Azəri
Friday 19th of July 2024
0
نفر 0

İmam Həsən Əskəri əleyhissəlamın dövründə siyasi-ictimai vəziyyət

 

Qeyd etdiyimiz kimi Abbasi xəlifələri İmamlara qarşı əllərindən gələn bütün təzyiqləri həyata keçirirdilər. Bu təzyiqlər İmam Cavad (əleyhissəlam), məxsusən İmam Əliyyən-Nəqi (əleyhissəlam) və İmam Həsən Əskəri əleyhissəlamın Samirrada olduğu dövrdə özünün son həddinə çatır. Abbasilərin hökuməti zamanı yaşamış üç İmam bu təzyiqlərin şiddətindən cavan yaşlarında ikən şəhadət şərbətini içmişdir. İmam Cavad (əleyhissəlam) iyirmi beş, İmam Əliyyən-Nəqi (əleyhissəlam) qırx bir, İmam Həsən Əskəri (əleyhissəlam) isə iyirmi səkkiz yaşında şəhid olmuşdur. Üçünün yaşını bir-birinin üstə gəldikdə cəmi doxsan dörd il edir. Bu isə onlara qarşı yönəldilmiş təzyiqlərin nə dərəcədə güclü olduğunu göstərir. İmam Həsən Əskəri əleyhissəlama qarşı olunan təzyiqlər özündən qabaqkı iki İmama olunmuş təzyiqlərdən çox olmuşdur. Bunun isə iki səbəbi var:

1) İmam Həsən Əskəri əleyhissəlamın dövründə şiələr İraqda böyük bir qüdrətə sahib olmuşdular. Bütün camaat da bilirdi ki, onlar rəsmi xəlifəyə qarşı mənfi mövqedə durur və Abbasi xəlifələrinin heç birini rəsmən xəlifə kimi qəbul etmirlər. Onların fikrincə, İslamda xəlifəlik məqamı Həzrət Əli əleyhissəlamın övladlarına məxsusdur. O dövrdə də bu ailənin parlaq nümayəndəsi məhz İmam Həsən Əskəri (əleyhissəlam) olmuşdur. Şiələrin böyük bir qüdrətə çatmasını Mötəmidin vəziri Übeydullahın bu məsələyə etiraf etməsi də təsdiq edir. Belə ki, İmam Həsən Əskəri əleyhissəlamın şəhadətindən sonra o Həzrətin qardaşı Cəfər Kəzzab Übeydullahın yanına gəlib deyir: “Əgər sən məni qardaşımın yerinə (İmam) təyin etsən, mən bu işə görə sənə ildə iyirmi min dinar pul verərəm.” Vəzir (Übeydullah) onun bu sözündən qəzəblənib deyir: “Axmaq, xəlifə sənin atanı (İmam Əliyyən-Nəqi (əleyhissəlamı)) və qardaşını İmam bilənlərin üstünə bu fikirlərindən dönmək üçün o qədər qılınc çəkdi, ancaq onları öz fikirlərindən döndərə bilmədi, nə qədər çalışsa da buna nail olmadı. Əgər sən də şiələrin fikrində İmamsansa, onda xəlifəyə-filana ehtiyac yoxdur, yox, əgər onların fikrincə İmam deyilsənsə, onda bizim səyimizin bir xeyri olmayacaq.”

2) Abbasilər sülaləsi və onların davamçıları bir çox rəvayətlərə əsasən bilirdilər ki, bütün azğın hökumətləri tar-mar edəcək vəd edilmiş Məhdi (əleyhissəlam) İmam Həsən Əskəri əleyhissəlamın nəslindən olacaq. Buna görə də, onlar daima İmam Həsən Əskəri əleyhissəlamı təqib edirdilər ki, oğlunu ələ keçirib öldürsünlər. (Necə ki, Firon Musa əleyhissəlamı uşaqlığından ələ keçirmək üçün əbəs yerə səy edirdi.) Bu barədə İmam Həsən Əskəri əleyhissəlamın şəhadəti bölməsində ətraflı məlumat verəcəyik.

Yuxarıda qeyd etdiyimiz iki səbəbə görə on birinci İmama qarşı təzyiqlər həddən artıq çox idi və hər tərəfdən o Həzrət nəzarət altına alınmışdı. Abbasi xəlifəsi, İmam Həsən Əskəri əleyhissəlamın mühüm ictimai nüfuz və mövqeyindən o qədər narahat idi ki, o Həzrəti həftənin birinci və dördüncü günləri saraya gəlməyə məcbur etmişdi.

Xəlifə Mühtədi də İmam Həsən Əskəri əleyhissəlamı tutub həbs edir və Mötəzz kimi o da, İmamı qətlə yetirmək istəyir. Lakin Allah buna icazə vermir və türklər onun öz əleyhinə qiyam edərək onu öldürürlər.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Yəhudilər bir daha Fələstin xalqına qarşı güc tətbiq etdi –
Suriya Milli Ordusu Dərada xeyli sayda terrorçunu məhv etdi
Bağışlanmış günah və qəbul olmuş yaxşılıq
Yəhudi ravvin Finkel İslam haqda nələrə etiraf etmədi, 2017-ci il
Misir Ordusu 241 terroristi öldürüb
Fəllucə şəhərin mərkəzi İŞİD-dən azad edildi
Oman Sultanlığı azanda “Əliyyən Vəliyyullah” (ə) kəlməsinin deyilməsini ...
İmаm Rİzа әlеyhİssәlаmın hәyаtı bаrәdә qısа mә’lumаt
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
Rusiyadan İŞİD-lə bağlı sərt qərar

 
user comment