![İran İslam Respublikasının naziri Şahindoxt Movllaverdi Bibiheybət hərəmini ziyarət edib İran İslam Respublikasının naziri Şahindoxt Movllaverdi Bibiheybət hərəmini ziyarət edib](https://erfan.ir/system/assets/imgArticle/2014/10/50633_74153_429143_m.jpg)
Bibiheybət Məscidinin axundu Hacı Rahib Babayev qonağa Azərbaycanın ən qədim və böyük dini abidələrindən biri sayılan Bibiheybət hərəmi və Məscidinin tarixi barədə ətraflı məlumat verərək bildirib ki, yeddinci İmam Museyi Kazımın (əleyhi səlam) qızı Xanım Həkimənin (əleyha səlam) məzarı burada yerləşdiyindən Məscidə müsəlman ölkələrindən çoxlu sayda ziyarətçilər gəlir.
Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Bakıda keçirilən "İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin inkişafında qadınların rolu" mövzusu ilə əlaqədar Azərbaycana rəsmi səfər edən İran İslam Respublikasının vitse-prezidenti, İran İslam Respublikasının Qadın və Ailə Məsələləri üzrə naziri, xanım Şəhindoxt Mollaverdi Bibiheybət hərəmini ziyarət edib.
Bibiheybət Məscidinin axundu Hacı Rahib Babayev qonağa Azərbaycanın ən qədim və böyük dini abidələrindən biri sayılan Bibiheybət hərəmi və Məscidinin tarixi barədə ətraflı məlumat verərək bildirib ki, yeddinci İmam Museyi Kazımın (əleyhi səlam) qızı Xanım Həkimənin (əleyha səlam) məzarı burada yerləşdiyindən Məscidə müsəlman ölkələrindən çoxlu sayda ziyarətçilər gəlir.
Xanım Həkimənin (əleyha səlam) məzarını ziyarət edən İran İslam Respublikasının vitse-prezidenti Şəhindoxt Mollaverdi, Məscid-komplekslə yaxından tanış olub.
source : www.abna.ir