Azəri
Thursday 18th of July 2024
0
نفر 0

Fuad Məsum Ayətullah Sistaniyə öz təşəkkürünü bildirib

Fuad Məsum Ayətullah Sistaniyə öz təşəkkürünü bildirib

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Fuad Məsum Ayətullah Sistaniyə öz təşəkkürünü bildirib

İraq prezidenti bu ölkədə terrorçu İŞİD qruplaşmasının nüfuzunun dayandırılmasında Ayətullah Sistaninin oynadığı böyük roluna işarə edərək ona öz təşəkkürünü bildirib.

Fuad Məsum həmçinin İran Sepahının Qüds komandanı general Süleymaninin də bu istiqamətdəki səylərinə görə məmnunluq ifadə edib.

Əl-Məslə internet portalı İraq prezidentinin bəyanatına istinadla bildirib: Ayətullah Sistaninin verdiyi fitvanın ardınca terrorçu İŞİD-in Bağdada doğru irəliləyişinin qarşısı alındı və beləliklə İraqın könüllü səfərbər qüvvələrinin silah daşıması və ya İŞİD-ə qarşı mübarizə aparılmasında böyük rol oynadı.

Fuad Məsum xatırladıb: İraq ordusunun dağılması ardınca ölkədə xəlqi qüvvələr və batalyonlar Mosulda və digər bölgələrdə İŞİD-in təhlükəsini Bağdaddan dəf edə bildilər.

İraq prezidenti eləcə də İŞİD-ə qarşı mübarizədə Sepahın Qüds komandanı general Qasim Süleymaninin bu terrorçu qruplaşmaya qarşı mübarizədəki diqqəti cəlb edəcək roluna işarə edərək deyib: İraqda terrorçu İŞİD qüvvələrinə qarşı hücumların dayandırılmasında bu iranlı generalın da rolu nəzərə çarpacaq dərəcədə böyük olmuşdur. Belə ki, İran dərhal İraqın Kürdüstan məntəqəsində peşmərgə qüvvələr və İraq ordusunu silahla təmin etdi.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

 


source : www.abna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İmаm Rİzа әlеyhİssәlаmın hәyаtı bаrәdә qısа mә’lumаt
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
Rusiyadan İŞİD-lə bağlı sərt qərar
Hacı İlqar İbrahimoğlu aşurafoblardan yazdı.
Həzrət Əbülfəzlil Əbbasın hərəmində azyaşlı uşaqlara Quran Dərsləri ...
Səudiyyə döyüş təyyarələri Səna Beynəlxalq Aeroportunu növbəti dəfə ...
“İŞİD” Liviyanın neft yataqlarına hücum edib
Canlı bomba özünü zəvvarların arasında partlatdı.
Qahirədə Futbol yarışından öncə azərkeşlərlə polis arasında qarşıdurma ...
Qələbə: Terrorçular Suriyanın Mənbic şəhərində məğlubiyyətə uğradılar

 
user comment