Azəri
Thursday 18th of July 2024
0
نفر 0

Bu gün Məbəs bayramıdır ABNA bu münasibət ilə sizi təbrik edir

Həzrəti Peyğənbər (s.ə.a) Rəcəb ayının 27-si Məkkənin Həra dağında peyğənbərlik məqamına çatdı.

Bu gün Məbəs bayramıdır ABNA bu münasibət ilə sizi təbrik edir + Foto

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Həzrəti Peyğənbər (səlləllahu əleyhi və alih) 610-cu miladi ilində 40-yaşında ikən Rəcəb ayının 27-də Məkkə şəhərində Həra dağında İnsanlıq zirvəsin fəth edərək peyğənbərlik məqamına çatdı. Bu günü müsəlmanlar Məbəs günü münasibəti ilə bayram keçirdirlər.

Məbəs lüğətdə yəni hərəkət verilən zaman deməkdir. Bu gün Allah Əziz Peyğənbərimizdən, artıq Allahın tərəfindən insanlara tərəf hərəkət edib onları zülmətdən nura doğru hidayət etməsin istəmişdir.

Biz ABNA olaraq bu əziz bayramı başda zamanənin imamı həzrəti Məhdi (əccələllahu fərəcəhuş şərif) cənabları olmaqla bütün bəşəriyyətə və cin tayfalarına təbrik ərz edirik!

Rəcəb ayının 27-si bayram günün əməlləri:

Bu gün xeyli əzəmətli gündür. Bu gün sübh çağı həzrəti peyğənbərimiz peyğənbərlik məqamına çatdı bu günün əməlləri aşağıdakılardan ibarətdir:

Bir: Qüsul vermək.

İki: Oruc tutmaq (Bu günün orucu il ərzində savabı bütün illə bərabər olan dörd orucdan biridir. Onun savabı yetmiş ilin savabına bərbərdir.)

Üç: Çoxlu salavat göndərmək.

Dörd: Həzrəti peyğənbər və Əmirəl Möminini (əleyhimus səlatu vəs səlam və əla alih) ziyarət etmək.

P.S. İltiması dua! Allah ibadətlərinizi qəul etsin. Zindanda olan qardaşlara xüsusən də İslamçıların Lideri Doktor Mövsüm Səmədova bolluca dua edin. Allah zalimlərə lənət etsin!

Amin!

 

Mənbə : Məfatihul Cinan.

 


source : www.abna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İmanlı qadının həyası
İmam Əliyyən-Nəqinin (ə) həyatı barədə qısa məlumat
Onuncu imam həzrət Əli İbn Məhəmməd (ə)
Əmanətdarlıq
Səmavi ad
Həzrət Əbülfəzl Abbas ələyhis-salamın təvəllüdü ilə bağlı qısa mesajlar
İmam Kazim (əleyhis-salam)-ın həyat tarixi, övladları və nəvələri barəsində ...
İmam Sadiqdən (ə) doqquz nəsihət
İSLAMDA TƏBABƏT
Nə üçün həzrət Əli ələyhis-salamın qılıncı "Zülfüqar" adlanır

 
user comment