Azəri
Thursday 18th of July 2024
0
نفر 0

Tunisli alim: “Müsəlmanlar vəhdətlərini qorumaqla təkfirçilik xərçəngindən qurtulmalıdırlar”

Tunisli alim: “Müsəlmanlar vəhdətlərini qorumaqla təkfirçilik xərçəngindən qurtulmalıdırlar”

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Tunisin tanınmış alimi Əbdül Qadir Quhhə "Təkfirçi və Ekstremist Cərəyanlar İslam Alimləri Baxışında" ümumdünya konqresində çıxış edərək bildirib: "Təkfirçilik cərəyanı qədim cərəyanlardandır. Uzaq keçmişdə də belə məfkürə sahibləri kütəvi formalarda Müsəlmanlara qarşı çıxıb, cinayətlər törədiblər. Belə ki, İmam Əliyə (əleyhi səlam) həkəmiyyət prossesini qəbul etdirən "xəvariclər" sonradan həzrəti Əlinin (əleyhi səlam) və Müsəlmanalrın kafir olduqlarına hökm verdilər. Baxın təkfirçilik xərçəngi elə həmin vaxt əmələ gəldi".

O, daha sonra deyib: "Təkfirçilər Əhli Təsənnünün böyük alimlərinin qəbirlərinə də belə rəhm etməyiblər. Onlar Tunisdə 50 Sünni aliminin məzar və məqbərələrini viran ediblər. Hazırda İslam aləmi üçün ən xətərli ünsür təkfirçilərdir. Biz Müsəlmanlar bir cərgədə dayanaraq vəhdətimizi qorumalıyıq".

Əbdül Qadir Quhhə İslami birlikin vacibliyinə toxunaraq bildirib: "Şiə və Sünnilər arasındakı fikir aydınlıqları cüzidir. Biz bir-birimiz ilə qardaşıq. Biz dua edirik ki, sülh və sabitlik bir daha Suriya, İraq və Libiyaya geri qayıtsın".

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

 


source : www.abna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Həzrət Əbülfəzlil Əbbasın hərəmində azyaşlı uşaqlara Quran Dərsləri ...
Səudiyyə döyüş təyyarələri Səna Beynəlxalq Aeroportunu növbəti dəfə ...
“İŞİD” Liviyanın neft yataqlarına hücum edib
Canlı bomba özünü zəvvarların arasında partlatdı.
Qahirədə Futbol yarışından öncə azərkeşlərlə polis arasında qarşıdurma ...
Qələbə: Terrorçular Suriyanın Mənbic şəhərində məğlubiyyətə uğradılar
Muhəmməd Mursinin müəllimi vəhhabi alimi Şiə oldu
Minlərlər bəhreynli Şeyx İsa Qasimin mühakimə olunmasına etiraz olaraq ...
İŞİD Əfqanıstanda xəstəxanaya hücum etdi: 80-dən çox ölü və yaralı
Kamal yolunda oLAN Yolçunun əxlaqı

 
user comment