Azəri
Saturday 20th of July 2024
0
نفر 0

İŞİD əsirliyindən qaçan qadın: "Onlar hamilə qadınların…"

İŞİD əsirliyindən qaçan qadın:

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,İŞİD-ə əsir düşən Hamşe adlı yezidi qadın əsirlikdə olduğu müddətdə başına gələn müsibətdən danışıb

Yezidi qadın terror təşkilatının yaralanan döyüşçülərinə qan verməyə məcbur edildiklərini açıqlayıb:

"Əsirlərdən qul kimi istifadə edirlər. Yaralanan döyüşçü olanda sağlamlığımıza baxmayaraq, qanımızı alırdılar. Elə vaxtlar olurdu ki, günlərlə qan verirdik. Təkcə bizim qanımızı almırdılar. Orada hamilə qadınlar var idi. Onların da qanından yaralı döyüşçülər üçün istifadə olunurdu".

Əsirlikdə olduğu müddətdə cinsi istismara məruz qaldığını deyən Hamşe qul kimi bir ərəbə satılıb:

"Bazarda onlar qadınları satanda biri də məni aldı. Evinə aparıb otaqda kilidlədi. "Əgər mənimlə evlənməsən, sənə yemək, su verməyəcəyəm" dedi".

Terrorçuların əlindən qaçmağın qeyri-mümkün olduğunu deyən yezidi qadın körpəsi ilə qaçmağını möcüzə adlandırıb:

"Bir axşam uşağım susuzluqdan ağlayırdı. Qapını döydüm və kənarda olan bütün qarovulçuların yatdığını gördüm. Bir şüşə su götürüb körpəmlə qaçdım. Hələ də buna inana bilmirəm".

Bildirək ki, yezidi qadın terrorçuların arasından qaçaraq özünü peşmərgə qüvvələrinə yetirə bilib. Bundan sonra Hamşe ailəsinə təhvil verilib

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

 


source : www.abna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Yəhudilər bir daha Fələstin xalqına qarşı güc tətbiq etdi –
Suriya Milli Ordusu Dərada xeyli sayda terrorçunu məhv etdi
Bağışlanmış günah və qəbul olmuş yaxşılıq
Yəhudi ravvin Finkel İslam haqda nələrə etiraf etmədi, 2017-ci il
Misir Ordusu 241 terroristi öldürüb
Fəllucə şəhərin mərkəzi İŞİD-dən azad edildi
Oman Sultanlığı azanda “Əliyyən Vəliyyullah” (ə) kəlməsinin deyilməsini ...
İmаm Rİzа әlеyhİssәlаmın hәyаtı bаrәdә qısа mә’lumаt
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
Rusiyadan İŞİD-lə bağlı sərt qərar

 
user comment