Azəri
Thursday 18th of July 2024
0
نفر 0

ABŞ-da polis yenə silahsız vətəndaşı öldürdü

ABŞ-da polis yenə silahsız vətəndaşı öldürdü

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ABŞ-ın bir çox bölgəsində məhkəmənin qara dərili gəncin ölümü ilə bağlı qərarına qarşı etirazların davam etdiyi bir vaxtda Arizona ştatında bir qara dərili vətəndaşın da öldürüldüyü bildirilir.

Avropa.info-nun xarici mətbuata istinadən yaydığı xəbərdə Arizonanın Finiks şəhərində 34 yaşlı qara dərili Rumain Brisbonun polis tərəfindən öldürüldüyü bildirilir.

Polisdən mətbuata verilən açıqlamada Brisbonun musiqiyə yüksək səs verərək şəxsi avtomobilini idarə etməsi səbəbi ilə polisin avtomobili saxladığı bildirilir. Daha sonra isə polisin əllərini qaldırmasını istədiyi halda Brisbon əlini cibinə aparıb. Bundan sonra o polis tərəfindən iki dəfə atəş açılmaqla öldürülüb.

Polis tərəfindən aparılan araşdırma zamanı Brisbonun silahsız olduğu məlum olub.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

 


source : www.abna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Minlərlər bəhreynli Şeyx İsa Qasimin mühakimə olunmasına etiraz olaraq ...
İŞİD Əfqanıstanda xəstəxanaya hücum etdi: 80-dən çox ölü və yaralı
Kamal yolunda oLAN Yolçunun əxlaqı
Mübarək mövludlar gecəsi İmam Rzanın (ə) hərəmində böyük coşqu ilə ...
Benəlxalq Qurani Kərim Müsabiqəsinin açılış mərasimində iştirak edən İİR-n ...
QƏNIMƏT VƏ MəğNƏM
Nigerdə "Boko Haram" terror təşkilatının 109 silahlısı zərərsizləşdirilib.
Sepah 3 düşməni məhv etdi, 5-ni yaxaladı
Ərəbistan daxili təhlükəsizlikdən nigərandır, Səud rejiminin xüsusi ...
ABŞ işğalçı israil rejiminə 38 milyard dollarlıq hərbi yardım edir

 
user comment