Azəri
Thursday 18th of July 2024
0
نفر 0

Ruhullah Axundzadənin səhhəti pisləşib

Ruhullah Axundzadənin səhhəti pisləşib

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Azərbaycan İslam Partiyasının (AİP) Astara rayon komitəsinin sədri, islamçı məhbus Ruhullah Axundzadənin səhhəti pisləşib.

"O, böyrək ağrıları və sinir sisteminin pozulmasından şikayətlənir. Böyrək ağrıları o həddə çatıb ki, hətta gecələr istirahət edə bilmir. Neçə vaxtdır ki, müayinə və müalicə olunmasını itəsə də, köməklik göstərmirlər. Ruhullah Axundzadənin ailəsi olaraq əlaqədar şəxslərə üzümüzü tutub deyirik: "Dininiz, imanınız bilirik ki, yoxdu. Heç olmasa kişiliyiniz olsun". Kimisini heç bir səbəb olmadan Qobustana, "tubzon"a göndərməklə əziyyət verirsiz, kimisini də elə özünün məhbus həyatı yaşadığı müəssisədə səhhəti pisləşib dözülməz həddə çatsa da, müayinə və müalicədən məhrum edirsiz. Şərləyib zindana saldırmaqla ürəyiniz soyumayıbmı? Bu qədər namərdlik yetər! Əl çəkin bu əməllərinizdən!"- deyə məhbusun ailəsi bildirib. Xatırladaq ki, Ruhullah Axundzadə 2011-ci ilin yanvar ayında tutularaq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, hazırda həbsxana şəraitində düçar olduğu xəstəliklə mübarizə aparır.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

 


source : www.abna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Misir Ordusu 241 terroristi öldürüb
Fəllucə şəhərin mərkəzi İŞİD-dən azad edildi
Oman Sultanlığı azanda “Əliyyən Vəliyyullah” (ə) kəlməsinin deyilməsini ...
İmаm Rİzа әlеyhİssәlаmın hәyаtı bаrәdә qısа mә’lumаt
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
Rusiyadan İŞİD-lə bağlı sərt qərar
Hacı İlqar İbrahimoğlu aşurafoblardan yazdı.
Həzrət Əbülfəzlil Əbbasın hərəmində azyaşlı uşaqlara Quran Dərsləri ...
Səudiyyə döyüş təyyarələri Səna Beynəlxalq Aeroportunu növbəti dəfə ...
“İŞİD” Liviyanın neft yataqlarına hücum edib

 
user comment