Azəri
Friday 19th of July 2024
0
نفر 0

İŞİD əsirlərin orqanlarını satır

İŞİD əsirlərin orqanlarını satır

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İŞİD terror qruplaşması həkimlərdən nəinki ölmüş silahlıların, həmçinin uşaqlar da daxil olmaqla sağ əsirlərdən orqanlarını çıxarmağa məcbur edirlər.

Bu barədə Daily Mail iraqlı həkimlərə istinadən məlumat yayıb.

Məlumata görə, silahlılar insan orqanlarının satışından böyük mənfəət əldə edirlər. Orqanların çıxarılması İraqın şimalında İŞİD-in nəzarətində olan Mosul şəhərinin xəstəxanalarında həyata keçirilir.

"Əməliyyatlar xəstəxanalarda keçirilir, orqanlar qara bazara çıxarılaraq satılır. Orqanlar nəinki ölmüş silahlılardan, həmçinin yaralı və sağ əsirlərdən də götürülür", deyə "Əl Monitor news" nəşrinin hazırladığı hesabatda qeyd olunur.

Hesabata əsasən, çıxarılan orqanlar Səudiyyə Ərəbistana və Türkiyəyə ötürülür.

Hesabatda, həmçinin, İŞİD silahlılarının Əfqanıstanda istehsal olunmuş heroinin qaçaqmal yolu ilə Avropaya çatdırılmasını təmin etdikləri bildirilir. Belə ki, hesabatın müəllifləri Rusiya Narkotiklərə Nəzarət Federal Xidmətinə istinadən iddia edirlər ki, İŞİD Əfqanıstan heroininin Avropaya tədarükünün yarısını təmin etməklə böyük məbləğdə gəlir edir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

 


source : www.abna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Yəhudilər bir daha Fələstin xalqına qarşı güc tətbiq etdi –
Suriya Milli Ordusu Dərada xeyli sayda terrorçunu məhv etdi
Bağışlanmış günah və qəbul olmuş yaxşılıq
Yəhudi ravvin Finkel İslam haqda nələrə etiraf etmədi, 2017-ci il
Misir Ordusu 241 terroristi öldürüb
Fəllucə şəhərin mərkəzi İŞİD-dən azad edildi
Oman Sultanlığı azanda “Əliyyən Vəliyyullah” (ə) kəlməsinin deyilməsini ...
İmаm Rİzа әlеyhİssәlаmın hәyаtı bаrәdә qısа mә’lumаt
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
Rusiyadan İŞİD-lə bağlı sərt qərar

 
user comment