Azəri
Thursday 18th of July 2024
0
نفر 0

Yaponiya baş naziri “İŞİD”in edam etdiyi yaponlardan danışarkən ağlayıb

Yaponiya baş naziri “İŞİD”in edam etdiyi yaponlardan danışarkən ağlayıb

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Yaponiya baş naziri "İŞİD"in edam etdiyi yaponlardan danışarkən ağlayıb

Yaponiya baş naziri Sindzo Abe "İŞİD" terror qruplaşmasının girov götürdüyü ikinci Yaponiya vətəndaşı Kendzi Qotonu edam etməsi xəbərinə münasibət bildirərkən ağlayıb.

baş nazir bu terrora qarşı çox qəzəbli olduğunu qeyd edib: "Heç bir formada qəbul edilməsi mümkün olmayan bu hadisəni şiddətlə qınayaıram. Biz terrorçuları əsla əfv etməyəcəyik. Beynəlxalq birliklə birgə İŞİD-dən bütün törətdiklərinin hesabını soruşmaq üçün çalışacağıq".

Qeyd edək ki, İŞİD 10 gün əvvəl yaydığı videoda girov götürdüyü iki Yaponiya vətəndaşının azadlığa buraxılması üçün 72 saat ərzində 200 mln. ABŞ dolları tələb edib. Buna səbəb isə hadisədən bir neçə gün əvvəl Yaponiyanın baş naziri Sindzo Abenin İŞİDlə mübarizə aparan ölkələrə 200 mln. dollar ayrılacağı barədə qərar verməsi olub.

Verilən müddət bitdikdən sonra isə girovların edam edilməsinin videoları yayılıb.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

 


source : www.abna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Misir Ordusu 241 terroristi öldürüb
Fəllucə şəhərin mərkəzi İŞİD-dən azad edildi
Oman Sultanlığı azanda “Əliyyən Vəliyyullah” (ə) kəlməsinin deyilməsini ...
İmаm Rİzа әlеyhİssәlаmın hәyаtı bаrәdә qısа mә’lumаt
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
Rusiyadan İŞİD-lə bağlı sərt qərar
Hacı İlqar İbrahimoğlu aşurafoblardan yazdı.
Həzrət Əbülfəzlil Əbbasın hərəmində azyaşlı uşaqlara Quran Dərsləri ...
Səudiyyə döyüş təyyarələri Səna Beynəlxalq Aeroportunu növbəti dəfə ...
“İŞİD” Liviyanın neft yataqlarına hücum edib

 
user comment