Azəri
Thursday 18th of July 2024
0
نفر 0

İŞİD-in dəhşətli qətliam planı: "Milyonlar öldürüləcək"

İŞİD-in dəhşətli qətliam planı:

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Bu ilin ortalarından etibarən həyata keçirdiyi anti-islam fəaliyyətlərlə islamı gözdən salan, terrorçu qruplaşma kimi dünya ölkələri tərəfindən qəbul edilən İŞİD haqqında kitab yazılıb.

Almaniyanın tanınmış tədqiqatçısı, eyni zamanda Xristian Demokrat Partiyasının (CDU) sabiq millət vəkili Jürqen Todenföfer İŞİD-in yox edilməsininin yolunu göstərib.
O bildirib ki, İŞİD-çilərin hədəfi yəhudiliyi, xristianlığı aradan qaldırmaq və islamdan başqa digər dinlərin yayılmasına qarşı çıxmaqdır.

Onların fikrincə, demokratiya inanan müsəlmanlar da ölməlidir. İŞİD-çilərin dəhşətli planına əsasən, dini təmizlik üçün milyonlarla insanın ölməsi lazımdır.
Jürqen Todenföfer İŞİD-ə hər gün dünyanın müxtəlif ölkələrindən çox sayda insan qatıldığını vurğulayıb: "İŞİD-ə aid düşərgədə olduğum müddət ərzində gündə ən az 50 nəfərin onların səfinə keçdiyini gördüm. Onlara qoşulanların sayı, ayrılmaq istəyənlərdən daha çoxdur. Onların ən güclü olduğu yerin Raqqa olduğu düşünülür.
Lakin mənim fikrimcə, ən güclü olduğu və nəzarətdə saxladıqları yer Mosuldur. İŞİD-çiləri dayandırmaq, qarşısını kəsmək məsələsinə gədikdə isə bunun sadəcə İraqdakı sünnilər tərəfindən baş tuta biləcəyini zənn edirəm. Malikinin vaxtında təzyiqə məruz qalmış, incidilmiş 30-35%-lik sünni qrup yenidən İraqda təsiri artırsa, İŞİD-in qarşısı alınar."
Bundan başqa almaniyalı tədqiqatçı Avropada anti-İslam çıxışların, aksiyaların İŞİD-ə təsirindən də danışıb: "İŞİD terrorçuları Pegida (Patriotische Europäer gegen die Islamisierung des Abendlandes" - "Qərbin İslamlaşmasına qarşı çıxan Vətənpərvər Avropalılar") hərəkatından razıdırlar. Bu, onlara sərf edir. Çünki Avropada bu cür çıxışları görüb, islamın sıxışdırıldığını düşünənlər İŞİD-ə qoşulurlar".
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

 


source : www.abna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Misir Ordusu 241 terroristi öldürüb
Fəllucə şəhərin mərkəzi İŞİD-dən azad edildi
Oman Sultanlığı azanda “Əliyyən Vəliyyullah” (ə) kəlməsinin deyilməsini ...
İmаm Rİzа әlеyhİssәlаmın hәyаtı bаrәdә qısа mә’lumаt
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
Rusiyadan İŞİD-lə bağlı sərt qərar
Hacı İlqar İbrahimoğlu aşurafoblardan yazdı.
Həzrət Əbülfəzlil Əbbasın hərəmində azyaşlı uşaqlara Quran Dərsləri ...
Səudiyyə döyüş təyyarələri Səna Beynəlxalq Aeroportunu növbəti dəfə ...
“İŞİD” Liviyanın neft yataqlarına hücum edib

 
user comment