Azəri
Monday 6th of January 2025
0
نفر 0

CƏMİYYƏTİN HƏR BİR DƏSTƏSİNİN MÖHKƏMLƏNMƏSİ BAŞQA DƏSTƏNİN MÖHKƏMLƏNMƏSİNƏ BAĞLIDIR

Bundan əvvəlki bəhslərdə cəmiyyət üzvlərinin taleyinin müştərək və ictimai təbəqələrin bir-birləri ilə bağlı olması haqqında söhbət açdıq. Bunu da əlavə edirik ki, Həzrəti Əli (əleyhissalam)-ın nəzərinə görə hər bir ictimai təbəqənin möhkəmlənməsi başqa bir ictimai təbəqənin möhkəm olmasından asılıdır. Başqa sözlə desək, heç bir ictimai təbəqə başqa bir ictimai təbəqədən ehtiyacsız deyil. Əgər bir ictimai təbəqə (hər hansı səviyyədə olursa-olsun) öz mövcudiyyətini saxlamaq istəyirsə, cəmiyyətdəki başqa təbəqələrin də vücudunun daimi olmasına çalışmalı və fikirləşməməlidir ki, onun mövcud olması başqa təbəqənin aradan getməsinə səbəb olur. Məsələn, cəmiyyətin silahlı qüvvələri olmasa, orada əmniyyət də olmaz. Əminiyyət olmasa, ticarət və əkinçiliyə də xələl gələcək. Əgər ticarət və əkinçiliyin səviyyəsi aşağı düşsə, istənilən maliyyat olmaz və nəticədə silahlı qüvvələr lazımınca tə`min olunmaz.

Hakimlərin və məhkəmə işçilərinin işi müxtəlif ictimai fəaliyyətləri qanun əsasında tənzimləməkdir. Əgər onların üzərində dəqiq nəzarət olmasa, cəmiyyətdə fitnə-fəsad baş alıb gedəcək. Aşağı səviyyəli təbəqələr də cəmiyyəti təşkil edənlərdəndir.

Qeyd etdik ki, əgər insan olmasa, cəmiyyət də əmələ gəlməz. Odur ki, Həzrəti Əli (əleyhissalam) hər bir təbəqənin möhkəm olmasını başqa təbəqənin varlığı ilə şərtləndirir. O həzrətin nəzərinə görə, əgər bir təbəqə öz varlığını əldən versə və çalışmağa qüdrəti olmasa, başqa bir təbəqə onun mənfi tə`sirini görəcəkdir.

فَالْجُنُودُ بِإِذْنِ اللَّهِ حُصُونُ الرَّعِيَّةِ وَ زَيْنُ الْوُلَاةِ وَ عِزُّ الدِّينِ وَ سُبُلُ الْأَمْنِ وَ لَيْسَ تَقُومُ الرَّعِيَّةُ إِلَّا بِهِمْ ثُمَّ لَا قِوَامَ لِلْجُنُودِ إِلَّا بِمَا يُخْرِجُ اللَّهُ لَهُمْ مِنَ الْخَرَاجِ الَّذِي يَقْوَوْنَ بِهِ عَلَى جِهَادِ عَدُوِّهِمْ وَ يَعْتَمِدُونَ عَلَيْهِ فِيمَا يُصْلِحُهُمْ وَ يَكُونُ مِنْ وَرَاءِ حَاجَتِهِمْ ثُمَّ لَا قِوَامَ لِهَذَيْنِ الصِّنْفَيْنِ إِلَّا بِالصِّنْفِ الثَّالِثِ مِنَ الْقُضَاةِ وَ الْعُمَّالِ وَ الْكُتَّابِ لِمَا يُحْكِمُونَ مِنَ الْمَعَاقِدِ وَ يَجْمَعُونَ مِنَ الْمَنَافِعِ وَ يُؤْتَمَنُونَ عَلَيْهِ مِنْ خَوَاصِّ الْأُمُورِ وَ عَوَامِّهَا وَ لَا قِوَامَ لَهُمْ جَمِيعاً إِلَّا بِالتُّجَّارِ وَ ذَوِي الصِّنَاعَاتِ فِيمَا يَجْتَمِعُونَ عَلَيْهِ مِنْ مَرَافِقِهِمْ وَ يُقِيمُونَهُ مِنْ أَسْوَاقِهِمْ وَ يَكْفُونَهُمْ مِنَ التَّرَفُّقِ بِأَيْدِيهِمْ مَا لَا يَبْلُغُهُ رِفْقُ غَيْرِهِمْ ثُمَّ الطَّبَقَةُ السُّفْلَى مِنْ أَهْلِ الْحَاجَةِ وَ الْمَسْكَنَةِ الَّذِينَ يَحِقُّ رِفْدُهُمْ وَ مَعُونَتُهُمْ

Qoşunlar Allahın izni ilə rəiyyətin qalalarıdır. Hakimlərin zinəti, dinin izzəti, əmniyyət vəsiləsi onlardır. Əhalinin əmin-amanlığı “cundullah”sız (Allah qoşunları olmadan) mümkün deyil. Başqa tərəfdən, qoşunların möhkəmliyi yalnız Allahın, əhalinin dəstələrinin boynuna qoyduğu maliyyat xərcilə mümkündür. Ona görə ki, (qoşun) düşmənlə cihad etmək üçün maliyyatla möhkəmlənir, işlərini sahmana salmaq üçün ona arxalanır. Onunla öz ehtiyaclarını tə`min edirlər.

Bu iki dəstə (qoşun və maliyyat verən əhali) yalnız üçüncü bir dəstənin vasitəsi ilə nizamlanır. Onlar da qazilər, dövlət işçiləri və onların köməkçiləridir. Ona görə ki, bu dəstə müqavilələri və al-ver işlərini möhkəmlədirlər, maliyyatı cəm edirlər. Xüsusi və ümumi işlərin qeydiyyata alınmasında mö`təbərdirlər.

Bütün bu dəstələr, tacirlər və sənətkarlar olmadan möhkəmlənə bilməzlər. Ona görə ki, onlar mənfəət götürmək niyyəti ilə cəm olurlar, onların əlləri ilə başqa siniflərin ehtiyacları ödənilir. Bu iş başqalarının qüdrət dairəsində deyil.

Nəhayət, möhtaclar və işləyə bilməyən zəif dəstələr var. Onların haqqı budur ki, başqa həmkarlarının köməyindən bəhrələnsinlər.
QÜVVƏLƏRİN AYRILMASI VƏ İŞİN LƏYAQƏTƏ GÖRƏ BÖLÜNMƏSİ

Qeyd etdik ki, cəmiyyətin təbəqələrinin hər birinin möhkəmliyi başqa təbəqələrdən asılıdır. Əlavə edirik ki, cəmiyyətdə təbəqələr bir-biri ilə bu cür bağlı olsalar, İslam hakiminin ən əsas və ümdə vəzifələrindən biri qüvvələrin və vəzifələrin düzgün bölünməsidir. Aydındır ki, icra olunmalı işlər bölüşdürülməsə, çox yerlərdə inzibatsızlıq və qarışıqlıq yaranacaq. Bə`zi vaxtlar ixtilaf da qarşıya çıxa bilər. Bu halda İslam hakimi ilk növbədə əsas qüvvələrin yerlərini müəyyənləşdirməli, sonra isə işləri hər kəsin ləyaqətinə görə bölməlidir. Bu əsasda olan dostlarını qanundan üstün tutmağın qarşısını alsın. Bu iş İslam hakiminin ən mühüm və məs`uliyyətli vəzifələrindən biridir. Hakim yalnız ciddi sə`ylə və Allah-taaladan kömək almaqla bu İlahi vəzifənin öhdəsindən layiqincə gələ bilər.

وَ فِي اللَّهِ لِكُلٍّ سَعَةٌ وَ لِكُلٍّ عَلَى الْوَالِي حَقٌّ بِقَدْرِ مَا يُصْلِحُهُ وَ لَيْسَ يَخْرُجُ الْوَالِي مِنْ حَقِيقَةِ مَا أَلْزَمَهُ اللَّهُ مِنْ ذَلِكَ إِلَّا بِالِاهْتِمَامِ وَ الِاسْتِعَانَةِ بِاللَّهِ وَ تَوْطِينِ نَفْسِهِ عَلَى لُزُومِ الْحَقِّ وَ الصَّبْرِ عَلَيْهِ فِيمَا خَفَّ عَلَيْهِ أَوْ ثَقُلَ

Bütün bu dəstələr üçün Allah yanında genişlik var. Hər birinin İslam hakiminin yanında işlərini sahmana salmağa qədər haqqı vardır. Hakim, Allah tərəfindən onun öhdəsinə qoyulan vəzifəni yalnız (ciddi-cəhdlə) çalışmaq, Allahdan kömək istəmək, haqqı ödəmək üçün özünü hazırlamaq, vəzifəsində səbirli və möhkəm olmaqla yerinə yetirə bilər. Bu iş onun üçün istər yüngül olsun, istərsə də ağır.
İSLAM QOŞUN BAŞÇILARININ XÜSUSİYYƏTLƏRİ

 İslamın həyati qanunlarının və Qur`anın hakimiyyətinin keşiyində olan, Allah yolunda canla-başla xidmət edən İslam qoşunları İslam əxlaqından sirab olub bu dinin tə`yin etdiyi ali sifətləri, insani səciyyələri özlərində cəm etməlidir. Başqa sözlə, insan o vaxt “İslam qoşunlarından” hesab olunur ki, ali xüsusiyyətləri, o cümlədən iman, paklıq, İlahi təqva, Allah yolunda cihada hazır olmaq və mö`minlərə məxsus olan digər sifətləri özündə cəm etsin. Amma İslam qoşun başçıları, yə`ni silahlı qüvvələrin ixtiyarını və başçılığını, yaxud atəş, döyüş və hücum göstərişini öz öhdəsinə alan şəxslər üçün daha dəqiq və ali xüsusiyyətlər nəzərdə tutulmuşdur. Belə ki, İslam hökumətində qoşun başçısı məqamına çatmaq hamı üçün asanlıqla müyəssər olan məqam deyil. İslam qoşun başçılığı məqamına çatmaq istəyən şəxsin iman, təqva, şücaət, fədakarlıq, huşyarlıq və rəhbərlik, qüdrət, səbir, əxlaq, yerli-yerində qəzəb və mülayimlik, ruhi qüdrətə və başqa əxlaqi xüsusiyyətlərə ehtiyacı var. Bütün bunlar ona görədir ki, qoşun başçısı hissiyyata qapılaraq İslam döyüşçülərini fəlakətə atmasın, habelə özünün şəxsi düşmənçiliyinə görə ixtiyarında olan qüdrətdən istifadə etməklə başqalarına qarşı güc işlətməsin; yersiz döyüşə, məqam uğrunda mübarizəyə əl atmasın.

 Beləliklə, Malikə göndərilən “əhdnamədən” istifadə etməklə, həzrəti Əli (əleyhissalam)-ın nəzərində İslam qoşunlarının başçısının aşağıdakı xüsusiyyətlərə malik olması mə`lum olur:

 1-Allahın hökmlərini, Peyğəmbərin (s), İmamın (ə) və İslam rəhbərinin göstərişlərinin icra olunmasında ürək yandırmaq və xeyirxahlıq etmək. Onlarla çiyin-çiyinə rəhbərliyə itaət və onlarla səmimi-qəlbdən həmkarlıq etmək.

 2-Qəlb genişliyi və ruhi aramlıq.

 3-Paklıq, pərhizkarlıq və İlahi təqva.

 5-Çətinliklər və müsibətlər qarşısında sinə gərib möhkəm və səbirli olmaq.

 6-Mülayim olmaq və özünü saxlamaq, nəfsinə hakim olmaq, tez qəzəblənməyin qarşısını almaq üçün qüdrətin olması.

 7-Bağışlamaq, peşman olub bağışlanmaq istəyən işçilərin üzrünü qəbul etmək ruhiyyəsinin olması.

 8-Şəxsi həyatda və döyüş meydanında şücaətli və öndə gedən olması.

 9-Səxavətli və ehsan edən olması.

 10-Yüksək nəzərə malik olması, Allahdan başqa hər şeyi kiçik hesab etmək.

 11-Əqldən, fikirdən səbir və hövsələ ilə istifadə etmək qabiliyyəti.

 12-Cəmiyyətin zəif siniflərinə və məhrumlarına qarşı mehriban və nəvazişli olmaq, zorakılıq edənlər və zalımlar qarşısında möhkəm dayanmaq.

 Həzrəti Əli (əleyhissalam)-ın İslam qoşun başçıları haqqında söylədiyi dəyərli sözlər aşağıdakılardan ibarətdir:

فَوَلِّ مِنْ جُنُودِكَ أَنْصَحَهُمْ فِي نَفْسِكَ لِلَّهِ وَ لِرَسُولِهِ وَ لِإِمَامِكَ وَ أَنْقَاهُمْ جَيْباً وَ أَفْضَلَهُمْ حِلْماً مِمَّنْ يُبْطِئُ عَنِ الْغَضَبِ وَ يَسْتَرِيحُ إِلَى الْعُذْرِ وَ يَرْأَفُ بِالضُّعَفَاءِ وَ يَنْبُو عَلَى الْأَقْوِيَاءِ وَ مِمَّنْ لَا يُثِيرُهُ الْعُنْفُ وَ لَا يَقْعُدُ بِهِ الضَّعْفُ ثُمَّ الْصَقْ بِذَوِي الْمُرُوءَاتِ وَ الْأَحْسَابِ وَ أَهْلِ الْبُيُوتَاتِ الصَّالِحَةِ وَ السَّوَابِقِ الْحَسَنَةِ ثُمَّ أَهْلِ النَّجْدَةِ وَ الشَّجَاعَةِ وَ السَّخَاءِ وَ السَّمَاحَةِ فَإِنَّهُمْ جِمَاعٌ مِنَ الْكَرَمِ وَ شُعَبٌ مِنَ الْعُرْفِ

Döyüşçülərindən o kəsə başçılıq məqamı ver ki, sənin yanında Allaha, Peyğəmbərə, İmama qarşı hamıdan çox xeyirxah, təmiz qəlbli və ağıllı olsun. O kəslər ki, gec qəzəblənir, üzrü tez qəbul edirlər, zəiflərə qarşı mehribandırlar. Zorakılıq edənlərin qarşısında möhkəmdirlər. O kəslər ki, müşküllər onları diz çökdürmür. Sonra pak nəsildən və parlaq keçmişə malik olan adlı-sanlı, hörmətli şəxslərlə qaynayıb-qarış.

Mə`lumdur ki, İmam Əli (əleyhissalam)-ın zəmanəsində ərəb cəmiyyətində qoşun başçılarının tə`lim-tərbiyələrinə yetişmək üçün hərbi tə`lim düşərgəsi və ya hərbi məktəb yox idi. Amma həmin günlərdə tanınmış şərəfli ailələr öz övladlarını müəyyən adət və qanunla tərbiyə edirdilər. Bu tə`limlər əsasında onların övladları müxtəlif döyüş taktikası və fəndləri ilə tanış olurdular. Döyüş meydanlarında göstərdikləri şücaət və qəhrəmanlıqlara görə əhalinin rəğbətini qazanırdılar. Bu iş öz-özünə şərait yaradırdı ki, əhali qoşun başçılarını tə`yin etməkdə çətinlik çəkməsinlər. Ona görə də Həzrəti Əli (əleyhissalam) Malik Əştərə bu cür ailədən olan tanınmış şəxsyyiətləri cəzb etməyi tövsiyə edir.

İSLAM QOŞUN BAŞÇILARININ MÜQABİLİNDƏ HAKİMİN VƏZİFƏLƏRİ

 Həzrət Əli (əleyhissalam) heç vaxt məsələyə yalnız bir cəhətdən nəzər etməz. O, məsələnin müxtəlif cəhətlərini nəzərdə tutur. Əgər Həzrət, qoşun başçıları haqqında müəyyən şərait və vəzifə tə`yin edirsə, sözsüz ki, İslam cəmiyyətinin rəhbərlərinin qoşun başçıları qarşısındakı vəzifələrini də nəzərdən qaçırmayıb. Həzrəti Əli (əleyhissalam) insanlara əbədiyyətə qədər yol göstərən bu “əhdnaməsində” İslam rəhbərinin qoşun başçılarının vəzifələrini aydınlaşdırmışdır. Onların ən başlıcası aşağıdakılardan ibarətdir:

 1-Qoşun başçıları ilə mehriban olmaq.

 2-Ata-ananın öz övladlarına qarşı mehriban olduğu kimi, qoşun başçılarına səlahiyyət vermək. Belə ki, hakim onların qüdrətli olması üçün əlindən gələn heç bir şeyi əsirgəməsin. Onların qüvvətlənməsi üçün heç bir elmi və ya qeyri-elmi müşkül yaratmasın.

 3-Qoşun başçlarına həmişə xüsusi diqqət yetirmək. Yə`ni hakim həmişə zabitlərin əhvalından və yaşayış məsələlərindən agah olmalı, onlara lütf və məhəbbət göstərməli, bu məsələni əhəmiyyətsiz hesab etməməlidir. Ona görə ki, döyüşçülər və qoşun başçıları, hakim tərəfindən müxtəlif məsələlərdə hörmətə layiq görüldükdə, onlarda da hakimə qarşı gözəl fikir yaranır. Bu da səbəb olur ki, qoşun hakimlə tam şəkildə xeyirxahlıqla həmkarlıq etsin, xidmət vəzifələrini canla-başla yerinə yetirsinlər.

 4-Hakim, qoşun başçılarına göstərdiyi mehribançılığa və onlara kiçik bəxşişlər etdiyinə görə öz vəzifəsini tamam olmuş hesab etməsin, onlara kiçik xidmətlər göstərməkdən əl çəkməsin. Çox vaxt zahirdə kiçik görünən xırda hörmətlərin çox incə və böyük tə`sirləri olur. Şəxsin diqqətinin cəlb olunmasında və qəlbində məhəbbət oyanmasında xırda hörmətlərin çox böyük rolu vardır.

Qoşun başçıları hakimdən böyük işləri təvəqqe etdikləri kimi, kiçik və zərif işlərdən də şad olurlar. Hakim bu cür xırda insani məsələləri qoşun başçıları haqqında vaxtında icra etməlidir.

ثُمَّ تَفَقَّدْ مِنْ أُمُورِهِمْ مَا يَتَفَقَّدُ الْوَالِدَانِ مِنْ وَلَدِهِمَا وَ لَا يَتَفَاقَمَنَّ فِي نَفْسِكَ شَيْ ءٌ قَوَّيْتَهُمْ بِهِ وَ لَا تَحْقِرَنَّ لُطْفاً تَعَاهَدْتَهُمْ بِهِ وَ إِنْ قَلَّ فَإِنَّهُ دَاعِيَةٌ لَهُمْ إِلَى بَذْلِ النَّصِيحَةِ لَكَ وَ حُسْنِ الظَّنِّ بِكَ وَ لَا تَدَعْ تَفَقُّدَ لَطِيفِ أُمُورِهِمُ اتِّكَالًا عَلَى جَسِيمِهَا فَإِنَّ لِلْيَسِيرِ مِنْ لُطْفِكَ مَوْضِعاً يَنْتَفِعُونَ بِهِ وَ لِلْجَسِيمِ مَوْقِعاً لَا يَسْتَغْنُونَ عَنْهُ

Qoşun başçılarının vəziyyəti barədə ata övladının əhvalını öyrənən kimi, axtarış apar. Onların qüvvətlənməsi üçün sərf etdiyin heç bir şeyi böyük hesab etmə. Hər bir kiçik mehribançılıqla onların vəziyyətindən xəbər tutsan, (nə qədər kiçik olsa da) onu kiçik hesab etmə, çünki həmin az məhəbbət və mehribançılıq onları vadar edir ki, sənə qarşı mehriban və xeyirxah olsunlar. Onların böyük çətinliklərini həll etdiyini bəhanə edib, yaşayışlarındakı kiçik məsələlərə baş qoşmamaqdan özünü qoru. Çünki, həmin kiçik mehribançılığın xüsusi faydası olduğuna görə ondan bəhrə aparırlar. Böyük işlərin öz vaxtı vardır. Lazım olanda onlara da ehtiyacları olur.

Həzrəti Əli (əleyhissalam)-ın bəyanına diqqət etməklə çoxlu dəqiq, incə və həssas mətləbləri dərk etmək olar. Mə`lumdur ki, söylənilən şərt və me`yar üzrə layiqli qoşun başçılarının seçilməsi çox çətin məsələdir. Doğrudur ki, bu xüsusiyyətlərə malik olan qoşun başçılarını axtarıb tapmaq, hakim üçün böyük hünər hesab olunur, amma bununla belə, qoşun başçılarını öz ləyaqətlərinə uyğun şəkildə qorumaq, onlara mehribanlıq göstərib qayğısına qalmaq əvvəlkindən də ağır işdir. Çünki belə layiqli şəxsiyyətlər cəmiyyətin seçilmiş adamlarıdır. Onların özlərinin xüsusi imtiyaz və üstünlükləri var ki, başqalarında tapılmır. Başqa tərəfdən, qoşun başçıları bütün vücudları ilə böyük məs`uliyyətləri öhdələrinə alıb həyatlarından keçməklə ölkənin qorunması yolunda qədəm götürmüşlər. İşləri-gücləri döyüşmək və ölümlə üzbəüz olmaqdır. Başqa sözlə desək, onlar hər dəqiqə qarşı-qarşıyadırlar. Deməli, ağır məs`uliyyətli işləri öhdələrinə alan şəxslərin hakim tərəfindən xüsusi qayğının intizarında olmağa haqları vardır. Bu qayğının düzgün şəkildə göstərilməsi heç də asan iş deyil. Həqiqətdə, hər bir məs`uliyyətli hakimin vəzifəsidir ki, bu cür məsələlərdə diqqətli olsun, məsələyə yüksək şüur və dərin baxışla nəzər salsın, öz vəzifəsini layiqincə icra etsin. Çünki, belə işlərdə yalnız maddi və zahiri ehtiyaclardan söz getmir, əksinə, mövzu incə ruhlu, həssas məsələlərdən və mə`nəvi ehtiyaclardan bəhs edilir. Bu cür məsələlərə diqqətsiz yanaşmaq nəticəsində qəlblər soyuya, mə`nəvi əziyyətə düşə bilər, hətta faciəyə də çevrilə bilər. Elə buna görə həzrəti Əli (əleyhissalam) bu cür mövqelərdə atanın övladlarına olan qayğısını hakimə xatırladır ki, hakim məsələni kiçik hesab etməsin, qoşun başçılarına ata-ananın övladlarına göstərdiyi qayğını göstərsin.
YÜKSƏK RÜTBƏLİ QOŞUN BAŞÇILARININ ƏN MÜHÜM XÜSUSİYYƏTLƏRİ

Qeyd etdiyimiz kimi, qoşun bölmələri arasında müəyyən xüsusiyyətlərə və yüksək ruhiyyələrə malik olan bə`zi şəxslər olur ki, qoşun başçılığına seçilirlər. Bununla belə, qoşun başçılarının öz aralarında da yüksək dərəcədə üstünlüklərə və fəzilətlərə malik olan şəxsiyyətlər mövcud olur. Bu gözə çarpan üstünlük səbəbilə bə`zi qoşun başçıları dövlət başçısına daha yaxın olur, həmişə onunla rabitədə olur və aralarında xüsusi səmimiyyət yaranır. Bu cür üstünlüklərə malik olan qoşun başçıları həqiqətdə, İslam qoşun başçılarının ən üstünü və ən ali dərəcəlisidir. Başqa sözlə desək, onlar elə şəxsiyyətlərdir ki, ölkə rəhbəri döyüş mövzusunda ən mühüm məşvərətləri onlarla aparır, nizami və sirli məsələlərini onlarla müzakirə edir, müharibə bölgəsinin ən mühüm və dəqiq planlarını onlarla çəkir. Nəhayət, tam arxayınlıqla döyüş planlarını və İslam qoşunlarının ixtiyarını onlara tapşırır. Həzrəti Əli (əleyhissalam)-ın nəzərində bu cür şəxslərin ən mühüm və üstün xüsusiyyətləri aşağıdakılardan ibarətdir:

1-Həyat səviyyəsinə və yaşayış tərzinə diqqət etmək, maddi, rifahi işlərə və ev ləvazimatına nəzər etmək, belə ki, başqa hərbçilərlə bir səviyyədə olsun. Belə olan halda ondan aşağı səviyyədə yaşayan sair qoşun başçıları onu özlərinin həmdərdi hesab edərlər. Eyni halda, bu şəraitdə olan qoşun başçısı hərbçilərin əsl müşküllərini yaxından tanıyar və onlarla daha yaxından əməkdaşlıq edər.

2-Tam diqqət və ürək yanğısı ilə ölkənin mövcud qanunu əsasında qoşun hissələrinin yaşayış və ehtiyaclarının ödənilməsinə çalışsın. Belə ki, hər vaxt İslam qoşunları düşmənlə cihada getsə, əmin olsun ki, ailəsi və uşaqları heç kəsə ehtiyacı olmadan maddi və mə`nəvi cəhətdən rifahda olacaqlar. Bu halda İslam döyüşçüsü heç bir nigarançılıq olmadan, yalnız düşmənlə döyüşmək və ilahi məqsəd naminə müharibə meydanına gedəcək.

 3-Döyüşçülərlə bərabər səviyyədə (ədalətlə) rəftar etsin. İmkanı olan qədər ixtiyarında olan büdcədən (qanunu pozmamaq şərtilə) İslam qoşunlarına bağışlasın. Təbii haldır ki, döyüşçü öz ehtiyaclarının ödənilməsi və ailəsinin rifahı cəhətindən heç bir müşkül olmadığını hiss etdikdə daha da şücaət və möhkəm iradə ilə döyüş meydanına qədəm qoyar. Başqa dostları ilə yalnız bir hədəfdə-İlahi hədəfin həyata keçməsinə çalışar.

 Unutmaq olmaz ki, İslam mədəniyyətində müxtəlif məsələlər,-hansı genişlikdə və sahədə olursa olsun,-Allaha iman, İlahi təqva, Allaha təvəkkül birinci dərəcəli məsələ olmaqla yanaşı, insanın adi dünya yaşayışı özünün bütün incəlikləri ilə nəzərə alınmış, insanların maddi ehtiyacları nəzərdən qaçmamışdır. Belə ki, Həzrəti Əli (əleyhissalam) bu məsələni tam aydınlıqla bəyan edir ki, əgər İslam qoşunlarının başçılarının maddi və məişət ehtiyacları düzgün yolla ödənilməsə, onların güclü iradə və ruhiyyə ilə döyüş meydanlarında bir hədəfdə olmağa və düşmən müqabilində qələbə çalmağa qüdrətləri olmayacaq.

 

وَ لْيَكُنْ آثَرُ رُءُوسِ جُنْدِكَ عِنْدَكَ مَنْ وَاسَاهُمْ فِي مَعُونَتِهِ وَ أَفْضَلَ عَلَيْهِمْ مِنْ جِدَتِهِ بِمَا يَسَعُهُمْ وَ يَسَعُ مَنْ وَرَاءَهُمْ مِنْ خُلُوفِ أَهْلِيهِمْ حَتَّى يَكُونَ هَمُّهُمْ هَمّاً وَاحِداً فِي جِهَادِ الْعَدُوِّ فَإِنَّ عَطْفَكَ عَلَيْهِمْ يَعْطِفُ قُلُوبَهُمْ عَلَيْكَ
Sənin nəzərində ən layiqli döyüş başçısı o kəslər olmalıdır ki, öz qoşunlarına ədalətlə, imkanları daxilində daha çox kömək edir. Belə ki, onlar (döyüşçülər) və ailələri elə tə`min olunmalıdır ki, hədəfləri yalnız düşmənlə döyüşmək olsun. Çünki, sənin onlara qarşı məhəbbətin, onların qəlblərini sənə qarşı mehriban edər. ”

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

HİLFUL-FUZUL (ƏLАHİDDƏ АND VƏ YА ƏHD-PEYMАN)
Kərbəla və Bağdadda partlayış Şriftin ölçüsü Şriftin ölçüsünü ...
DÖVLƏTİN DAVAMLI OLMASI
Dünyasını dəyişmiş Ayətullah Əhməd Sabiri Həmədaninin həyatına bir baxış
Şahzadə Çarlzın Londonda keçirilmiş seminarda etdiyi çıxışın mətni
MÜAVİYƏNİN HAKİMİYYƏTİ
KƏ’BƏNİN VİRAN EDİLMƏSİ
Mina qurbanı həzrət İsmayıl (ə)
İMAM HADİ (Ə) VƏ İMAM HƏSƏN ƏSGƏRİNİN (Ə) ŞİƏLƏRİ QEYB DÖVRÜNƏ ...
İmam Əli (ə)- ın leylətul- məbit gecəsi (Peyğəmbərin yerində yatması) ölüm ...

 
user comment