Azəri
Thursday 28th of March 2024
0
نفر 0

İslamın əziz Peyğəmbərinin (s) be`səti

İslamın əziz Peyğəmbərinin (s) be`səti

Rəcəb ayının iyirmi yeddisi, islamın əziz peyğəməri Məhəmməd (salavatullah) ömründən qırx il ötərkən peyğəmbərliyə təyin olundu. O gün islamın böyük bayramlarından hesab olunur. Həzrət Məhəmmədə (s) vəhyin nazil olması ilə Allahın sonuncu peyğəmbəri (s) peyğəmbərliyə təyin olundu. Sonuncu və ən kamil din olan islam dinini bəşəriyyətə ərməğan gətirdi.
Be`sət

Uzun illər idi ki, peyğəmbərlərin besətindən keçirdi hər bir qəbilə özünün müxtəlif əqidələrilə yaşayırdılar. Hicaz və Məkkədə o günlər bütlərə pərəstiş edirdilər. Daş, filiz, taxta, Bəzən xurma ağacına pərəstiş edir, körpə qız uşaqlarını diri-diri torpağa basdırırdılar. Qəbilələrin çoxu müharibə halında olub qan tökürdülər. Dünya azğınlıqda batmışdı. Nəhayət, məxluqatın şərəflisi, kainatın rəhbəri, həzrət Məhəmməd (s) ibn Abdullahın doğumundan qırx il keçdi. Allah onu peyğəmbərliyə təyin etdi. Cəbrail (ə) nazil olub ilahi vəhyi xüsusi qayda və mərasimlə o həzrətə çatdırdı.
Rəvayətə əsasən: (Muntəhayül-amal 1-ci bölmə 6-cı fəsil səh 72). O Həzrət (s), Hira dağından qayıdırdı. Cəlal və əzəmət nuru onu bürümüşdü. Onun vücuduna tamaşa etməyə heç kəsin gücü çatmırdı. Hər bir ağacın, bitkinin, daşın yanından ötəndə o həzrətə təzim edir, açıq dillə deyirdi - Salam olsun sənə ey Allahın peyğəmbəri, salam olsun sənə ey Allahın Rəsulu!. O Həzrət (s) Xədicənin (ə.s) evinə daxil olanda onun camalından saçan nurun şüası ilə, ev işıqlandı. Xədicə (s.ə) ərz etdi: Ey Məhəmməd! sizdə müşahidə etdiyim bu nur nədir? o Həzrət (s) buyurdu: "Peyğəmbərlik nurudur". Sonra həzrət Xədicəyə (ə.s) xitab edib buyurdu: De: "La ilahə illəllah, Məhəmmədən rəsulullah" Xədicə ərz etdi: "İllərdir ki, mən sənin peyğəmbərliyini bilirəm" sonra Allah Təalanın birliyinə və onun peyğəmbərliyinə şəhadət verdi.
O zaman Həzrət (s) buyurdu: "soyuqluq hiss edirəm, mənim üstümü paltarla ört". Həzrət (s) üstünə paltarı çəkib yatdı. Allah Təala tərəfindən nida gəldi. "Ey paltarına bürünən, qalx camaatı Allahın əzabından qorxut , Rəbbinin ucalığına təkbir de! (Muddəsir, 1) " O həzrət qalxdı, mübarək barmağını qulağına qoyub buyurdu: " Allahu əkbər, Allahu əkbər!" o həzrətin səsi bütün mövcüdata çatdı , hamı ona qoşuldu. (Muntəhayül-amal 1-ci bölmə, 6-cı fəsil səh 73).
Peyğəmbər (s) üç məxfi şəkildə camaatı bir Allaha tərəf təvət etdi. Sonra Cəbaril (ə) gəlib ərz etdi: "Allah-taala buyurdu ki, dəvətinə aşkar et!" O həzrət Səfa dağının yuxarısına qalxıb aşkar şəkildə camaatı enzar və dəvət etdi.

 


source : www.sibtayn.com
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İmam Hüseyn (ə) - şəhidlər ağası
İmam Əli əleyhis-salamın Bəni-Təyy qəbiləsindən və Xəvaricdən (onların ...
Rəsuləllahın(s) ayı
İmam Əli əleyhis-salamın (Allah-təalanın həmd və şükrü barəsindəki) ...
"Sarəllah" sözünün mənası nədir?!
Alim və tələbə hər ikisi inkişaf və hidayətdə şərikdirlər
Bu gün Ruqəyyənin şəhadət günüdür
Əli (ə), Ramazan ayında çox ibadət edirdi, yoxsa başqa aylarda?!
Azərbaycan idmançıları İmam Rzanın(ə) məqbərəsində olublar
Peyğəmbərin (s.ə.a.s) şeytanla söhbəti

 
user comment