Azəri
Thursday 18th of July 2024
0
نفر 0

Səlahəddin Özgündüz açıq danışdı: Biz Hizbullahın yanındayıq

Səlahəddin Özgündüz açıq danışdı: Biz Hizbullahın yanındayıq

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Səlahəddin Özgündüz açıq danışdı: Biz Hizbullahın yanındayıq!

Türkiyə şiələrinin alimlərindən olan Səlahəddin Özgündüz İsrailin "Hizbullah"a hücumuna münasibət bildirib

Səlahəddin Özgündüz İsrailin terror hücumunu pisləyərək deyib: "İsrail hücumu nəticəsində Hizbullah əsgərlərindən 9 şəhid olan var. Ruhları şad olsun. Dünən bir neçə yüz nəfər idilər, silahsızdılar. İsrail, Beyruta qədər Livanı işğal etmiş, oranın hökümətini də özü idarə edirdi. ABŞ, İngiltərə və İtaliya orduları da Beyruta girmiş, İsrailin yanında idilər. O bir neçə yüz nəfər bunların hamısını Livandan qovmağa müvəffəq oldular. Sonra bu məğlubiyyəti həzm etməyən sionistlər bir neçə dəfə hücuma keçdi, öz imicini xilas etmək istəyirdi, amma bundan daha böyük məğlubiyyətlərə uğradıldılar və Livandan qaçmağa məcbur oldular."

Tükiyənin şiə alimlərindən olan Özgündüz Livana hücum edən İsrail ordusunun 33 günlük müharibə zamanı məğlubiyyətinə də işarə edib: "O vaxt "Bir həftə sonra dünya Hizbullahsız olacaq" deyirdilər, ən rüsvayedici məğlubiyyəti də onda yaşadılar. 1982-ci ildə İsrail Qərbin dəstəyinə baxmayaraq qabağında dura bilmədiyi bir neçə yüz nəfərlik "Hizbullah", indi yüzminlik - özünün raketi, pilotsuz təyyarə və modern silahlarını istehsal edən orduya sahibdir. Bütün döyüşçülərin hamısı önəmli igidlərdir. Şəhadətə çatanlar şəhidlik zirvəsindən başqa digər yüz minlik əsgərlərdən üstün cəhətləri yoxdur. Onlar, İsrailə dünyanı dar etmiş, onun məğlubedilməz mifini yox etmiş, özəlliklə ərəblərin, ümumən müsəlmanların yox olan ruh yüksəkliyini yenidən diriltmiş bir müqavimətin, bu qədər şəhid verməsi təbiidir. Həqiqətən "Hizbullah"ın ərləri biri ölür, biri dirilir, düşmən tez sevinməsin, dost cəbhə də narahat olmasın."

Sonda Özgündüz deyib: "Biz və İsrailə qarşı İslam və müsəlmanların birlik, dirilik və onur müharibəsini edən "Hizbullah"ın yanındayıq. İsrailin hücum etdiyi "Hizbullah"a qarşı, İsrailin dəstəklədiyi qruplaşmaların tərəfində olanların, İsrailə qarşı fikirləri səmimi və inandırıcı ola bilərmi?"

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

 


source : www.abna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Misir Ordusu 241 terroristi öldürüb
Fəllucə şəhərin mərkəzi İŞİD-dən azad edildi
Oman Sultanlığı azanda “Əliyyən Vəliyyullah” (ə) kəlməsinin deyilməsini ...
İmаm Rİzа әlеyhİssәlаmın hәyаtı bаrәdә qısа mә’lumаt
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
Rusiyadan İŞİD-lə bağlı sərt qərar
Hacı İlqar İbrahimoğlu aşurafoblardan yazdı.
Həzrət Əbülfəzlil Əbbasın hərəmində azyaşlı uşaqlara Quran Dərsləri ...
Səudiyyə döyüş təyyarələri Səna Beynəlxalq Aeroportunu növbəti dəfə ...
“İŞİD” Liviyanın neft yataqlarına hücum edib

 
user comment