Azəri
Sunday 5th of May 2024
0
نفر 0

Qum tələbələri Xanım Zəhranın (s) Mövludunu qeyd ediblə

Xətib, çıxışında viladət münasibəti ilə, İmam Zaman həzrətləri başda olmaqla onun haqq naibi Ayətullah Uzma Seyyid Əli Xamenei və bütün bəşəriyyəti təbrik etdikdən sonra, Əhli-Beytin (s) İlahi məqamlarına toxunaraq, İlahi Hakimiyyətə başçılıq edənlərlə şeytani hakimiyyətin başçıları arasındakı fərqləri qeyd etdi...

Qum tələbələri Xanım Zəhranın (s) Mövludunu qeyd ediblər + Foto


Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən İran İslam Respublikasının Qum Elmi Hövzəsi, Beynəlxalq əl-Mustəfa (səlləllahu əleyhi və alih) Akademiyasında təhsil alan Azərbaycanlı tələbələr, 1 may 2013 tarixində, Peyğəmbərin (səlləlahu əleyhi və alih) yeganə varisi, iki dünya evinin zinəti, Xanım Fatiməyi Zəhranın (səlamullahi əleyha) mövlud mərasimini keçirtdilər.

Höccətiyə Mədrəsəsinin Məscidində keçirilən mərasimin aparıcısı, Höccətül İslam Şirvan Əliyev ilk öncə Quran tilavəti üçün Qari Anar Məmmədovu səhnəyə dəvət etdi. Daha sonra çıxış üçün söz Höccətül İslam vəl Müslimin Yusifi cənablarına verildi .

Xətib, çıxışında viladət münasibəti ilə, İmam Zaman həzrətləri başda olmaqla onun haqq naibi Ayətullah Uzma Seyyid Əli Xamenei və bütün bəşəriyyəti təbrik etdikdən sonra, Əhli-Beytin (s) İlahi məqamlarına toxunaraq, İlahi Hakimiyyətə başçılıq edənlərlə şeytani hakimiyyətin başçıları arasındakı fərqləri qeyd etdi. Misal olaraq,Rusiya başda olmaqla zalım hakimlərin maddipərəst olduqları üçün 1918 -20-ci illərdə İrana gələrək dövlətin bütün ərzaq məhsullarını alaraq, 18 milyonluq İran xalqının təqribən yarısının aclıqdan qırılmaqlarına səbəb olmasını vurğuladı. Amma bunun əksinə olaraq Mövla Əli (əleyhis səlam) buyurur ki, "Mənim bütün dərdi-qəmim xalqın rifahda yaşamağı üçündür".

Hər kəs, bu ilahi məqama çatmaq istəyirsə, gərk dünya, məqam, pul və xüdpərəstlikdən uzaq olub , nəfsini təzkiyyə etsin...

Çıxışdan sonra tələbələrdən ibarət ilahi nəğmələr qrupu öz gözəl nəğmələri ilə məclisi zinətləndirdilər .

Sonda məclis Həzrət Fatimə (s) ehsanı ilə başa çatdı

 


source : www.abna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İmam Əliyyən Nəqi(ə.s) haqqında
İmam Zamanın (ə) səhabələrinin xüsusiyyətləri
Xanım Zeynəbin (s) hərəmi ziyarətə açıldı
Quranda şirk (Allaha şərik qoşmaq)
İmam Hüseynin (ə) şəfaəti hər 2 dünyada olacaq
Doqquzuncu imam imam həzrət Məhəmməd Təqi (ə)
İmam Əliyyibnil-Hüseyn Zeynül-abidin (əleyhissəlam)
Müqəddəs Quran və əsas insan haqları (3)
MÜHARIBƏDƏN QAÇMAQ
İmam Səccadın(ə) şəhadət günü

 
user comment