Azəri
Thursday 18th of July 2024
0
نفر 0

Suriya və İraqda sələfilər Myanmada isə buddistlər tərəfindən Müsəlman soyqırımı davam edir

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Myanma Birliyi Respublikasında Müsəlmanlara yer verilmir. Ölkədə İslam və Müsəlmanlara qarşı xas bir iyrənc siyasətlər hələ də davam edir. Belə ki, Myanma dövləti Ruhinqa xalqını (bütöv bir xalqı) Müsəlman əqidəsini daşıdıqları üçün vətəndaşlıqdan məhrum edib və ölkədə buddistlərin Müsəlmanlara qarşı artıq üç il davam edən cinayətlərinə göz yumur.
Suriya və İraqda sələfilər Myanmada isə buddistlər tərəfindən Müsəlman soyqırımı davam edir

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Myanma Birliyi Respublikasında Müsəlmanlara yer verilmir. Ölkədə İslam və Müsəlmanlara qarşı xas bir iyrənc siyasətlər hələ də davam edir. Belə ki, Myanma dövləti Ruhinqa xalqını (bütöv bir xalqı) Müsəlman əqidəsini daşıdıqları üçün vətəndaşlıqdan məhrum edib və ölkədə buddistlərin Müsəlmanlara qarşı artıq üç il davam edən cinayətlərinə göz yumur.

Məlumatımıza görə, iki gün öncə Myanmada Müsəlmanlara qarşı növbəti cinayət hadisəsi törədilib. Müsəlmanları kütləvi qırğınlara məruz qoyaraq evlərini yandırıb, əmlaklarını əllərindən alaraq, qonşu ölkələrə köç etməyə məcbur edən buddistlər artıq təşkilatlanmış formada yeni cinayət aktları törətməyə başlayıblar.

Buddistlər öncədən çəkilmiş planlar əsasında ölkədə qalan Müsəlmanların yaşayış mənzillərinə hucum çəkirlər.

Yerli mənbələrin bildirdiyinə görə, ölkə hakimiyyəti tərəfindən tam dəstək alan buddist terroçu qruplaşmalrı hər həftə Müsəlmanların yaşadıqları evlərə, kəndlərə basqın edərək, yerli təhlükəsizlik qüvvələrinin köməkliyi ilə, istədikləri Müsəlmanları yaxalayaraq naməlum istiqamətlərə aparıb vəhşicəsinə onları qətlə yetirirlər.

Qeyd olunan buddist terror qruplaşmasının özbaşnalığı o həddə çatıb ki, Müsəlman ailələri etiraz etdikləri sürətdə buddistlər tərəfindən qadın, uşaq və yaxud qoca olduğuna baxmadan ölənə kimi dəyənək ilə döyülərək, daşqalaq olunurlar.

Bununla kifayətlənməyən buddistlər vəhhabi vəhşiləri təkin Müsəlmanların namuslarına da təcavüz edirlər.

Bu cinayətlərin davamı olaraq, 8 Mart 2015 tarixdə buddistlər Müsəlman bir ailənin bütün üzvlərini Myanma polisinin gözü önündə vəhşicəsinə döyərək Şəhid ediblər.

Qeyd edək ki, 2012-ci ilin ilk aylarından bu günə kimi Myanma Müsəlmanlarına qarş olunan cinayət qurbanları haqqda əldə dəqiq statistika mövcud deyil. Lakin qeyri rəsmi məlumatlara görə, 1000-dən artıq Müsəlman dövlət orqanları və buddistlər tərəfindən soyqırıma məruz qalaraq kütləvi bastırılıb, 300,000-dən artıq insan isə öz yurd-yuvalarından didərgin salınaraq qaçqın həyatı sürməyə vadar olunub və 40 min Müsəlman fəalı rəsmi dövlət qrumları tərəfindən müxtəlif bəhanələr ilə, həbs edilərək zindanlara salınıb...

Xatırladaq ki, Myanmada təqribən 2 milyon 500 mindən artıq Müsəlman yaşayır. Onlar əsasən ölkənin qərbində məskunlaşıblar.

Myanmanın Milli Birlik Təşkilatının məlumatına görə, təkcə 2012-ci ilin may ayında Myanmanın qərbində gedən toqquşmalarda və evlərin yandırılması nəticəsində 100 mindən artıq Müsəlman evsiz-eşiksiz qalıb.

2012 ci ildə İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü Myanma hadisələrinə reaksiya olaraq, Myanma hökumətinin, beynəlxalq dairələrin və İslam Əməkdaşlıqları Təşkilatının dərhal ciddi tədbirlər görmələrini istəyib.

İslam Əməkdaşlığı Təşkilatının baş katibi Əkmələddin Ehsanoğlu 2013-cü ildə deyib: Ötən 30 ildə Ruhinqa Müsəlmanları Myanmada insan haqlarının kobud formada pozulması, irqi təmizləmə, soyqırımı, təcavüz və məcburi mühacirət kimi ciddi problemlərlə üz-üzədir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


source : abna
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

“İŞİD” Liviyanın neft yataqlarına hücum edib
Canlı bomba özünü zəvvarların arasında partlatdı.
Qahirədə Futbol yarışından öncə azərkeşlərlə polis arasında qarşıdurma ...
Qələbə: Terrorçular Suriyanın Mənbic şəhərində məğlubiyyətə uğradılar
Muhəmməd Mursinin müəllimi vəhhabi alimi Şiə oldu
Minlərlər bəhreynli Şeyx İsa Qasimin mühakimə olunmasına etiraz olaraq ...
İŞİD Əfqanıstanda xəstəxanaya hücum etdi: 80-dən çox ölü və yaralı
Kamal yolunda oLAN Yolçunun əxlaqı
Mübarək mövludlar gecəsi İmam Rzanın (ə) hərəmində böyük coşqu ilə ...
Benəlxalq Qurani Kərim Müsabiqəsinin açılış mərasimində iştirak edən İİR-n ...

 
user comment