Azəri
Thursday 1st of June 2023
0
نفر 0

Lənkəran polisi daha bir inanclını həbs etdi

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Lənkəran polisi daha bir inanclını həbs edib.
Lənkəran polisi daha bir inanclını həbs etdi

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Lənkəran polisi daha bir inanclını həbs edib.

Belə ki, Lənkəran şəhər sakini Rauf Huseynov polis şöbəsinə çağrılıb.

Onun həbs olunmasına səbəb kimi hələ ki, heçnə göstərilməsədə ehtimal olunur ki, o, bir neçə gün bundan öncə manatın dəyərdən düşməsi ilə əlaqədar olaraq sosial şəbəkələrdə etiraz aksiyası üçün keçirilən toplantının təşkilatçılığında ittiham olunur.

Məlumata görə, Rauf Huseynov barəsində ictimai asayişi pozma maddəsiylə Lənkəran Şəhər Məhkəməsi 7 sutka həbs qərarı çıxarıb.

Qeyd edək ki, bir neçə gün bundan öncə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları rayon inanclısı Bilal Hüseynlini saxlayaraq polis şöbəsinə aparıb. Saxlanılan inanclının yaxınları saxlanma səbəbin soruşduqda bildiriblər ki, B.Hüseynlinin saxlanma səbəbi manatın dəyərinin aşağı düşməsi və qiymətlərin bahalaşmasına etiraz olaraq aksiya təşkil etməsidir. Yaxınları bildiriblər ki, Bilal Hüseynli polis şöbəsindən çıxarılaraq aksiya təşkilatçısı kimi Lənkəran Şəhər Məhkəməsinə aparılıb. Lənkəran məhkəməsində də onun barəsində 7 sutka həbs qərarı çıxarılıb.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


source : abna
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Təhlükədə olan TALIŞ milli kimliyi
Nyu Yorkda “İŞİD”-ə qoşulmaq istəyən bir cavan həbs edildi
Qərbin mərkəzi sayılan İsveçdə növbəti anti-İslam hadisə - Allahın Evi, ...
İrana qarşı kimyəvi hücumun ildönümü-Reportaj
Höccətülislam Sədiqi: Qərblilərə İranın hərbi mərkəzlərində təftiş ...
Çingiz Mustafayevin Xocalıya aid daha bir videosu
Mübariz mömin və möminələr 20 Yanvar faciəsilə əlaqədar Şəhidlər Xiyabanın ...
Amerika və müttəfiqləri İraqda mülki vətəndaşların evlərini bombaladı
Ömrünün 51-ci ilini karserdə qarşılayan Siyasi Lideri əqidədaşları təbrik etdi
Nigeriyada Ayətullah Zəkzakinin azadlığı üçün aksiyalar davam edir

 
user comment