Azəri
Wednesday 17th of July 2024
0
نفر 0

İran Islam Respublikasi: “7 dəqiqəyə Tel Əvivi məhv edərik”

İran Islam Respublikasi: “7 dəqiqəyə Tel Əvivi məhv edərik”

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İranın dini lideri Ayətullah Əli Xamneyinin İnqilab Keşikçiləri Korpusundakı ali nümayəndəsi Höccətülislam Müctəba Zülnur İsrailə sərt mesaj verib.

General İsrailin xırda səhvinin ona baha başa gələcəyi xəbərdarlığını edib:

"Sionist rejim (İsrail) bir səhv etsə, on dəqiqədən də qısa bir müddətdə Tel Əvivi yox edərik".

İran Radio və Dövlət Televiziyası nəzdində fəaliyyət göstərən Jurnalistlər Klubuna danışan Höccətülislam Zülnur bu sözləri İsrail Xarici İşlər naziri Aviqdor Libermanın İranın nüvə stansiyalarının vurulması ilə bağlı sözlərinə cavab olaraq bildirib:

"Sionist rejim döyüşü qazanacağına inansaydı, bu günü sabaha təxirə salmaz, cəhd edərdi. Ancaq buna gücləri çatmaz. Onlar yalnız qorxu yaratmağa çalışırlar, heç bir şey edə bilməzlər. Sionist rejim şansını sınamaq istəsə və İrana raket hücumu etmək xəyalına düşsə, o mərminin tozu-dumanı torpaqlarımıza çatmazdan əvvəl bizim raketlərimiz 6-7 dəqiqəyə Tel Əvivin ürəyinə çataraq sionist rejimi yox edər və imamın (İnqilab lideri Ayətullah Xomeyni) əmrini reallaşdırmış olarıq. Sionistlər qorxaqdırlar. HƏMAS ilə bacara bilmirlər. HƏMAS ilə Hizbullahın gücü İranın hərbi gücünün kiçik bir hissəsinə bərabərdir".

Xatırladaq ki, Aviqdor Liberman İsrail televiziyasına verdiyi müsahibədə İranın nüvə fəaliyyəti mövzusunda Baş nazir Netanyahunu tənqid edərək "Vuracaqsan vur, danışma", - ifadələrini işlətmişdi.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

 


source : www.abna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İŞİD Əfqanıstanda xəstəxanaya hücum etdi: 80-dən çox ölü və yaralı
Kamal yolunda oLAN Yolçunun əxlaqı
Mübarək mövludlar gecəsi İmam Rzanın (ə) hərəmində böyük coşqu ilə ...
Benəlxalq Qurani Kərim Müsabiqəsinin açılış mərasimində iştirak edən İİR-n ...
QƏNIMƏT VƏ MəğNƏM
Nigerdə "Boko Haram" terror təşkilatının 109 silahlısı zərərsizləşdirilib.
Sepah 3 düşməni məhv etdi, 5-ni yaxaladı
Ərəbistan daxili təhlükəsizlikdən nigərandır, Səud rejiminin xüsusi ...
ABŞ işğalçı israil rejiminə 38 milyard dollarlıq hərbi yardım edir
Yəhud kökənli Səudiyyə rejimi Əvamiyyə şəhərində yerləşən “Zəhra (ə)” ...

 
user comment