Azəri
Wednesday 1st of May 2024
0
نفر 0

ABNA Fatimeyi Zəhranın (s) Milad bayramın təbrik edir

Peyğənbər həzrətləri: "Fatimə (s) dünyanın əvvəlindən axırına kimi bütün qadınların xanımıdır".

ABNA Fatimeyi Zəhranın (s) Milad bayramın təbrik edir

Əhli Beyt -ABNA- xəbər agentliyi- May ayının 12-nə təsadüf edən Cəmadiyüs-sani ayının 20-si (m. 614-cü il) əziz İslam Peyğənbəri Muhəmməd İbn Əbdullah (səlləllahu əleyhi və alih) nazənin qızı Fatimeyi Zəhra (səlamullahi əleyha) xanımın Məkkədə dünyaya qədəm qoyan günüdür. Bu gün dünya müsəlmanlarının ən sevincli günülərindən biri hesab olunur.

Biz ABNA olaraq dünya müsəlmanlarının bu sevincinə qoşularaq misilsiz bayram münasibəti ilə başda İmam Zaman (əccələllahu fərəcəhu şərif) Həzrətləri olmaqla bütün bəşəriyyəti səmimi qəlbdən təbrik edir və bu möhtəşəm bayramla əlaqədar saytımızın ziyarətçilərinə Xanımlar xanımı Zəhra həzrətlərinin həyatın qısa şəkildə təqdim edirik.

Təvvəlüdü və pak valideyinləri

Atası Allahın (cəllə cəlaluh) sonuncu Elçisi və bəşəriyyətin xilaskarı həzrət Mühəmməd ibn Əbdullahdır (səlləllahu əleyhi və alih). Anası ümmül-möminin Xədicədir (səlamullahi əleyhadır).

"Fatimə" sözünün mənşəyi

Ərəblər köşəyini süddən ayırmış dişi dəvəyə "fatimə" deyirlər. Ananın öz uşağını süddən uzaqlaşdırmasını da ərəblər eyni kökdən olan fellə ifadə edirlər. İslam Peyğəmbərindən (s) rəvayət edilən hədislərdə isə bu adın mənası "cəhənnəm alovundan uzaqlaşdırılmış" kimi izah edilir. Çünki Allah-təala qiyamət günündə cəhənnəm atəşini Fatimədən (ə) və Onun nəslindən uzaqlaşdıracağını vəd etmişdir. Fatimənin (səlamullahi əleyha) məşhur ləqəbləri bunlardır: Zəhra (parlaq), Bətul (iffətli və ya özünü Allaha həsr etmiş), Tahirə (pak), Mərziyyə (Allahın razılığını qazanmış), Siddiqə (doğrucul), Zəkiyyə (təmizlənmiş), Seyyidətün-nisail-aləmin (dünya qadınlarının xanımı), Ümmi Əbiha (atasının anası; bu ləqəbi Ona Peyğəmbər vemişdi) və s.

İslam mənbələrindəki məlumatlar yekdilliklə təsdiq edir ki, Həzrət Mühəmməd (səlləllahu əleyhi və alih) Peyğəmbər Fatiməni (səlamullahi əleyha) hamıdan artıq sevirdi. Aşağıdakı hədislər mötəbər mənbələrdə təvatür səviyyəsində qeyd edilmişdir:

"Fatimə bədənimin bir parçasıdır. Kim Onu qəzəbləndirsə, məni qəzəbləndirmiş kimidir".

"Fatimənin qəzəbi ilə Allah qəzəblənər, Fatimənin razılığı ilə Allah razı olar".

"Fatimə dünya qadınlarının xanımıdır". Həzrət Mühəmməd Peyğəmbər (s) səfərə gedəndə ən axırda Fatimə (səlamullahi əleyha) ilə vidalaşar, səfərdən qayıdanda hamıdan əvvəl Onun görüşünə gələrdi. "Həzrət Fatimənin (ə) təsbihi" kimi tanınan məşhur zikri də Ona Peyğəmbər öyrətmişdi.

Xanım Zəhra və İslama xidməti

Həzrət Mühəmməd Peyğəmbər (s) Məkkədə son dərəcə ağır bir şəraitdə İslamı təbliğ etdiyi zaman Fatimə (səlamullahi əleyha) ona mənəvi cəhətdən yardım göstərir, təhqir və istehzaları o həzrətdən uzaqlaşdırmağa çalışırdı. Hicrət zamanı Fatimə (ə) öz atasından qabaq Məkkəni tərk etməyə müvəffəq olmamış və şəhərdə qalmış, daha sonra İmam Əli ibn Əbu Talibin (əleyhis səlam) müşayiəti ilə Mədinəyə gəlmişdi.

Ailə Həyatı

Peyğəmbərin müasiri olan məşhur müsəmanlardan bir neçəsi Fatimə (ə) ilə evlənmək arzusunda olsa da, nə Peyğəmbər, nə də Fatimənin (ə) özü buna razılıq verməmişdi. Yalnız Əli ibn Əbu Talibin (ə) elçiliyi onların hər ikisinin razılığı ilə qarşılandı. İmam Əli (ə) ilə Fatimənin (ə) toyu hicrətin ikinci ilində, Bədr döyüşündən sonra (m. 624-cü il) baş verdi. Fatimənin (ə) mehriyyəsi 500 dirhəm idi (51 qram qızıl), Peyğəmbər tərəfindən Ona həmin dövrün dəbinə uyğun olaraq, bir neçə əşyadan ibarət cehiz də verilmişdi. Çox sadə bir ailə həyatı sürmüşdür.

İmam Əli (ə) ilə Fatimənin (ə) ailəsi 9 ilə yaxın (Fatimənin (ə) vəfatına kimi) mövcud olmuşdur. Fatimə (ə) həyatda ikən Əli ibn Əbu Talib (ə) başqa bir qadınla evlənməmişdi. Bu ailə İslam tarixində ən mehriban, ən ülvi və ən möhkəm ailə sayılır. Bu izdivacdan İmam Həsən (ə) və İmam Hüseyn (ə) adlı iki oğul, Zeynəb qızı doğuldu. İmam Əli (ə) ilə Fatimənin (ə) daha bir oğlunun ana bətnində tələf olduğu barədə məlumatlar mövcuddur. İslam mənbələrində Peyğəmbərin vəfatından qısa bir müddət sonra Fatiməyə (ə) qarşı həyata keçirilmiş fiziki təzyiqlərin nəticəsində Möhsin adlı həmin körpənin bətndə ikən tələf olduğu bildirilir.

Təqva, İman və Elmi səviyyəsi

Fatimə (ə) İslam tarixində hədsiz imanlı, son dərəcə iffətli, səxavətli, elmli bir qadın kimi yad edilir. Qısa ömrü ərzində dini və dünyəvi məsələlərdə Mədinə qadınları üçün əsl müəllimə rolunu oynamış, müraciət edən hər kəsə mənəvi və maddi yardım göstərmişdir. Fatimə (ə) Qurani-kərimdə çirkinlikdən təmizləndiyi elan edilmiş (Əhzab, 33) Əhli-beytin (əleyhimus səlam) bir üzvüdür.

Həzrət Mühəmməd Peyğəmbər (s) Fatiməni (ə) "dünya qadınlarının xanımı" adlandırmışdı. Abdullah ibn Abbas rəvayət edir ki, Peyğəmbər buyurmuşdur: "Gündəlik beş namazını qılan, Ramazan ayında oruc tutan, Allahın evinə həccə gedən, malının zəkatını verən, ərinə tabe olan və məndən sonra Əliyə (ə) İmam kimi itaət edən hər bir qadın qızım Fatimənin (ə) şəfaəti ilə cənnətə girəcək, çünki o, dünya qadınlarının xanımıdır". Soruşdular: "Məgər Fatimə öz zəmanəsində ki qadınların xanımı deyilmi? ". Peyğəmbər cavab verdi: "Öz zəmanəsinin qadınlarının xanımı İmran qızı Məryəm idi. Fatimə isə dünyanın əvvəlindən axırına kimi bütün qadınların xanımıdır" (Şeyx Səduq. Əmali, LXXIII məclis, 18-ci hədis; XXVI məclis, 7-ci hədis; Həvizi. Təfsirü Nurüs-səqəleyn, I, 338). / islam.az

 


source : www.abna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İMAM CAVADIN (Ə) ŞƏHADƏTI
İmam Əliyyən-Nəqinin (ə) təvəllüdü
Peyğəmbərdən 72 suala cavab
PEYĞƏMBƏRIN (S) RUM PADŞAHINA YAZDIĞI MƏKTUBU
Məbəs bayramı
MÜHARIBƏDƏN QAÇMAQ
İMAM HÜSEYN ƏLEYHİSSƏLAMIN HƏYATI (1)
Həzrət Peyğəmbərin Milad bayramın təbrik edir
Ülul əzm Peyğəmbərlər və onların kitabları hansılardır? Nə üçün ulul əzm ...
Həzrət Əbülfəzl Abbas ələyhis-salamın təvəllüdü ilə bağlı qısa mesajlar

 
user comment