə görə üzürlü sayılır, əgər onun tə`vili ərəb dilində rəva olmuşsa və elmdən bir nişanəyə malik imişsə, günahkar sayılmayacaqdır.»[14]
Beləliklə, tə`vil kəlməsinin mə`nası tədrici olaraq dəyişdirildi və nəticə e`tibarı ilə öz ürflərində ictihad adlandırdılar. Sonrakı bölmədə Islamın ilk əsrlərində müctehidlər və onların ictihad etdikləri şeyləri araşdıracağıq.
[1] Gələn bəhsdə «Əbu Bəkrin ictihad etdiyi hallar»a müraciət edin.
[2] «Səhihi-Müslüm», səlatul-müsafirin və qəsruha babı, hədis:3; «Səhihi-Buxari», 1-ci cild, səh.134, təqsirüt-səlat babı, o, «fis-səfər» kəlməsini Ümmül-mö`minin Ayişəyə hörmət əlaməti olaraq hədisdən çıxartmışdır.
[3] «Əl-fəsl», 4-cü cild, səh.161
[4] «Əl-isabə», 4-cü cild, səh.151
[5] «Əl-Mühəla», Ibni Həzm, 10-cu cild, səh.484; «Əl-cövhərun-nəqiyy», Ibni Türkmani Hənəfi (750-ci ildə vəfat edib); «Sünəni Beyhəqi», 8-ci cild, səh.58-59.
[6] «Səvaiq»in haşiyəsi, səh.209.
[7] «Tarixi ibni Kəsir», 8-ci cild, səh.223 biz onun xülasəsini qeyd etdik.
[8] «Lisanül-ərəb», əv-və-lə maddəsi.
[9] «Əs-sihah», əv-və-lə maddəsi.
[10] «Müfrədati Rağib», əv-və-lə kəlməsi. Biz onu qısa şəkildə qeyd etdik, əlavə mə`lumat üçün bax: «Səhihi-Buxari», 139-cu bab, 110-cu surənin təfsiri; «Səhihi-Müslüm», səlat kitabı, səh.217; «Sünəni ibni Macə», əl-iqamə kitabı, 20-ci bab.
[11] «Sünəni Darəmi», 2-ci cild, səh.29; «Müvətəi Malik», lübs kitabı, ma caə fil-intial babı, hədis:16; Yusuf» surəsi, 36-cı ayə.
[12] «Nihayətül-lüğət», Ibni Əsir, ə-və-lə maddəsi.
[13] «Fəthul-bari», «Səhihi-Buxari»nin şərhi, 12-ci cild, səh.129-130.
[14] Yenə orada, 15-ci cild, səh.333. Biz bilmirik ki, bu qədər müsəlmanları kafir hesab edən xəvariclər barəsində nə deyirlər?! Zahirən, onları üzürlü hesab etmir və onlara «mariqin» və «islamdan xaric olanlar» adı veriblər, yalnız Əmirəl-Mö`minin Əli TM-ın qatili ibni Mülcəmi mütəəvvil və üzürlü hesab edirlər!