Zəhmət olmasa gözləyin

Qərbi Afrikada Ebola virusundan ölənlərin sayı 8 371-ə çatıb.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Qərbi Afrikada Ebola virusundan ölənlərin sayı 8 371 nəfərə çatıb

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Ümumilikdə bu virusa 21 171 yoluxma halı qeydə alınıb.

Ölüm hallarının əksəriyyəti Qərbi Afrikanın üç ölkəsində - Liberiya, Sierra-Leone və Qvineyada qeydə alınıb.

Liberiyada 8 278 yoluxma və 3 515 ölüm halı qeydə alınıb. Xəstəliyə ən çox yoluxma halları Sierra Leonedə qeydə alınıb - 10 094 nəfər, ölənlərin sayı isə 3 049 nəfər təşkil edir. Qvineyada 2799 nəfər xəstələnib, 1807 nəfər ölüb.

Qeyd edək ki, əvvəlki hesabatla müqayisədə ölənlərin sayı 82 nəfər, virusa yoluxanların sayı isə 85 nəfər artıb.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

 

Mənbə :
Etiketlər :
İstifadəçi rəyləri (0)
Rəyi göndər