İslamda ailə
Hüseyn Ənsariyan
5. BƏZƏNMƏK VƏ PAKİZƏLİK
Kişi öz qadınını təmiz, səliqəli, gözəl, xoşətirli görmək istədiyi kimi, qadın da öz ərini təmiz, səliqəli, gözəl, xoşətirli görmək istəyir. Bu qadını sevindirir, ürəyini açır və iffətini artırır. Özünü ərindən qeyrisi haqqında düşünməkdən qoruyur.
Həsən ibn Cəhm deyir: «Yeddinci imamın həna qoyduğunu gördüm. «Qurbanın olum, həna qoymusanmı?»-deyə ərz etdim. Həzrət buyurdu: «Bəli, kişinin özünü bəzəməsi qadının iffətinin artmasına səbəb olur. İffətini qorumayan qadınlar ərlərinin bəzənməməsi ucbatından bu yola düşmüşlər». Sonra İmam məndən soruşdu: «Məgər sən öz həyat yoldaşını çirkin, bulaşmış görmək istəyirsənmi?
İmam Rza (ə) atalarından rəvayət edir: «Bəni-İsrail qadınları iffətlərindən əl çəkdilər. Bunun səbəbi, yalnız ərlərinin özlərini bəzəməmələri idi». Sonra İmam buyurdu: «Qadın da kişinin ondan gözlədiyini gözləyir».
Bəzi kişilər, həqiqətən, insafsızdırlar. Özlərinə fikir vermirlər. Vaxtlı-vaxtında təmizlik etmirlər. Bundan da acınacaqlısı odur ki, qadınlarının istənilən şəkildə onların ixtiyarında olmasını istəyirlər. Belələri zalım və əzaba layiqdirlər.