Azəri
Friday 19th of July 2024
0
نفر 0

Yuşe ibni Nun (ə) ilə Həzrət Əlinin (ə) hansı ümumi cəhəti var idi

Yuşe ibni Nun (ə) ilə Həzrət Əlinin (ə) hansı ümumi cəhəti var idi

Həzrət Yuşe (ə) elə bir şəxsiyyət olmuşdur ki, Quran onun ali məqamına işarə etmişdir. Quran o zaman ki, Həzrət Musa (ə) ilə Həzrət Xızırın (ə) əhvalatını bəyan edir, yolda Həzrət Musa (ə) ilə bir yerdə olan bir cavandan bəhs edir. Onlar Həzrət Xızıra (ə) çatana qədər bir yerdə olmuşdular. Bu həmin Yuşe (ə) peyğəmbərdir.

Bəni-İsrayil Firondan qaçandan sonra Musaya (ə) qoşulurlar. Onlar bir yerdə İriha şəhərinə çatırlar. Musa (ə) insanlara əmr edir ki, bu müqəddəs şəhərə daxil olsunlar. Ancaq onlar imtina etdilər və orada ancaq zalımların yaşadığını söyləyirlər. Bu zaman Bəni-İsrayilin (ə) iki Allahdan qorxan üzvü insanlara nəsihət verirlər ki, Allaha təvəkkül etsinlər. Ancaq onlar yenə də imtina edir və bu şəhərə daxil olmurlar. Peyğəmbərə (ə) deyirlər: “Sən və Allahın şəhərə daxil ol və onları məğlub et. Sonra biz daxil olarıq”. Bu əmrdən çıxdıqları üçün Allah da onları 40 gün həmin səhrada saxlayır. Nə zaman hərəkət etsələr, yenə də həmin yerə gəlib çıxırdılar.

Bu əhvalatda görünür ki, Həzrət Musa (ə) ilə yalnız dörd nəfər var idi: Harun və oğlu, Yuşe ibni Nun və Kaləb ibni Yafna.

Yuşe - Həzrət Yusifin (ə) nəvəsidir. Həzrət Musa (ə) vəfat etməmişdən əvvəl onu öz vəsisi elan edir. Həzrət Musa (ə) vəfat edir.

Bu şəhərin Yuşe tərəfindən fəth olunduğuna dair ehtimallar çoxdur. Əlbəttə bu elə də sadə bir iş olmamışdı. Bu zaman İriha şəhərinin padşahı Bələm ibni Baurun başına bir iş gəlir və onu Bəni İsrayil ilə vuruşmaqdan saxlayır. Həyat yoldaşı və tərəfdaşları ona xəyanət edirlər. Yuşe ilə bu şəhərin əsgərlərinin döyüşü cümə gününün günəş batınına qədər davam edir. Gecə vuruşmaq çətin olduğundan döyüşü saxlayırlar. Allah günəşi onun üçün geri qaytarır. Bir saat günə artılır və döyüş Yuşenin qələbəsi ilə başa çatır.

Bu şəhəri tutandan sonra həm oranın şahı və həm də peyğəmbəri olur. Bir müddət hakimiyyət edəndən sonra vəfat edir.

Bəzi Əhli-beyt (ə) alimləri bu peyğəmbəri İmam Əliyə (ə) bənzədirlər. Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: “Həzrətə sual verirlər: “Musanın (ə) canişini Yuşe ibni Nun (ə) idi. Bəs sizin canişininiz kimdir?”. Peyğəmbər (s) də İmam Əlinin (ə) adını çəkir. Buyurur: “Deyilənə görə Yuşe Musadan sonra 30 il yaşayır, Əli də məndən sonra bu qədər həyatda qalacaqdır. Yuşeyə qarşı Şuəybin qızı Suğra qiyam edir. Özünü haqlı hesab edir. Ancaq Yuşe onu əsir götürür və onunla yaxşı rəftar edir. Əliyə qarşı da Əbu Bəkrin qızı qiyam edəcəkdir. Əli də Yuşenin Suğra ilə etdiyi yaxşı rəftarı onunla edəcəkdir”.

Gördüyümüz kimi, Yuşe ibn Nun (ə) ilə Həzrət Əlinin (ə) ümumi cəhəti - bu müqəddəs insanların hər ikisinin peyğəmbər (ə) canişini olmasıdır.

İmam Sadiq (ə) buyurur: “O zaman ki, Ali Muhəmmədin (s) Qaimi (ə.f) qiyam edəcək 27 nəfəri qaytaracaqdır. Onlardan 15 nəfəri Musanın (ə) qövmündən olan ədalətli insanlar, 7 nəfər Əshabi-Kəhf, Musanın (ə) canişini Yuşe, Ali Firon mömini, Səlman Farsı, Əba Dəcanə Ənsari və Malik Əştər”.

Onu Əfrahim dağının şimal hissəsində dəfn edirlər və İsfahanda bu adla olan peyğəmbərin qəbri başqa bir peyğəmbərə aiddir.


source : http://deyerler.org
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Yəhudilər bir daha Fələstin xalqına qarşı güc tətbiq etdi –
Suriya Milli Ordusu Dərada xeyli sayda terrorçunu məhv etdi
Bağışlanmış günah və qəbul olmuş yaxşılıq
Yəhudi ravvin Finkel İslam haqda nələrə etiraf etmədi, 2017-ci il
Misir Ordusu 241 terroristi öldürüb
Fəllucə şəhərin mərkəzi İŞİD-dən azad edildi
Oman Sultanlığı azanda “Əliyyən Vəliyyullah” (ə) kəlməsinin deyilməsini ...
İmаm Rİzа әlеyhİssәlаmın hәyаtı bаrәdә qısа mә’lumаt
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
Rusiyadan İŞİD-lə bağlı sərt qərar

 
user comment