Azəri
Wednesday 24th of April 2024
0
نفر 0

İslamda ehsan etməyin fəziləti

İslamda ehsan etməyin fəziləti

Quran ayələrində, eləcə də hədislərdə ehsan etmək İslamın ən gözəl və bəyənilmiş əməllərindən biri kimi bəyan olunmuşdur. Hər bir müsəlman və mömin şəxs imkan daxilində, möhtac olan insanlara ehsan edib, onları sevindirməli və bu əməl ilə Allahın razılığını qazanıb, Onun rəhmətinə yaxınlaşmalıdır.

 

Bu barədə Qurani-Kərimdə belə buyurulur:

 

«إِنَّ رَحْمَتَ اللَّهِ قَرِيبٌ مِّنَ الْمُحْسِنِينَ»

«Həqiqətən, Allahın rəhməti ehsan edənlərə yaxındır».

 

Allah-taala başqa bir ayədə ehsan edənlərə öz məhəbbətini belə bildirmişdir:

 

«إِنَّ اللَّهَ يُحِبُّ الْمُحْسِنِينَ»

«Həqiqətən, Allah ehsan edənləri sevir.»

 

Bunuda bilməliyik ki, Allah-taala ehsan edənlərin əcrini (mükafatını) zay etməz. Bu haqda isə Qurani-Kərimdə belə buyurulur:

 

«إِنَّ اللَّهَ لاَ يُضِيعُ أَجْرَ الْمُحْسِنِينَ»

«Həqiqətən, Allah ehsan edənlərin mükafatını zay etməz.»

 

Ehsan və sair əməllərin qəbul olunmasının ilkin şərti niyyətin düz olmasıdır, yəni Allaha xatir olmasıdır.

 

Ehsan etməyin müxtəlif növləri vardır. Məsələn; sədəqə, paltar və yemək vermək. Amma bunların daha fəzilətlisi həmişə qalan, xeyirli və faydalı işlər üçün tikilən müqəddəs ocaqlardır ki, buna misal olaraq elm ocaqları (mədrəsələr), kitabxanalar, xəstəxanalar, yetim evləri, evindən və eşiyindən didərgin düşmüş müsəlman və mömin bacı- qardaşlar üçün yaşayış evləri tikmək, körpü salmaq, su çəkmək və möminlər üçün ibadət yeri yəni, məscid və hüseyniyyələri tikməyi qeyd etmək olar. Həqiqətən Allahın rəhməti bütün məxluqata, xüsusən insan üçün çox genişdir. Allah-taala insanın etdiyi heç bir əməlini zay etməz, əksinə hər bir xeyir əməlin nəticəsini on qat artırmaqla ödəyər. Bir günah və pis əməlin müqabilində isə yalnız bir cəza verməklə kifayətlənər. Bu əməlin özü Allahın bəndəsinə olan mərhəmətindən irəli gəlir. Dediyimiz bu sözə Quranın bu ayəsini şahid gətirə bilərik.

 

Allah-taalaQurandabuyurur:

 

«مَن جَآءَ بِالْحَسَنَةِ فَلَهُ عَشْرُ أَمْثَالِهَا وَمَن جَآءَ بِالسَّيِّئَةِ فَلاَ يُجْزَى إِلاَّ مِثْلَهَا وَهُمْ لاَ يُظْلَمُونَ»

«Kim yaxşı bir iş görsə, ona həmin işin on qat əvəzi (savabı) verilər. Kim pis iş görərsə, ona həmin işin misli qədər cəza verilər və onlara zülm edilməz.»

 

Bu mövzuda olan söhbətimizi Qurani-Kərimin bu mübarək ayəsi ilə sona çatdırırıq:

 

«فَمَن يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْرًا يَرَهُ * وَمَن يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَرًّا يَرَهُ *»

«Kim (dünyada) zərrə qədər yaxşı bir iş görmüşsə, onu (onun xeyrini) görəcəkdir. Kim də zərrə qədər pis iş görmüşsə, onu (onun cəzasını) görəcəkdir».

 


source : www.islaminsesi.org
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İmam Rzanın mövludu münasibətilə hamını təbrik edirik! İmam Rzanın (ə) inci ...
MƏDƏNİYYƏT VƏ TƏRƏQQİ
Həcc karvanının ilk dayanacağı
Quran oxu sən ...
İmam Hüseyn ələyhis-salamın gözəl cəmalı
İmam Hüseyn (ə) "Cəməl" və "Süffeyn" döyüşlərində
Həzrətin əyatı
Xəvariclər Nəhrəvan döyüşündə haqq yoldan azmışdılarmı? Əli (ə) Müaviə ...
İmam Hüseyn(ə) Qurani- kərimin ayələrində
Məhərrəm ayının 19-cu günü

 
user comment