Azəri
Friday 19th of July 2024
0
نفر 0

Hizbullahın lideri Seyyid Həsən Nəsrullah: İŞİD Məkkə və Mədinəni dağıtmaq niyyətindədir

Hizbullahın lideri Seyyid Həsən Nəsrullah: İŞİD Məkkə və Mədinəni dağıtmaq niyyətindədir

Livan Hizbullah Müqavimət Təşkilatının Baş Katibi Höccətül İslam vəl Müslimin Seyid Həsən Nəsrullah cənabları "Hizbullah" komandiri İmad Muğniyənin işğalçı israil rejimi tərəfindən terror edilməsinin 7-ci ildönümü münasibətilə təşkil edilən tədbirdə məntəqədə durumun beləcə əbədi davam etməyəcəyini və sionist rejimi tərəfindən Şəhid edilən İmad Muğniyənin və oğlu Cihad Muğniyənin ahı sionist rejimin yaxasından əlini çəkməyəcəyini bildirib...

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Livan Hizbullah Müqavimət Təşkilatının Baş Katibi Höccətül İslam vəl Müslimin Seyyid Həsən Nəsrullah Livanın Cənubi Dahiyə bölgəsində Şəhid liderlərin xatirəsinə təşkil olunan mərasimdə televizor vasitəsi ilə çıxış edib.

Hizbullah Katibi dünyanın taleyinin bu gün məhz regionda müəyyən olunduğuna işarə edərək bildirib: "Xalqımızın, ölkəmizin, taleyi regionda müəyyən olunur. Sadəcə, Livanın deyil, Suriya, İraq, İordaniya və digər ölkələrin taleyi də regionda müəyyən olunur..."

Livan Hizbullah Müqavimət Təşkilatının Baş Katibi Höccətül İslam vəl Müslimin Seyid Həsən Nəsrullah cənabları "Hizbullah" komandiri İmad Muğniyənin işğalçı israil rejimi tərəfindən terror edilməsinin 7-ci ildönümü münasibətilə təşkil edilən tədbirdə ilk öncə Liviyada 21 misirli xristianın "İŞİD" terrorçu qruplaşması tərəfindən qətlə yetirilməsini pisləyib. Daha sonra məntəqədə durumun beləcə əbədi davam etməyəcəyini və sionist rejimi tərəfindən Şəhid edilən İmad Muğniyənin və oğlu Cihad Muğniyənin ahı sionist rejimin yaxasından əlini çəkməyəcəyini bildirib...

Seyyid Həsən Nəsrullah daha sonra "İŞİD" terrorçu qruplaşmanın əsil hədəfi Qüds deyil, məhz Məkkə və Mədinə olduğunu vurğulayaraq deyib: "Bu gün belə bir məlumat eşitdim ki, "İŞİD" terror qruplaşmasının komandiri Əbu Bəkr əl-Bağdadi Məkkə və Mədinə üçün xəlifə təyin edib. Deməli onların hədəfi Beytul Müqəddəs uğrunda vuruşub oranı ələ keçirtmək yox məhz Məkkə şəhərini ələ keçirtməkdir. Nəticə çıxarırıq ki, "İŞİD"-in Fələstin torpaqlarını azad etmək fikri yoxdur. Onların hədəfləri Məkkə və Mədinəni ələ keçirtməkdir...

Mən məntəqə dövlətlərini və xalqlarını təkfirçi terrorçular ilə, mübarizə aparmaq üçün bir biriləri ilə əməkdaşlıq etməyə dəvət edirəm...

 


source : www.abna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Yəhudilər bir daha Fələstin xalqına qarşı güc tətbiq etdi –
Suriya Milli Ordusu Dərada xeyli sayda terrorçunu məhv etdi
Bağışlanmış günah və qəbul olmuş yaxşılıq
Yəhudi ravvin Finkel İslam haqda nələrə etiraf etmədi, 2017-ci il
Misir Ordusu 241 terroristi öldürüb
Fəllucə şəhərin mərkəzi İŞİD-dən azad edildi
Oman Sultanlığı azanda “Əliyyən Vəliyyullah” (ə) kəlməsinin deyilməsini ...
İmаm Rİzа әlеyhİssәlаmın hәyаtı bаrәdә qısа mә’lumаt
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
Rusiyadan İŞİD-lə bağlı sərt qərar

 
user comment