Azəri
Wednesday 24th of July 2024
0
نفر 0

Almaniyada kəşf olunan ən qədim Quran nüsxəsi İmam Əliyə (ə) mənsubdur

Almaniyada kəşf olunan ən qədim Quran nüsxəsi İmam Əliyə (ə) mənsubdur

Beynəlxalq qrup: Almaniyanın "Tubingen" universitetinin tədqiqatçıları Quran-Kərimin "kufi" xətti ilə çox qədim bir nüsxəsinə malik olduqları xəbərini yayıblar. Belə ki, bu nadir tapıntı Quranın dünyanda ən qədim əlyazma nüsxəsi ola bilər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Commdiginews" xəbər agentliyinin rəsmi internet səhifəsinə istinadən verdiyi xəbərə görə Almaniyanın "Tubingen" universitetinin tədqiqatçıları Quran-Kərimin "kufi" xətti ilə çox qədim bir nüsxəsinə malik olduqları xəbərini yayıblar. Belə ki, bu nadir tapıntı Quranın dünyanda ən qədim əlyazma nüsxəsi ola bilər. Tədiqatlar göstərir ki, bu Quran nüsxəsi Məhəmməd (s) peyğəmbərin vəfatından sonra 20 - 40 ililk fasilə ilə yazılıb.

Alman tədqiqatçıları "kufi" xətti ilə yazılmış bu Quran nüsxəsinin İmam Əliyə (ə) mənsub olduğu üçün, belə təxmin edirlər ki, bu nüsxə miladi ilə 656-cı ildə İmam Əli (ə) xəlifə olduğu və hökumətin paytaxtını Kufəyə köçürdüyü zaman yazılmışdır.
"Orta Əslər" jurnalının yazdığına görə bu nüsxə böyük ehtimal ilə (95,4) milad tarixi ilə 649 - 675-ci illərə aiddir. Bu tarix, Küfənin paytx olması və İmam Əlinin (ə) oxuyub-yaza bilənlərdən olması bu ehtimalı gücləndirir. Həmçinin İmam Əli (ə) müsəlmanların ilk rəhbərləri arasında Quran-Kərimi kamil şəkildə hifzdən bilən ilk başçı və rəhbər olmuşdur.
Bu qədim nüsxə keyfiyyətli dəri üzərində yazılıb və 1339 ildən sonra da öz keyfiyətini itirməyib. Ehtimal olunur ki, bu nüsxə İmam Əli (ə) hökuməti zaman rəsmi bir hədəf üçün yazılmışdır.
Bu nüsxə İsra surəsinin 37-ci ayəsindən Yasin surəsinin 57 ayəsinə qədərdir.
Bu nüsxənin kəşfindən öncə Yəmənin paytaxtı Sənada saxlanılan Quran nüsxəsi ən qədim nüsxə sayılırdı. Sənadakı nüsxə 671-ci miladi ilində yazılmışdır.
Amma Almaniyadkı nüsxənin 649-cu və 675-ci illər arası yazıldığı ehtimal olunduğu üçün hər iki nüsxə (Alman və Yəmən) birlikdə ən qədim Quran nüsxəsi sayılırlar.
Bu nüsxə tezliklə Belçikanın Antrop şəhərində "Müqəddəs kitablar - Müqəddəs məkanlar" adlı sərgisində sərgiyə qoyulacaqdır.
Nüsxənin elektron versiyasını bu linkdə görə bilərsiniz.

 


source : www.iqna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Mətaf (təvaf yeri) və Məqami İbrahim (ə)
DƏRUZİYYƏNİN YARANMASI
QURANIN MÖCÜZƏSİ
Ərbəin” gününə məxsus əməlləri
MATURİDİYYƏ MƏZHƏBİ (2)
Ayətullah əl-uzma Safi Gülpayiqani Məşhəddə keçirilən “Sınmış inci” ...
111-ci xütbə
Niyə İslamı məhv etmək səyləri həmişə təsirsiz qalmışdır?
İmamzadə İbrahim bin İmam Baqir (ə) ziyarətgahının açılışı oldu
1969-cu il Azərbaycana total qorxu gətirirdi (1)

 
user comment