Zəhmət olmasa gözləyin

Əl-Qaidənin Pakistandakı lideri öldürüldü

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Əl-Qaidənin Pakistandakı lideri öldürüldü

London və Nyu York qatarlarında bomba hücumu hazırlamaqda ittiham edilən yüksək rütbəli əl-Qaidə sılahlısı öldürülüb.

Bu barədə Pakistan Ordusu məlumat yayıb. Məlumata görə, Ədnan əl-Şükrcümə adlı əƏl-Qaidə lideri Pakistanın şimal-qərbində, Əfqanıstan sərhədi yaxınlığındakı bölgədə həyata keçirilən reyd vaxtı qətlə yetirilib.

ABŞ Federal Təhqiqatlar Bürosu (FBR) Ədnan əl-Şükrcüməni əl-Qaidə şəbəkəsinin qlobal əməliyyatlarına cavabdeh şəxs adlandırır. Səudiyyə Ərəbistanında doğulan Şükrcümə bir neçə il ərzində ABŞ-da yaşayıb.

ABŞ prokurorluğu onu 2009-cu ildə Nyu York metrosunda intihanrçı partlayış hazırlamaqla bağlı həbs edilən qrupu yönləndirən şəxs olduğunu bəyan edib. Eyni zamanda Şükrcümə bir neçə ölkədə basqın hazırlamaqda şübhəli bilinir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

 

Mənbə :
Etiketlər :
İstifadəçi rəyləri (0)
Rəyi göndər