Azəri
Monday 11th of December 2023
0
نفر 0

Bu gün Peyğəmbərə (s) ən çox bənzəyən Əli Əkbərin (ə) təvvəlüd günüdür

İmam Hüseyn əleyhis səlam): Vallah! Allah mənə onlarla övlad versə, hamını Əli adlandırardım. Əgər onlarla qız versə, hamını Fatimə adlandırardım.

Bu gün Peyğəmbərə (s) ən çox bənzəyən Əli Əkbərin (ə) təvvəlüd günüdür

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən bu gün həzrəti Əli Əkbərin (əleyhis səlam) anadan olan günüdür. O, həzrətin doğum tarixi haqqında rəvayətlər müxtəlifdir. Həzərti Əli Əkbər ələyhis-salam, bir rəvayətə görə hicri təqvimi ilə 43-cü il, şəban ayını 11-də, nurlu Mədinə şəhərində dünyaya göz açıb.

Atası: Hüseyn ibn Əli ələyhis-salam

Anası: Leyla binti Əbi Mərrə ibn Ürvə ibn Məsud Səqəfi

Biz ABNA olaraq dünya müsəlmanlarının bu sevincinə qoşulur və misilsiz bayram münasibəti ilə başda İmam Zaman (Allah Təala onun şərəfli gəlişini tezləşdirsin) həzrətləri və onun haqq naibi İmam Xameneyi cənabları olmaqla bütün bəşəriyyəti səmimi qəlbdən təbrik edirik.

*** *** ***

Nəql olunur ki, bir gün Əli Əkbər (əleyhis səlam), Mədinə valisini yanına gedib atası tərəfindən ona bir sözü çatdırdı. Mədinəni valisi Əli Əkbərdən (əleyhis səlam) soruşdu:

Sənin adın nədir:

Buyurdu: Əli.

-Qardaşının adı nədir?

- Əli.

O şəxs əsəbləşdi və neçə dəfə "Əli, Əli, Əli" dedi.

- Atan nə istəyir, bütün övladlarını Əli adlandır?

Əli Əkbər (əleyhis səlam) bu sözü atasına çatıdırır. Həzrət buyurdu: Vallah! Allah mənə onlarla övlad versə, hamını Əli adlandırardım. Əgər onlarla qız versə, hamını Fatimə adlandırardım.

Əli Əkbər haqqında deyirlər ki, o xoş görünüşlü, gözəl, xoş danışığa sahib bir gənc idi. Yaradılış, xasiyyət və görünüş baxımından adamlar içində əziz Peyğəmbərə (sələllahu əleyhi və alih) ən çox bənzəyən şəxs idi. Şücaət və cəngavərliyi, babası Əli ibn Əbu Talibdən irs aparmışdı. Bütün kamallar onun vücudunda toplanmışdı.

Şeyx Cəfər Şüştəri,"Xəsaisül-Hüseyniyyə" kitabında yazır: İmam Hüseyn (əleyhis səlam), Aşura günü Əli Əkbəri (əleyhis səlam) meydana göndərəndə qoşuna belə xitab edib buyurdu: "Camaat! Şahid olun ki, yaradılışda, xasiyyətdə və məntiqdə Rəsulullaha (sələllahu əleyhi və alih) ən çox bənzəyən bir oğlanı meydana göndərirəm! Bilin ki, hər zaman ürəyimiz Peyğəmbər (sələllahu əleyhi və alih) üçün darıxsaydı, onun üzünə baxardıq!".... sibtayn.com

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

 


source : www.abna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

ƏLI-VƏSFDƏN ÜSTÜN INSAN
Müqəddəs məkanlarımız təhlükədədir
MƏHƏRRƏM AYININ 8-Cİ GÜNÜ
Fədəyin qəsb edilməsi həzrət Zəhranın (sa) evinin yandırılmasından sonra ...
İmam Sadiqdən (ə) doqquz nəsihət
Nə üçün həzrət Əli ələyhis-salamın qılıncı "Zülfüqar" adlanır
Ərbəin ziyarətinin qaydaları. İzləyin və paylaşın
IMAM SӘCCAD ӘLEYHISSALAMIN ŞӘXSIYYӘTI
Ümmü Sələmə İmam Hüseynin (ə) hüzurunda
DÜNYА QӘFLӘT, YОХSА TӘKАMÜL VАSİTӘSİDİR?

 
user comment