Azəri
Thursday 18th of July 2024
0
نفر 0

Azərbaycanla İran arasında televizya və radio işlərini tənzimləyəcək komissiyanın yaradılması gözlənilir

Azərbaycanla İran arasında televizya və radio işlərini tənzimləyəcək komissiyanın yaradılması gözlənilir

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Azərbaycanla İran arasında televizya və radio işlərini tənzimləyəcək komissiyanın yaradılması gözlənilir.

Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.

Bu gün ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Radio-Televiziya Təşkilatının sədri İzzətullah Zərqami Rabitə və Yyüksək Texnologiyalar naziri Əli Abbasovla görüşüb.

Görüşdə qarşılıqlı maraq doğuran istiqamətlər üzrə radio və televiziyada birgə yayımların təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə Ə.Abbasov Azərbaycanla İran arasında televiziya və radio işlərini tənzimləyəcək komissiyanın yaradılması təklifi ilə çıxış edib. Nazir qeyd edib ki, hazırda teleradio yayımını həyata keçirən qurumlarla danışıqlar aparılır və müəyyən qərarlar qəbul edildikdən sonra bu haqda ətraflı məlumat veriləcək:

"Müştərək media komissiyası ilə bağlı ətraflı müzakirələr aparılacaq. Müzakirələrdən sonra birgə komissiyanın yaradılması üçün bəzi hüquqi prosedurlar müəyyənləşdiriləcək".

İ.Zərqami təklifi məmnuniyyətlə qəbul edib. O, qonaq ölkələrin televiziyaları tərəfindən birgə proqram və verilişlər hazırlanmasını istədiklərini bildirib.

Görüşdə həmçinin birgə komissiyanın fəaliyyəti ilə bağlı qarşılıqlı maraq doğuran məsələlər də müzakirə olunub.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

 


source : www.abna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Misir Ordusu 241 terroristi öldürüb
Fəllucə şəhərin mərkəzi İŞİD-dən azad edildi
Oman Sultanlığı azanda “Əliyyən Vəliyyullah” (ə) kəlməsinin deyilməsini ...
İmаm Rİzа әlеyhİssәlаmın hәyаtı bаrәdә qısа mә’lumаt
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
Rusiyadan İŞİD-lə bağlı sərt qərar
Hacı İlqar İbrahimoğlu aşurafoblardan yazdı.
Həzrət Əbülfəzlil Əbbasın hərəmində azyaşlı uşaqlara Quran Dərsləri ...
Səudiyyə döyüş təyyarələri Səna Beynəlxalq Aeroportunu növbəti dəfə ...
“İŞİD” Liviyanın neft yataqlarına hücum edib

 
user comment