Azəri
Thursday 18th of July 2024
0
نفر 0

Azərbaycan idmançıları İmam Rzanın(ə) məqbərəsində olublar

Azərbaycan idmançıları İmam Rzanın(ə) məqbərəsində olublar

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,

Azərbaycanın 22 nəfərlik taekvando komandası "Meşkin Şəhr" komandası ilə dostluq görüşü üçün İrana olan səfər çərçivəsində İmam Rza(ə)-ın məqbərəsində olublar.

Beynəlxalq Səhər Kanalının məlumatına görə, bu idmançılar İmam Rza(ə) ziyarətgahının məsul işçiləri tərəfindən nəzərdə tutulmuş xüsusi proqram əsasında İmam Rza(ə)-ın pak məqbərəsini ziyarət edib, ziyarətgah idarəsinin fəaliyyəti ilə yaxından tanış olublar. Azərbaycanın taekvando üzrə yığma komandasının baş məşqçisi bu barədə deyib: Mən 16-cı dəfədir ki, yarışlarda iştirak etmək üçün İrana gəlirəm və hər dəfə İmam Rza(ə)-ın məqbərəsini ziyarət etmişəm. Əvəz Sadıqov əlavə edib: Azərbaycanın taekvando komandasıın əksər üzvləri birinci dəfədir ki, İmam Rza(ə)-ın pak hərəmini ziyarət edir. Onlar öz yaşadıqları şəhər və məntəqələr üçün yaxşı nümayəndə ola və İmam Rza(ə)-ın məqbərəsinin əzəmətini yaşadıqları yerin insanlarına çatdıra bilərlər. Ə.Sadıqov İmam Rza(ə) məqbərə-muzey kompleksinə baxışın keçirilməsi zamanı da deyib: Bu məqbərə-ziyarət kompleksi dəyərli tarix, mədəniyyət və incəsənət nümunələrinin saxlanılması və qorunması üçün son dərəcə münasib bir atmosferə malikdir və kamil bir muzey olaraq İslami mahiyyəti ona baxış keçirənlərə tam şəkildə aşılamağa qadirdir. Azərbaycanın taekvando üzrə yığma komandasının baş məşqçisi daha sonra deyib: İmam Rza(ə)-ın ziyarətgah kompleksi daim idman və sağlamlıq məsələsinə xüsusi önəm verib və müxtəlif idman zallarının təsis edilməsi ilə bu sahədə iri addımlar atıb. Azərbaycan yığma komandasının üzvlərindən olan Aleksandr Avanoviç də deyib: Həmişə İmam Rza(ə)-ın məqbərəsini görməyi arzu edərdim və İrana daxil olduğum andan bu anın nə zaman gəlib çatacağını səbirsizliklə gözləyirdim. İndi, bir şiə olaraq bu ziyarətin mənə nəsib olmasına görə fəxr edirəm. A.Avanoviç əlavə edib: İmam Rza(ə)-ın ziyarətgahı yalnız şiələrin deyil, bütün İslam Dünyasının müqəddəs məkanlarından biridir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

 


source : www.abna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İmam Əliyyən-Nəqinin (ə) həyatı barədə qısa məlumat
Onuncu imam həzrət Əli İbn Məhəmməd (ə)
Əmanətdarlıq
Səmavi ad
Həzrət Əbülfəzl Abbas ələyhis-salamın təvəllüdü ilə bağlı qısa mesajlar
İmam Kazim (əleyhis-salam)-ın həyat tarixi, övladları və nəvələri barəsində ...
İmam Sadiqdən (ə) doqquz nəsihət
İSLAMDA TƏBABƏT
Nə üçün həzrət Əli ələyhis-salamın qılıncı "Zülfüqar" adlanır
Quran Fatimə (s) ismətinin sənədi

 
user comment