Zəhmət olmasa gözləyin

İraq Ali İslam Məclisinin sədri bir daha əcnəbilərin hərbi iştirakı ilə müxalifət etdi.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İraq Ali İslam Məclisinin sədri bir daha əcnəbilərin hərbi iştirakı ilə müxalifət etdi

Əmmar Həkim şənbə günü İraq şiələrinin təqlid mərcəyi Ayətullah Möhsün Həkimin vəfatının ildönümü günü münasibətilə Bağdadda təşkil olunmuş anım mərasimində deyib: vəhdət, düşmən qarşısında vahid qüdrətin formalaşmasına səbəb ola bilər.

Həkim əlavə edib: Əgər İraq xalqı və rəsmiləri problemlər və çətinliklərlə mübarizə aparmaq istəyirsə, həqiqi milli birliyə doğru hərəkət etməlidirlər.

İraq Ali İslam Məclisinin sədri əcnəbilərin İraq və məntəqədə hərbi iştiraka malik olmaları üzrə bəzi səylər barədə xəbərdarlıq edərək, deyib: İraqa kömək etmək istəyənlər, İraqlıların ehtiyac duyduqları sahələrdə və tələb olunan formada yardım etməlidirlər.

Əmmar Həkim daha sonra bir daha İslam Peyğəmbərinə(s.ə.s) hörmətsizliyi qınayaraq, Qərb dövlətləri və BMT-dən istəyib ki, ilahi dinlərə qarşı hörmətsizliyi önləyə biləcək qanunlar qəbul etsinlər.

İraq Ali İslam Məclisinin sədri Fransa dövlətinin İslam Peyğəmbərinə(s.ə.s) hörmətsizlik qarşısındakı mövqeyini təəccüb doğuran adlandırıb və deyib: söz azadlığı başqalarının azadlıqlarına xələl gətirməməlidir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

 

Mənbə :
Etiketlər :
İstifadəçi rəyləri (0)
Rəyi göndər