Azəri
Saturday 4th of May 2024
0
نفر 0

Nübuvvət

Nübuvvət

Bidiyiniz kimi Allah-Təala bəşərin kamilliyə və səadətə çatması üçün bir çox vasitələr yaratmışdır. Lakin Allah-Təala insanların öz içlərindən onun əmr, göstəriş, qadağalarını çatdıran peyğəmbərlər seçməsi onun əsas missiyalarındandır. Bəli Allah-Təala 124000 peyğəmbər təyin etməsi bunu söyləməyə əsas verir.
Bəşərin peyğəmbərlərə ehtiyacı
Allah-Təala öz kamil qüdrəti ilə heç nəyə ehtiyacı olmadan varlıq aləmini və buradakı çeşidli məxluqatı yaratmış, onları öz saysız-hesabsız nemətləri ilə təmin etmişdir.
İnsan və hər bir yaradılan, canlı və cansız aləm ilk yaranış günündən öz həyatının sonunadək Allahın nəzarəti ilə hər biri öz nizam və düzəni ilə müəyyən bir məqsədə doğru hidayət olunur və hərəkət edir. Hər bir varlıq nümunəsi bütün mərhələlərdə Allahın yardım və inayətindən bəhrələnir.
Əgər təkcə öz yaşayışımızın müxtəlif mərhələlərini diqqətlə izləsək - yəni südəmər uşaqlıq dövrü, uşaqlıq, yeniyetmə çağı, gənclik, yetkinlik və qocalıq çağlarını nəzərdən keçirsək, öz vicdanımız Allahın bizə etdiyi yardımı yadımıza salar və ona şahidlik edər. Bu məsələyə ağıllı tərzdə yanaşaraq mühakimə yürütsək, Allahın öz yaratdığı xilqətinə hər şeydən və hər kəsdən daha mehriban və yaxın olması bizim üçün şəksiz -şübhəsiz aydınlaşar. Allah həmin rəhmət və mehribanlığına görə xilqətin məsləhətinə uyğun tədbir görür, hikmət və məsləhət olmadan heç bir şeyin xarab olmasına və məhvinə izn vermir.
İnsan Allahın yaratdığı xilqətdən (yaradılışından) biridir, insanın xoşbəxtliyi və mənafeyi onun dünya və hadisələrə gerçək gözlə baxmasını, yaxşı əməl göstərməsini, düzgün etiqada (əqidəyə), bəyənilmiş əxlaqa və yaxşı rəftara malik olmasını tələb edir. İnsan öz fitri ağlı ilə yaxşı və pisi seçərək hər şeyi öz yoluna qoya bilər.
Ancaq bilmək lazımdır ki, ağıl təklikdə bütün çətinlikləri və düyünləri aça bilməz, insanı bütövlükdə gerçəkliyi tam aydın görməyə və yaxşı əmələ yönəldə bilməz. Çünki insan cəmiyyətində müşahidə edilən bu qədər xoşagəlməz sifətlər və pis işlər məhz ağıl və şüur sahibi olan insanlardan baş verir. Deməli, ağıl nəfsin tələbi ilə öz həvayi-nəfsinə və mənfəətinə uyaraq insaniyyət duyğularını nəfsə qurban verir.
Bu və başqa səbəblərə görə Allah-Təala insanları öz nəfsinin əmrinə baş əyməyən başqa yol və vasitələrlə idarə etməli olur. İnsanları xəta və səhvlərdən çəkindirən, onları gerçək insani səadətə qovuşduran bu yol nədən ibarətdir? Bu yeganə yol peyğəmbərlik yoludur.


source : www.abna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

191- ci xütbə
İMAM HÜSEYNİN QİYAMI VƏ ОNU DОĞURAN SƏBƏBLƏR
151-ci xütbə
İMAM CAVADIN (Ə) ŞƏHADƏTI
İmam Əliyyən-Nəqinin (ə) təvəllüdü
Peyğəmbərdən 72 suala cavab
PEYĞƏMBƏRIN (S) RUM PADŞAHINA YAZDIĞI MƏKTUBU
Məbəs bayramı
MÜHARIBƏDƏN QAÇMAQ
İMAM HÜSEYN ƏLEYHİSSƏLAMIN HƏYATI (1)

 
user comment