Azəri
Thursday 18th of July 2024
0
نفر 0

Diyarbəkirdə 100 minlərlə Müsəlman İslam Peyğəmbərini (s) təhqir edənlərə qarşı mitinq təşkil etdi

Diyarbəkirdə 100 minlərlə Müsəlman İslam Peyğəmbərini (s) təhqir edənlərə qarşı mitinq təşkil etdi

Diyarbəkr vilayətinin samballı ruhanisi Müsəlmanlar arasında yaranmış ixtilaflara işarə edərək bildirib: "Bütün bu ixtilaflar qərbin fitnəsidir. Çünki onlar Müsəlmanların birliyindən bərk hürküyürlər. Əgər möhkəm bir ittifaqımız olsaydı onda bütün İslam Ümməti qərb dünyası qarşısında dayanardı və heç kim də İslami Müqəddəslərə qarşı təhqir etmək fikrində belə olmazdır". Qeyd edək ki, möhtəşəm mitinqdə Müsəlmanlar ələrində "Kürdüstanda Hizbullaham", "Biz Çariliyik Deyənlərə Lənət Olsun" və s. kimi şüarlar tutmuş və Muhəmməd Rəsulullah kimi bayraqlar ucaltmışlar.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Türkiyənin Dyarbəkr vilayətinin sakinləri sionistlərin planları çərçivəsində İslam Peyğəmbərinə (səlləllahu əleyhi və alih) qarşı təhqir kompaniyasını həyata keçirən Fransanın mənfur "Çarli Hebdo jurnalı" və onun himayədarlarına qarşı geniş miqyaslı etiraz aksiyası həyata keçiriblər.

100 mindən artıq insan kütləsini özündə cəmləşdirən etiraz kompaniyasında çıxış edən Dyarbəkr ruhanisi Osman Tifur bildirib: "Biz qərblilərə deyirik ki, siz İslam Peyğəmbərini (səlləllahu əleyhi və alih) təhqir etməklə bizdə özünüzə qarşı yalnız nifrət və kin-küdrət duyğularını şiddətləndirirsiz".

O, daha sonra bildirib: "Siz həmin imperialistlərsiniz ki, yer üzündə fitnə-fəsaddan başqa və insanları düz yoldan sapındırmaqdan savayı heç bir iş görməmisiniz. İndi belə bir durumda bizim Peyğəmbərimizəmi (s) cəsarət edirsiniz?".

Osman Tifur sonra deyib: "Siz bu işləriniz ilə Müsəlmanları qəzəbləndirirsiniz sonra da onlara terrorçu ləkəsini yaxırsınız. Amma hamı çox gözəl başa düşür ki, əsl terrorçu və bu işin mahir ustadı elə siz özünüzsünüz".

Türkiyə ruhanisi daha sonra Müqəddəs dəyərlərə hörmətsizlik etməkin fikir azadlığı ilə heç bir əlaqəsi olmadığını bəyan edərək bildirib: "İstənilən hər bir şəxs istədiyi dəyərlərlə dünyada yaşaya bilər, lakin hamı bunu bilməlidir ki, söz və fikir azadllığı kimi məsələlər İslami Dəyərləri təhqir etməyə heç bir icazə verə bilməz. Bu cinayəti törədənlər də bilsinlər ki, Müsəlman kütləsinin qəzəbinə giriftar olacaqlar".

Diyarbəkr vilayətinin samballı ruhanisi Müsəlmanlar arasında yaranmış ixtilaflara işarə edərək bildirib: "Bütün bu ixtilaflar qərbin fitnəsidir. Çünki onlar Müsəlmanların birliyindən bərk hürküyürlər. Əgər möhkəm bir ittifaqımız olsaydı onda bütün İslam Ümməti qərb dünyası qarşısında dayanardı və heç kim də İslami Müqəddəslərə qarşı təhqir etmək fikrində belə olmazdır".

Qeyd edək ki, möhtəşəm mitinqdə Müsəlmanlar ələrində "Kürdüstanda Hizbullaham", "Biz Çariliyik Deyənlərə Lənət Olsun" və s. kimi şüarlar tutmuş və Muhəmməd Rəsulullah kimi bayraqlar ucaltmışlar.

 


source : www.abna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Misir Ordusu 241 terroristi öldürüb
Fəllucə şəhərin mərkəzi İŞİD-dən azad edildi
Oman Sultanlığı azanda “Əliyyən Vəliyyullah” (ə) kəlməsinin deyilməsini ...
İmаm Rİzа әlеyhİssәlаmın hәyаtı bаrәdә qısа mә’lumаt
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
Rusiyadan İŞİD-lə bağlı sərt qərar
Hacı İlqar İbrahimoğlu aşurafoblardan yazdı.
Həzrət Əbülfəzlil Əbbasın hərəmində azyaşlı uşaqlara Quran Dərsləri ...
Səudiyyə döyüş təyyarələri Səna Beynəlxalq Aeroportunu növbəti dəfə ...
“İŞİD” Liviyanın neft yataqlarına hücum edib

 
user comment