Azəri
Wednesday 22nd of May 2024
0
نفر 0

Ömərin iCtihadlarI

Təbəri 23-cü ilin hadisələrini qeyd edərkən Ömərin sirə‌si, eləcə də maaşların verilməsi ilə əlaqədar dəftərlərin açıl‌ması barəsində belə yazır: «O ilk şəxs idi ki, camaat üçün divanxana və dəftər tərtibə saldı, camaatı qəbilələr əsa‌sında qeydə aldı, onlar üçün müəyyən olunmuş aylıq maaş tə`‌yin etdi.» O yazır: «Ömər ibni Xəttab bu dəftərlərin açıl‌ması barəsində müsəlmanlardan nəzər istədikdə Əli ibni Əbi Talib ona dedi: «Il boyunda əmvaldan hər nə qədər sənin ya‌nın‌da cəm olsa, onları bölüşdür və onlardan heç bir şeyi sax‌lama.» Osman dedi: «Çoxlu malı (beytul maldan) görürəm ki, bü‌tün camaata çatacaqdır və əgər bu camaat siyahıya alın‌maz‌sa, nəticədə maaş alanları maaş almayanlardan ayırd edə bil‌məzsənsə, qorxuram ki, iş pərakəndəliklə nəticələnsin.» Və‌lid ibni Hüşam ibni Müğeyrə dedi: «Ya əmirəl-mö`minin! Mən Şama getdikdə gördüm ki, oranın padşahları dəftər, di‌van‌xana, ordu və nizamlara malikdirlər. Belə isə, sən də di‌van‌xana və ordu tərtib elə.» Ömər onun nəzərini qəbul et‌di. Əqil ibni Əbi Talibi, Müxrəmət ibni Nofəli və Cübeyr ib‌ni Müt`imi (o, Qüreyşin nəsəbşünaslarından idi) çağırdı ona dedi: «Camaatı, məqam və mənzilətləri əsasında qeydə alın!»[1]

Ibni Covzi Ömərin xəbərləri və onun sirəsi, eləcə də onun camaata maaş tə`yin etməsi, bə`zilərini başqalarından üstün tutması ilə əlaqədar geniş bir bəyanda belə qeyd edir: «O, Abbas ibni Əbdül-Müttəlib üçün on iki min dirhəm tə`‌yin etmişdi. Peyğəmbərin zövcələrindən hər biri üçün on min dir‌həm ayırmışdı. Ayişəyə iki min dirhəm əlavə verməklə, onu Peyğəmbər ¡ başqa zövcələrindən üstün tutmuşdu. Bun‌dan sonra Bədr müharibəsində iştirak edən mühacirlərdən hər birinə beş min dirhəm, həmin müharibədə iştirak edən ən‌sar‌lar üçün dörd min dirhəm tə`yin etmişdi. Deyilmişdir: «Bədr müharibəsində iştirak edənlərin hər biri üçün – hər hansı bir qə‌bi‌lədən olsaydılar belə – beş min dirhəm tə`yin edirdi.» Bundan son‌ra Ühüd müharibəsindən Hüdeybiyyəyə qədər iştirak edən hər bir kəs üçün dörd min dirhəm, Hüdeybiyyədən sonrakı qə‌lə‌bələrdə iştirak edənlər üçün üç min dirhəm, Peyğəmbər ¡-in vəfatından sonra baş verən müharibə işti‌rak‌çı‌la‌rı‌na isə iki min, beş yüz, nəhayət iki yüz dirhəmə qədər ma‌aş ayırmışdı.»

O deyir: «Ömər bu hökmü qüvvəyə mindirdikdən sonra vəfat etdi.»

Həmçinin yazır: «Bədr döyüşündə iştirak edənlərin qa‌dın‌ları üçün 500 dirhəm, Bədrdən sonra Hüdeybiyyəyə qə‌dər olan müharibə iştirakçılarının qadınlarına 400 dir‌həm, bun‌dan sonrakı müharibələrdə iştirak edənlərin qadın‌ları‌na 300 dirhəm, Qadisiyyədə iştirak edənlərin arvadlarına 200 dir‌həm verdi, bundan sonra da yerdə qalan bütün qadınlara eyni səviyyədə maaş verirdi.»[2]

Yə`qubinin rəvayətində yuxarıda qeyd olunanlardan əlavə, be‌lə yazılır: «Ömər Məkkə böyükləri – Əbu Süfyan və Müa‌vi‌yə kimiləri – üçün beş min dirhəm pul tə`yin etmişdir.»[3]

Beləliklə, maaş almaqda da bə`zilərini başqalardan üstün tu‌turdu. Hətta iş o yerə çatmışdı ki, bə`zilərinin aylıq ma‌a‌‌şı başqalarından altmış dəfə artıq idi. Belə ki, Üm‌mül-mö`minin Ayişənin aldığı on iki min dirhəm pul, sair mü‌səl‌man qadınlarının aldığı iki yüz dirhəmlə müqayisədə bu miqdarda idi! Bu işlə də Peyğəmbər ¡ sünnəsinin əksi‌nə olaraq Islam cəmiyyətində sinfi ziddiyyətlərin və ayrı-seç‌kiliyin əsasını qoydu. Elə oldu ki, bir müddətdən sonra cə‌miyyətin bir təbəqəsində həddindən artıq mal-dövlət və sər‌vət toplanmağa başladı, digər təbəqəsində isə yoxsulluq və səfillik baş alıb getdi. Həmçinin, mütrif, işsiz və bö‌yük iddialı olan bir təbəqə yarandı. Hətta, xəlifə Ömər özü öz həyatının sonlarında bu faciənin nə qədər dərinliklərə iş‌lə‌diyini hiss etmişdi. Təbərinin nəql etdiyinə görə o, be‌lə deyirmiş: «Əgər keçmiş ömrümü yenidən əldə etsəm, var‌lı‌la‌rın mal-dövlətinin artığını alar və mühacir fəqir‌ləri‌nin arasında bölüşdürərdim.»[4]

Gördüyünüz kimi, özünün bu arzusunda da mühacir fəqir‌lə‌rini ənsar fəqirləri və sair müsəlman fəqirlərindən irəli keçir‌mişdir.»[5]

Beytül-malın ilk dəfə bu cür bölünməsinin öz ardınca gə‌tirdiyi ziyanlardan biri də bu idi ki, müsəlmanlar bundan son‌ra hakimlərin nüfuzları altında qərar tutdular, hər kəs on‌larla müxalifət etsəydi, onun maaşını kəsirdilər, hər kəs on‌larla yola gedirdisə, onların maaşları artırılırdı. Belə ki, Osmanın dövründə, eləcə də Ziyad və onun oğlu Übey‌dul‌la‌hın Kufədəki hökmranlıq dövründə bu işlər baş verirdi.[6]

[1] «Tarixi Təbəri», 2-ci cild, səh.22 23; «Fütuxul-büldan», səh.549. Biz böyük şəx‌siy‌yətlərin tərcümeyi-halından bəhs edən kitablarda Vəlid ibni Hişam ibni Müğeyrə ad‌lı bir şəxs görmədik. Bəlkə də o, Vəlid ibni Vəlid ibni Müğeyrə ola bilsin ki, onun tərcümeyi-halı da «Usdul-ğabə», 5-ci cild, səh.92, «Ənsabu Qüreyş», səh.322-də qeyd olun‌muşdur. Əqil ibni Əbi Talib də Müaviyənin xilafəti dövründə vəfat etmişdir. Onun tərcümeyi-halı «Usdul-ğabə», 3-cü cild, səh.412-də qeyd olunmuşdur. Həmçinin Müx‌rəmət ibni Nofəl Qüreyşinin tərcümeyi-halı «Usdul-ğabə»nin 4-cü cildinin 337-ci səhifəsində, Cübeyr ibni Müt`im Qüreyşinin də tərcümeyi-halı həmin kitabın 1-ci cil‌dinin 271-ci səhifəsində qeyd olunmuşdur.

[2] «Nəhcül bəlağə»nin şərhi, Ibni Əbil Hədid, 3-cü cild, səh.154; «Fütuhül-büldan», səh.550-565.

[3] «Tarixi Yə`qubi», 1-ci cild, səh.153.

[4] «Tarixi Təbəri», 5-ci cild, səh.33, Ömərin sirəsi.

[5] Biz bilmirik ki, Allahın vacib etdiyi şeylər istisna olmaqla camaatın mal-dövlətini hansı əsasla almaq istəyirmiş?!

[6] Bax: «Ayişənin islam tarixindəki rolu», Osman və Müaviyyənin sirəsi bölmü. Zi‌ya‌dın anası Süməyyə, Hərəs ibni Kəldə Təbib Səqəfinin kənizi idi. O, Taifdə ev‌lə‌ri‌nə əlamət vuraraq zinaya yol verən qadınlardan biri idi və şəhərdən kənardakı zina‌kar arvadların məhəlləsində yaşayırdı. O, öz qazancının müəyyən bir hissəsini Hərəsə ve‌rir‌di. Hərəs də onu romalı qulam olan Übeydlə evləndirdi. Əbu Süfyan Taifə etdiyi sə‌fər‌lərinin birində şərab satan Əbu Məryəmdən zina etmək üçün bir qadın istə‌dik‌də, o, Süməyyəni gətirib göstərdi. Süməyyə ondan hamilə oldu və onu Übeydə nisbət ver‌di‌lər. O, həmişə Übeydə mənsub edilirdi, nəhayət Ziyad Bəsrədə Əbu Musa Əş`ərinin ka‌ti‌bi oldu və sonra Reyə hakim göndərildi. Bu dövrdə Müaviyə onu Əbu Süfyana mül‌həq etdi və ona Ziyad ibni Əbu Süfyan deyildi. Bu nisbəti Bəni-üməyyənin hakimiyyət döv‌ründə rəva görməyənlər onu Ziyad ibni Əbih (atasının oğlu) adlandırırdılar. Müa‌vi‌yə onu Bəsrə və Kufəy vali tə`yin etdi. O, Yezidə bey`ət etməkdən imtina etdiyi zaman göz‌lənilmədən 53-cü hicri ilində Kufədə dünyadan getdi. Ziyadın oğlu Übeydullahın ana‌sı da Mərcanə adlı bir kəniz idi və 28-ci hicri ilində Kufədə dünyaya gəl‌miş‌di. Müaviyə onu atasından sonra Xorasana vali göndərdi və sonra 55-ci hicri ilində Bəs‌rənin və Yezidin hakimiyyəti dövründə Kufənin valisi oldu. O, 61-ci hicri ilində Hü‌seyn ibni Əli ™-ı, onun Əhli-beytini və köməkçilərini şəhadətə çatdırdı. Bun‌dan sonra 76-cı hicri ilində Muxtarın ordusunun sərkərdəsi Ibrahim ibni Əştərin əli ilə qətlə yetirildi.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

"..Və ya sizi söyürük, xoşlamırsız dinləməyin"
Terrorun mənbəyi olan işğalçı sionist rejimində azyaşlılara terror təlimi ...
Vəhhabilər ağaları ABŞ-a müraciət etdilər: Bizə raket verin!
Hidayət günəşi, imam Hadi (ə)
Suriyanın Səncar şəhərinin daxilindən çəkilən yeni görüntülər
Azərbaycanı yalnız Tehran İŞİD təhlükəsindən qoruya bilər
Çingiz Mustafayevin Xocalıya aid daha bir videosu
Müctehid qadın Ümmül-mö`minin Ayişə
Palmira- Tədmur şəhər sakinləri evlərinə qayıdır
İsfəhanlılar Hicab və İffət günü mərkəzi meydana toplaşdılar

 
user comment